MƏDƏNİYYƏT


"Azərbaycan qadınının parlaq nümunəsi" adlı tədbir təşkil olunub

Bakı, 15 avqust, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı fəal oxucularla birlikdə Xurşidbanu Natəvanın 190 illiyi ilə əlaqədar " Azərbaycan qadınının parlaq nümunəsi" adlı tədbir keçirib.

İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə Xurşidbanu Natəvanın həyat və yaradıcılığı haqqında məlumat verilib. Qeyd olunub ki, anadan olmasından 190 il ötən Xurşidbanu Natəvan Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoyub. Mehdiqulu xanın qızı Xurşidbanu Natəvan 1832-ci ildə Şuşada anadan оlub. Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını verib. Xurşidbanu ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sоnuncu vərəsəsi оlduğu üçün, оnu sarayda “Dürrü yekta” yəni tək inci el arasında isə “Xan qızı” çağırıblar.

Tədbirdə çıxış edənlər Natəvanın xeyriyyəçi, xeyirxah bir qadın kimi də tanınmasından, parlaq istedada və qabaqcıl idealara malik bir şəxsiyyət olmasından danışıblar.

Sonda oxucular M.Günay və A.Cavidan şairənin "Bənövşə" və "Qərənfil " şeirlərini söyləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.