ELM VƏ TƏHSİL


20 Yanvar xalqımızın tarixinə faciə və qəhrəmanlıq səhifəsi kimi yazılıb

Bakı, 18 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan tədbir keçirilib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə institutun direktoru, akademik Validə Əlizadə bildirib ki, 20 Yanvar xalqımızın tarixinə həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet rejiminin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Həmin günlər keçmiş SSRİ ordusunun Bakıya yeridilməsi nəticəsində insanlar xüsusi amansızlıqla öldürülüb, yaralanıb və qanunsuz həbs olunub. Şəhid olanlardan üçü AMEA-nın əməkdaşı idi. Qanlı hadisəyə ilk siyasi münasibəti ümummilli lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda bildirib.

Sonra Botanika İnstitutu direktorunun ümumi işlər üzrə müavini İmran Babayev 20 Yanvar faciəsinin səbəblərini, həmin hadisələr ərəfəsində ölkədə yaranmış gərgin ictimai-siyasi vəziyyəti, Ermənistanın əsassız ərazi iddialarını və Dağlıq Qarabağı Azərbaycandan ayırmaq cəhdləri ilə əlaqədar baş qaldırmış etiraz dalğasını, keçmiş sovet rəhbərlərinin xalqımıza qarşı məkrli siyasətini və digər mühüm məqamları xronoloji ardıcıllıqla diqqətə çatdırıb.

Çıxış edənlər 20 Yanvar hadisələrini xalqımızın qəhrəmanlıq tarixi kimi səciyyələndiriblər.

Sonda 20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.