Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Suqovuşan qəsəbəsi inkişafının yeni mərhələsində FOTO

Suqovuşan, 19 mart, AZƏRTAC

Otuz ilə yaxın dövrdə erməni işğalı altında qalan Qarabağ və Şərqi Zəngəzur özünün yeni dirçəliş dövrünə qədəm qoyub. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində azadlığına qovuşmuş ərazilərimizə həyat yenidən qayıdır. Dövlətimizin başçısının işğaldan azad olunmuş ərazilərə səfərləri regionun dirçəlməsi üçün ən vacib infrastruktur layihələrinin icrası və təməlqoyma mərasimləri, tarixi-mədəni, dini abidələrin bərpası ilə müşayiət olunur. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 18-də Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə səfəri də bu yaşayış məntəqələrinin yenidən qurulması, bərpası və inkişafında yeni mərhələ kimi yadda qalacaq. Dövlətimizin başçısı və birinci xanım səfər zamanı Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolunun açılışında iştirak edib, Talış kəndində görülən işlərlə, Suqovuşan qəsəbə tam orta məktəbində yaradılan şəraitlə, Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri, su anbarı boyunca yaradılan turizm infrastruktur obyektlərinin tikintisi ilə tanış olub, yeni yaşayış məhəlləsinin təməlini qoyublar.

Böyük qayıdışa aparan yollar

Suqovuşan və Talış kəndləri işğaldan azad olunduqdan sonra həyata keçirilən ilk infrastruktur layihələrindən biri yolların yenidən qurulması oldu. Uzunluğu 28,8 kilometr olan Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolu qısa vaxtda ikinci texniki dərəcəyə uyğun yenidən quruldu. Bu istiqamətdə növbəti layihə uzunluğu 22 kilometr olan Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolunun inşasıdır. Dövlətimizin başçısı martın 18-də Talış kəndinə və Suqovuşan qəsəbəsinə səfəri zamanı bu avtomobil yolunun açılışında iştirak etdi. Yeni avtomobil yolunun eni 19 kilometrlik hissədə 9 metr, 3 kilometrlik hissədə isə 6 metr təşkil edir. Bu yolun inşası layihəsi çərçivəsində İncəçay üzərində uzunluğu 84 metr olan avtomobil körpüsü tikilib. Eni 14,5 metr olan üçaşırımlı körpü 9 ballıq seysmiklik nəzərə alınmaqla inşa edilib. Yolda aparılan tikinti işləri inşaat norma və qaydalarının tələblərinə uyğun yüksək keyfiyyətlə həyata keçirilib. Layihə üzrə yolboyu avtobus dayanacaqları inşa edilib, hərəkətin normal təşkili üçün digər zəruri infrastruktur yaradılıb.

Tərtər rayonunun işğaldan azad edilmiş Talış, Goranboy rayonunun Tapqaraqoyunlu və Qaşaltı Qaraqoyunlu kəndlərini keçməklə Naftalan şəhərinə doğru uzanan yeni yolun inşası yolboyu yerləşən yaşayış məntəqələrinin sakinlərinin rahat gediş-gəlişi ilə bərabər, bölgənin sosial-iqtisadi inkişafına da töhfə verəcək. Yeni yol, həmçinin Tərtər şəhəri ilə yanaşı, alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə rahat və təhlükəsiz hərəkəti təmin edəcək.

İstər Tərtərdən, istərsə də Naftalandan Suqovuşan-Talış istiqamətinə irəlilədikcə avtomobil yolunu böyük qürur və sevinc hissləri ilə izləyirik. Axı, bu yol adi yol deyil - Böyük Qayıdış yoludur. Eyni zamanda, bizi işğaldan azad edilmiş ərazilərə, ermənilər tərəfindən viran qoyulmuş yaşayış məntəqələrimizin gələcək inkişafına və xoş günlərimizə aparan yoldur.

Məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb

Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü nəticəsində işğal olunan rayonların təhsil infrastrukturu da tamamilə dağıdılıb. İşğaldan azad edilən ərazilərdə dağıdılan təhsil infrastrukturunun bərpası istiqamətində Prezident İlham Əliyevin müvafiq sərəncamları və tapşırıqları ilə hazırda mühüm işlər görülür. Bu, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda da əksini tapıb. Sənədə əsasən, tikintisi və bərpası nəzərdə tutulan təhsil ocaqlarından biri də Suqovuşan qəsəbəsindəki tam orta məktəbdir.

2022-ci il martın 20-də dövlətimizin başçısı və birinci xanım Suqovuşana səfərləri çərçivəsində qəsəbədəki yararsız vəziyyətdə olan 144 şagird yerlik tam orta məktəbin binasında olmuş, təhsil müəssisəsindəki vəziyyətlə maraqlanmışdılar. Prezident İlham Əliyev məktəb binasının əsaslı təmirinə başlanılması və işlərin yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı tapşırıqlar vermişdi. Dövlətimizin başçısının tapşırığına əsasən, məktəb binasında yüksək keyfiyyətlə həyata keçirilən əsaslı təmir işləri başa çatıb. Ərazisi bir hektar olan məktəbdə 12 sinif otağı var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Təhsil ocağında, həmçinin informatika kabineti, kitabxana, iki laboratoriya, 72 nəfərlik akt zalı və yeməkxana var. Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir. Təhsil ocağının həyətində abadlıq işləri görülüb, futbol, basketbol və açıq oyun meydançaları yaradılıb.

Yaşayış məhəlləsində 190 mənzil inşa ediləcək

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Suqovuşan qəsəbəsində inşa olunacaq yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak etdilər.

Sahəsi 2 hektardan çox olan məhəllədə 25-i birotaqlı, 80-i ikiotaqlı, 75-i üçotaqlı, 10-u isə dördotaqlı olmaqla ümumilikdə 190 mənzil inşa ediləcək.

Məhəllədə, həmçinin futbol, idman və uşaq meydançaları, transformator yarımstansiyası və digər zəruri infrastruktur obyektlərinin tikintisi nəzərdə tutulur. Burada, həmçinin geniş yaşıllıq zolaqları da salınacaq.

Su anbarı və magistral kanal əsaslı təmir edilir, turizm infrastrukturu obyektləri yaradılır

Birinci Dövlət Proqramı çərçivəsində əsas infrastruktur obyektlərinin təmir-bərpa və yenidənqurma layihələri çərçivəsində Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri həyata keçirilir. Su anbarının ümumi tutumu 5,9 milyon kubmetr. Bəndin ümumi hündürlüyü 28 metr, uzunluğu 600 metrdir. Su anbarının divarlarında köhnə dəmir-beton örtüyü qaşınıb çıxarılıb, yerinə yeni demir-beton örtüyü vurulur. Həmçinin oradakı bütün avadanlıqlar əsaslı təmir olunur, magistral kanalda zəruri işlər görülür. Bərpa, əsaslı təmir və yenidənqurma işlərinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

Eyni zamanda, Suqovuşan su anbarı boyunca ilkin turizm infrastruktur obyektlərinin yaradılmasına başlanılıb. Burada Turizm İnformasiya Bürosu inşa olunur, sahilboyu park salınır, avtodayanacaq tikilir. Ərazinin dağ iqlimi, gözəl təbiət mənzərələri, su anbarı kimi amillər, eləcə də Tərtərdən və Naftalandan qəsəbəyə gedən avtomobil yollarının yenidən qurulması, Suqovuşanın turizm məkanı kimi şöhrət tapacağına zəmin yaradır.

Bəli, Prezident İlham Əliyevin erməni tapdağından azad edilmiş ərazilərimizə hər səfəri o bölgələrdəki bərpa və quruculuq işlərinin daha geniş vüsət almasına səbəb olur. İnanırıq ki, yaxın gələcəkdə Şanlı Ordumuz tərəfindən işğaldan azad edilmiş şəhər və kəndlərimizin hər biri, eləcə də Tərtər rayonunun Suqovuşan qəsəbəsi dövlətimizin iradəsi və xalqımızın əzmi ilə dünyanın diqqətini cəlb edəcək ən müasir və abad yaşayış məskənlərinə çevriləcək.

Tahir Ağaməmmədov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanla Avstraliya İttifaqının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib

Araşdırma - İnsan genlərini tənzimləyən süni intellekt vasitəsi hazırlanıb

Britaniya polisi Ruandaya deportasiya ediləcək ilk şəxslərin evlərinə basqın edib

Azərbaycan ilə İtaliya arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişafı üçün geniş perspektivlər mövcuddur

Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub

Türkiyə Ali Məşvərət Şurasının iclası keçirilib

Azərbaycanla İran arasında mədəni əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub

Rusiya Federasiyası ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib

Mədəniyyət naziri rusiyalı həmkarı ilə görüşüb

VI Mədəniyyətlərarası Dialoq Forumu xarici mətbuatın diqqət mərkəzində

Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib

Azərbaycan Basketbol Liqası: "Xəzri" pley-offa böyük hesablı qələbə ilə start verib

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk günü başa çatıb

Səlahiyyətli nümayəndə Naxçıvanda voleybol idman sahəsi üzrə görülmüş işlərlə maraqlanıb

“Təhsilin və gənclərin ayrı-seçkilik və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu” mövzusunda müzakirələr aparılıb

Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki fikirləri Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Bakı Forumu: Qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi

“Xalqımızın hürriyyəti yolunda Azərbaycan Cümhuriyyəti” - Tarix Muzeyində açıq dərs

“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb

NAFSA-nın prezidenti: Azərbaycan hökumətinin müxtəlif mədəniyyətləri bir araya gətirməsi möhtəşəm bir haldır

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini liderlərin Bakı görüşü təşkil olunub

Dövlət Komitəsinin sədri ilə ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti arasında görüş keçirilib

DQİDK sədri Rusiyanın baş ravvini ilə görüşüb

KOICA-nın Azərbaycanda kəhriz su sistemlərinin bərpası ilə bağlı layihəsi yekunlaşıb

İraq parlamentinin spikeri Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırılıb

Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

Malayziya Senatının sədri: COP29-un Bakıda keçirilməsi Azərbaycana göstərilən etimadın təzahürüdür

Bu ilin I rübü üzrə ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının statistikası açıqlanıb

Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb

Azərbaycan-Belarus münasibətlərinin möhkəmləndirilməsi istiqamətində görülən işlər müzakirə edilib

Migel Anxel Moratinos: Azərbaycan Prezidenti Forumda çıxışında bizə mühüm mesajlar verdi və istiqamət göstərdi

Naxçıvanda Gender bərabərliyi və qadın problemləri üzrə mərkəz yaradılıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Beynəlxalq təşkilatların III Zirvə görüşü keçirilib

Ukrayna Ali Radasının sədr müavini Azərbaycan dövlətinə və xalqına minnətdarlıq edib

Naxçıvandan Türk dünyasına uzanan şərəfli yol

İstanbulda baş verən insident nəticəsində 28 polis əməkdaşı yaralanıb, 210 nəfər saxlanılıb

İranlı nazir: Sülh içində yaşamağa nail olmaq üçün mədəniyyətlərarası layihələrə ehtiyac var

Avstraliyalı deputatlara Azərbaycan-Ermənistan danışıqları barədə məlumat verilib

Pedaqoji Universitetdə “Peşəkar ol! – Necə?” layihəsinə başlanılıb

Beynəlxalq ekspert: Bərpaolunan enerjiyə keçid Azərbaycan və Qırğızıstan üçün mühüm imkanlar yaradır - MÜSAHİBƏ

Azərbaycan və Moldova parlamentləri arasında əlaqələr uğurla inkişaf edir

Bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Bakı Forumunda mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi diqqət mərkəzində olub

TÜRKSOY-un Baş katibi: Mədəni gücü ətraf mühitin mühafizəsində maarifləndirmə üçün katalizator kimi istifadə etməyə çalışırıq

Azərbaycanın kişi voleybol yığması Qızıl Avropa Liqasının hazırlıqlarına başlayıb

“Aztelekom” “GSMA M360 Eurasia 2024” beynəlxalq konfransında iştirak edəcək

Universitetin tələbələri karyera planlaması barədə məlumatlandırılıblar

AzTU-da “Mütərəqqi texnologiyalar və innovasiyalar” mövzusunda IX respublika elmi-texniki konfransı keçirilir

Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında 4 məsələ müzakirə olunub

XTQ-nin veteranları ilə görüş keçirilib

AFFA-nın vitse-prezidenti: “Avro-2024”də Azərbaycanı ən yüksək səviyyədə təmsil etməyə çalışacağam

BDU-da seminar: Müsahibə texnikaları

Baş nazir Əli Əsədov Malayziyanın Parlament Senatının prezidenti ilə görüşüb

Prezident İlham Əliyev BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik təsisatları üzrə köməkçisini qəbul edib  YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib YENİLƏNİB VİDEO

Azərbaycan çempionatının qalibi olmuş "Azərreyl" klubunun üzvləri ilə görüş keçirilib

İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər

Azərbaycan güləşçiləri son lisenziya turnirinə Bakıda hazırlaşırlar

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda yüksək səviyyədə təmsil olunub

Bakı Forumu çərçivəsində “Süni intellekt - təhdid yoxsa imkan?” mövzusunda panel sessiya keçirilib VİDEO

Mixail Şvıdkoy Bakıda ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib

“Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - elmi seminar

Aşqarlar Kimyası İnstitutunda ekoloji maarifləndirmə seminarı keçirilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

AQTİ işə qəbul elan edir

Daxili işlər naziri Yardımlıda vətəndaşları qəbul edəcək

Forumda növbəti panel sessiya tənzimlənməyən miqrasiya və sosial təsirlərə həsr olunub

Tal Katran: Şuşanı təbiət möcüzəsi adlandırmaq olar

Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb

Allahşükür Paşazadə: Azərbaycanın birgəyaşayış modeli bütün dünya üçün örnəkdir

İmişlidə baş verən yol qəzasında yaralıların sayı 5-ə çatıb YENİLƏNİB VİDEO

Paytaxt məktəblərində I sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb

Anatoli Markeviç: Belarusla Azərbaycan arasında mədəniyyət körpüsü yaratmışıq VİDEO

Məhəmməd Əl-Qasimi: İnanıram ki, Bakıda keçiriləcək COP29 qlobal iqlim problemlərinin həllinə töhfəsini verəcək

TDT üzv ölkələrdə ətraf mühitin qorunmasına böyük önəm verir

Bakıda lV Beynəlxalq Autizm Festivalı keçirilib

Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin siyahısı genişləndirilir

Reymond Bondin: Azərbaycan çox gözəl mədəni irsə malikdir

Gənc rəssam Almaz İdrisovanın fərdi sərgisi açılıb

Bahar Muradova: Qadın hüquqları, ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı məsələ bütün forumların əsas mövzusuna çevrilməlidir

BDU-da İsrailin Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya

“Ümummilli Lider Heydər Əliyevin dil siyasəti” mövzusunda elmi sessiya keçiriləcək

Səudiyyəli nazir: Alternativ enerji mənbələri üzrə geniş fəaliyyət göstəririk

Elnur Məmmədov: "Prezident Kuboku" reqatası ildən-ilə daha maraqlı və uğurlu alınır

“GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıb

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib YENİLƏNİB-3 VİDEO

BMU ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Nigeriyanın UNESCO-dakı nümayəndəsi: Dünyanın daha yaxşı olması üçün Dialoq Forumu kimi tədbirlərin keçirilməsi çox vacibdir

ICESCO-nun Baş direktoru: Biz yalnız beynəlxalq əməkdaşlıq yolu ilə iqlim böhranını aradan qaldıra bilərik

Litvalı tədqiqatçı: Azərbaycan Prezidenti çox müdrik siyasət yürüdür

ICESCO-nun Baş direktoru COP29-a dəvət olunub

Qızıl Avropa Liqasına hazırlaşan voleybolçularla görüş olub

Mədəniyyətlərarası Dialoq Forumunda Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi mövzusunda müzakirələr aparılıb

Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib

CNN: Kolumbiya Universitetində etiraz aksiyaları zamanı 230 nəfər həbs edilib

Məktəb direktoru müavinləri üçün təlimlər davam edir

Qabriela Ramos: Süni intellekt Bakı Forumunun ən vacib mövzularındandır

Türk alim kitabxanaların süni intellektə inteqrasiyası üzrə layihə hazırlayır