İQTİSADİYYAT


“Qarabağ” və “Qalatasaray” oyunu ilə əlaqədar “Bakı Metropoliteni”nin iş rejimində dəyişiklik ediləcək

“Qarabağ” və “Qalatasaray” oyunu ilə əlaqədar “Bakı Metropoliteni”nin iş rejimində dəyişiklik ediləcək

Bakı, 25 mart, AZƏRTAC

“Qarabağ” və “Qalatasaray” futbol klubları arasında oyunla əlaqədar “Bakı Metropoliteni”nin iş rejimində dəyişiklik ediləcək.

“Bakı Metropoliteni”ndən AZƏRTAC-a bildirilib ki, gün ərzində qatarların hərəkəti “28 May-Həzi Aslanov” istiqamətində 2,5 dəqiqə intervalla təmin olunacaq.

Sərnişin sıxlığı yaranacağı təqdirdə, müvafiq tənzimləmə məqsədilə xəttə buraxılmaq üçün ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.

Axşam saatlarına doğru “Koroğlu” stansiyası gücləndirilmiş iş rejiminə keçiriləcək. Növbətçilik cədvəli əsasında stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq. Əsas məqsəd sərnişinlərin stansiya daxilində arenaya doğru səmti daha rahat müəyyən etməsi, oyundan sonra isə marşrutlar üzrə qatarlara daha rahat minib hərəkətini təmin etməkdir.

Oyun qurtardıqdan sonra sərnişinlərin operativ daşınması məqsədilə əlavə tədbirlər planı həyata keçiriləcək. Bu xüsusda ehtiyat qatarlar əlavə olunmaqla hər iki istiqamətdə hərəkət intervalı yenidən optimallaşdırılacaq.

Qeyd edək ki, martın 26-da saat 20:00-da Bakı Olimpiya Stadionunda Azərbaycanın “Qarabağ” və Türkiyənin “Qalatasaray” komandası qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.