DÜNYA


İtaliyada “ChatGPT” çatbotuna giriş müvəqqəti dayandırılıb

İtaliyada “ChatGPT” çatbotuna giriş müvəqqəti dayandırılıb

Roma, 1 aprel, AZƏRTAC

İtaliyada mərkəzi ofisi ABŞ-da yerləşən “OpenAI” şirkətinin “ChatGPT” süni intellekt çatbotuna giriş müvəqqəti olaraq dayandırılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın Məlumatların Mühafizəsi Agentliyi məlumat yayıb. Buna səbəb proqramın istifadəçilərin şəxsi məlumatlarının toplanması qaydalarını pozduğu ilə bağlı şübhələrin yaranmasıdır. Hazırda müvafiq araşdırmalara başlanılıb.

“ChatGPT”yə əlçatanlığın İtaliyanın məxfilik standartları və qaydalarının tələblərinə cavab verənə qədər davam edəcəyi açıqlanıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.