Polşanın 2025-2039-cu illər üzrə hərbi inkişaf planı hazırlanıb
AzerTAg.az

Vyana, 1 aprel, AZƏRTAC
Polşanın 2025-2039-cu illər üzrə hərbi inkişaf planı hazırlanıb. Bu barədə dekret dövlət başçısı Andjey Duda tərəfindən imzalanıb.
AZƏRTAC xəbər verir ki, bu məlumatı Prezident Andjey Duda Cənubi Koreyadan alınmış tank və haubitsaların təqdimat mərasimində təsdiqləyib. O bildirib ki, dekretdə 2025-2039-cu illərdə ölkənin silahlı qüvvələrinin əsas inkişaf istiqamətləri müəyyən olunur və ənənəvi quru, dəniz və hava qüvvələrinin davamlı inkişafı ilə yanaşı, kibertəhlükəsizlik və kosmik əməliyyat bölmələrinin tətbiqini də əhatə edir.
Bildirilib ki, məzmunu məxfi xarakter daşıyan sənəd Polşanın Milli Təhlükəsizlik Strategiyasındakı təlimatlara əsaslanır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
Xəbərin mətnində orfoqrafik səhv var