Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ramazan orucu ilə digər aylarda tutulan orucun fərqi nədir? – İlahiyyatçı-alim danışır

Ramazan orucu ilə digər aylarda tutulan orucun fərqi nədir? –  İlahiyyatçı-alim danışır

Bakı, 28 mart, Xəyalə Cəfərova, AZƏRTAC

İslam dininin ibadət ayinlərinin əsasını təşkil edən amillərdən biri də iman əhlinin Ramazan ayında sübh azanından şam azanına kimi oruc tutmasıdır. Ümumiyyətlə, oruc ibadəti tarixən bütün İlahi elçilərin (ə) şəriətində müəyyən fərqlərlə mövcud olub və bu barədə mənbələrdə müəyyən məlumatlar var. Odur ki, yəhudilər, xristianlar və digər dinlərin mənsubları şəriətlərinə uyğun olaraq oruc tutublar və tuturlar.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, ilahiyyatçı-alim Samid Quliyev deyib.

Müsəlmanların 1400 ilə yaxındır bu ayı oruc tutaraq qeyd etdiyini vurğulayan ilahiyyatçı-alim bildirib: “Oruc tutmaq Tövrat və İncildə təqdirlə qarşılanır, Həzrət Musa (ə) və Həzrət İsanın (ə) oruc tutması səmavi kitablarda hörmətlə xatırlanır. Bu baxımdan, oruc ibadəti səmavi dinləri birləşdirən amillərdən biridir.

Ramazan orucuna gəlincə, onun müsəlmanlara vacib olması Mədinə şəhərində hicrətin ikinci ilinin Şəban ayına təsadüf edir, baxmayaraq ki, Həzrət Muhəmməd (s) Ramazan orucunun vacib olmasına qədər də hər ayın müəyyən günlərində oruc olurdu. Hicrətin ikinci ilindən etibarən isə o Həzrət (s) Ramazan ayını oruclu keçirmiş, vəfat etdiyi ilə qədər (hicrətin 11-ci ili) 9 dəfə vacibi orucları icra etmiş, beş dəfə 29 gün, dörd dəfə isə 30 gün oruc olmuşdur”.

“Ramazan” və “oruc” sözlərinin dilimizdə müxtəlif mənaları olduğunu deyən S.Quliyev bunlara belə aydınlıq gətirib: “Ərəb mənşəli “Ramazan” kəlməsi Azərbaycan dilinə tərcümədə 5 mənanı ifadə edir: Yaz mövsümünün sonunda, payızın əvvəlində yer üzünü toz-torpaqdan təmizləyən yağışın yağması; Şiddətli hərarətə, habelə günəş hərarətinin çox olmasına görə daşın və ya qumun qızıb hərarətli olması; Səhradan şəhərə qayıtmaq; Qılıncın tiyəsini və ya ox ucluğunu itiləmək üçün iki daşın arasına qoyub döymək; Hansısa vasitə ilə odda qızdırılaraq yandırıcı olan.

Qeyd edilən bu mənalar yanmaq, təmizlənmək, inkişaf etmək anlamına daha yaxındır. “Oruc” (saum) sözü isə lüğəvi mənada “özünü saxlama”, “nəfsi meyil etdiyi şeylərdən saxlama, çəkinmə” kimi tərcümə olunur və termin olaraq digər aylarda tutulan qəza yaxud bəyənilən və ya Ramazan orucu kimi işlədilir”.

QMİ əməkdaşı “Ramazan orucu ilə digər aylarda tutulan orucun fərqi nədir?” sualını belə cavablandırıb: “Ramazan orucunun əhəmiyyəti, insanlara verdiyi cismi və mənəvi faydaları həddindən artıq çoxdur. Bu faydalar içərisində günaha bulaşmamaq xüsusi yer tutur. Yəni, Ramazan ayı insanları günahlardan çəkindirərək peyğəmbərlərin (ə) tövsiyə etdiyi yola “siratəl-müstəqim”ə doğru aparır ki, bu da bütün bəşəriyyəti Allahın vacib və nəhy etdiklərindən çəkindirməyə təşviq edən “Qurani-Kərim”in ana xəttidir. İnsanlar bu ay vasitəsilə ən böyük qazancını əldə edərək peyğəmbərlərin (ə) qoyduğu yola doğru hərəkətə çıxırlar. Bu ayın prinsiplərini, fəzilət və əhəmiyyətini əks etdirən amillər arasında ixlas və iman anlayışı da seçilir. Necə ki, Həzrət Peyğəmbəri (s) buyurur: “İnsan, Ramazan ayının fəzilətini bilsəydi, ilin hamısının Ramazan olmasını istəyərdi”.

İlahiyyatçı Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi cədvəldə bu il Azərbaycanda aprelin 9, 11, 13 və 17-də “Qədr” gecəsi olması ehtimalını deyib. “Qədr” gecəsinin müsəlmanlara hədiyyə olaraq verilməsinin Həzrət Peyğəmbərin (s) hədisində təsbit olunduğunu qeyd edən Samid Quliyev bu gecədə daha çox rəhmət mənasında yağış yağdığını, gecənin səhəri havada bulud, duman və bənzəri şey olmadığını, günəşin dəqiq və tərtəmiz işıldadığını, gecəni ibadətlə keçirənlərin ürəyində fərahlıq və rahatlıq his¬s olunduğunu qeyd edib.

QMİ-nin nümayəndəsi sonra Ramazan ayının ruhun paklaşmasının və imanın əsasını təşkil etdiyini, günahları “yandıraraq” pakladığını söyləyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Ayın üzərində il reklam yerləşdirilib

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edir YENİLƏNƏCƏK

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır