MƏDƏNİYYƏT


Şuşa teatrı azyaşlı tamaşaçılarını sevindirəcək

Bakı, 1 iyul, AZƏRTAC

İyulun 16-da Şuşa Dövlət Musiqili Dram Teatrında uşaqlar üçün Abdulla Şaiqin eyniadlı əsəri əsasında hazırlanan “Danışan gəlincik” tamaşası nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, tamaşanın əsas süjet xəttini padşah qızı olan şahzadə xanımın ərkəsöyünlüyü təşkil edir. Bu da balaca şahzadənin digər həmyaşıdları ilə ünsiyyət qurmağında ona mane olur.

Qeyd edək ki, tamaşa nağıl içində nağıl üslubu ilə davam edir. Balaca tamaşaçılar “Tıq-Tıq” xanımın nağılını da şahzadə xanımın obrazı fonunda izləmiş olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.