İDMAN


ACF cüdo nümayəndələri üçün media və ictimaiyyətlə əlaqələr üzrə təlimlər keçirir

Bakı, 1 iyul, AZƏRTAC

Azərbaycan Cüdo Federasiyası (ACF) cüdo üzrə milli yığmanın məşqçi, hakim, atlet və tibbi heyəti, federasiyanın əməkdaşları üçün media ilə ünsiyyət, ictimaiyyətlə əlaqələr üzrə təlimlərin təşkilinə başlayıb.

Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində ilk qrup kimi məşqçilər və tibbi heyətə seminar keçirilib.

Kommunikasiya ekspertləri Vüqar Baba və Emin Hüseynzadə media, jurnalistika, xəbər anlayışları, jurnalistlərin iş prinsipləri, idman mediasının xüsusiyyətləri barədə təlim keçiblər. Mütəxəssislər cüdo nümayəndələrinə jurnalistlərlə ünsiyyət formasını, müsahibə vermək qaydalarını öyrədiblər. Cüdo nümayəndələrinin Kütləvi İnformasiya Vasitələri nümayəndələri ilə ünsiyyəti zamanı baş vermiş çətinliklərlə bağlı fikir mübadiləsi aparılıb, real hadisələr üzərindən tövsiyələr verilib.

Analoji təlimlər federasiya əməkdaşları və milli yığmanın digər üzvləri üçün keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.