MƏDƏNİYYƏT


“Ahıllar evi”nin sakinləri Akademik Musiqili Teatrının qonağı olublar

Bakı, 2 oktyabr, AZƏRTAC

Beynəlxalq Ahıllar Günü çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə Akademik Musiqili Teatrına dəvət olunan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri “Ər və arvad” tamaşasına baxıblar.

AZƏRTAC xəbər verir ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin əsrlərin sınağından çıxan ölməz əsəri, şərqin ilk operettası ahıllar tərəfindən böyük rəğbətlə izlənilib.

Azərbaycan mədəniyyəti tarixində önəmli yeri olan və yarandığı tarixdən indiyə qədər repertuardan düşməyən, teatrsevərlər tərəfindən hər zaman sevilən bu səhnə əsəri nəinki ölkəmizdə, həm də onun hüdudlarından kənarda da daim uğurla nümayiş olunur, həmçinin çox böyük maraq və coşqu ilə qarşılanır.

Qeyd edək ki, teatrın möhtəşəm səhnəsində 85-ci dəfə oynanılan bu tamaşada rolları Əməkdar artistlər Ələkbər Əliyev, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Telnaz Hüseynova, Elxan İsmayılov, Hüseyn Əlili, Fərid Rzayev, Ruslan Mürsəlov, Cəbrayıl Cəbrayılov və başqaları ifa ediblər.

Tamaşanın sonunda ahıllara yaradıcı heyətlə səhnəarxası görüş üçün şərait yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.