MƏDƏNİYYƏT


Şəhid Allahverdi Allahverdiyevin adına bulaq inşa olunub

Bakı, 29 sentyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Şağan qəsəbə Mədəniyyət Mərkəzinin və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə şəhid olan Allahverdi Allahverdiyevin adına Şağanda inşa olunan bulağın açılış mərasimi keçirilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, şəhidin yaxınları və rayon sakinləri iştirak ediblər.

124 və 181 nömrəli tam orta məktəblərin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.