Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan Prezidenti İlham Əliyev Kazanda keçirilən XXVII Ümumdünya Yay Universiadasının qaliblərini, mükafatçılarını, onların məşqçilərini və respublikanın idman mütəxəssislərini qəbul etmişdirVİDEO

Bakı, 24 iyul (AZƏRTAC). İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kazanda keçirilən XXVII Ümumdünya Yay Universiadasının qaliblərini, mükafatçılarını, onların məşqçilərini və respublikanın idman mütəxəssislərini qəbul etmişdir.

Prezident İlham ƏLİYEV çıxış edərək dedi:

- Əziz idmançılar. Hörmətli qonaqlar, idman mütəxəssisləri, məşqçilər.

Sizi salamlayıram və bu yaxınlarda Kazan şəhərində keçirilmiş universiadada əldə edilmiş böyük uğurlar münasibətilə təbrik edirəm.

Bu, doğrudan da böyük qələbədir. Dövlətimizin, xalqımızın növbəti böyük idman uğurudur. İdmançılarımız çox yüksək səviyyədə çıxış etmişlər, 16 medal qazanmışlar. Onlardan 4-ü qızıl, 5-i gümüş, 7-si isə bürünc medaldır. Dörd dəfə milli himnimiz səslənmişdir, 16 dəfə dövlət bayrağımız qaldırılmışdır. Azərbaycan bir daha bütün dünyaya sübut etdi ki, idman dövlətidir və idman Azərbaycanda çox uğurla inkişaf edir.

Onu da qeyd etməliyəm ki, idmançılarımız komanda hesabında 15-ci yerə çata bilmişlər, Avropada 9-cu, müsəlman ölkələri arasında isə birinci yerdəyik. Bu da böyük uğurumuzdur. Bu uğurun təməlində gərgin iş və idmançıların peşəkarlığı dayanır. Keçən il Londonda keçirilmiş Olimpiya Oyunlarında idmançılarımız çox yüksək və tarixi nailiyyət göstərmişlər. İdman Azərbaycanda o qədər sürətlə inkişaf edir ki, burada ardıcıllıq da müşahidə olunur. Peşəkar idmançılar, gənclər, tələbə idmançılar, uşaqlar, yeniyetmələr – idmana böyük maraq vardır. Azərbaycan bütün mötəbər beynəlxalq yarışlarda böyük uğurlara imza atır. Londonda 10 medal qazanmışıq və bu da tarixi nailiyyət idi.

Universiadaya da böyük maraq var idi. Bu günlər ərzində dünyanın marağı demək olar ki, oraya istiqamətlənmişdi. Əlbəttə, Azərbaycanın belə uğurları ölkəmizin ümumi inkişafını göstərir. Çünki sirr deyildir ki, ancaq güclü, qüdrətli dövlətlərdə idman uğurla inkişaf edə və idmanda böyük uğurlar ola bilər.

Azərbaycan o ölkələrdəndir ki, sürətlə inkişaf edir. O cümlədən idman sahəsində də əldə edilmiş uğurlar artıq dünya ictimaiyyəti tərəfindən qiymətləndirilir. Biz idmanın kütləviliyini, hesab edirəm ki, böyük dərəcədə təmin edə bilmişik. Düzdür, hələ bu istiqamətdə görüləsi işlər çoxdur. Ancaq bütövlükdə götürəndə, son illərdə idmana artan maraq, idman bölmələrinə müşahidə olunan axın, xüsusilə uşaqlar, yeniyetmələr tərəfindən göstərilən maraq onu deməyə əsas verir ki, biz kütləviliyi təmin edə bilmişik. Bu yaxınlarda Xaçmazda 38-ci regional Olimpiya İdman Mərkəzinin açılışı da bunu göstərir. İndi 38 şəhərimizdə idmanla məşğul olmaq üçün gözəl şərait vardır. Bildiyiniz kimi, bu işlər davam etdirilir. Hər bir şəhərdə, hər bir rayon mərkəzində gözəl imkanlar olacaqdır.

İdman hər bir cəmiyyətin ümumi inkişafını göstərir. Bir daha demək istəyirəm ki, idman arenalarında ən böyük uğurları inkişaf etmiş ölkələr qazanır. Bu da təbiidir. Çünki bu ölkələrdə idmana diqqət daha da yüksək səviyyədədir, həm maddi-texniki baza möhkəmdir, həm investisiyalar qoyulur. Baxmayaraq ki, Azərbaycan gənc müstəqil dövlətdir, biz də öz gücümüzü artırırıq və idmana olan dövlət dəstəyi hesab edirəm ki, bu uğurların əldə edilməsində öz rolunu oynamışdır. Əlbəttə ki, məşqçilərin, idman mütəxəssislərinin çox peşəkar fəaliyyəti və idmançıların fədakarlığı bu ümumi inkişafa öz töhfəsini vermişdir.

Azərbaycanda idman ümummilli məsələdir. İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. Mən idmanla bağlı olan bütün tədbirlərdə qeyd edirəm ki, hər bir insan, xüsusilə, hər bir gənc mütləq idmanla məşğul olmalıdır. Lap idmançı olmasa belə, idmanla məşğul olmaq insana həm fiziki, həm mənəvi güc və əminlik verir. İdman mədəniyyətdir.

Hesab edirəm ki, dövlət tərəfindən aparılan siyasət bu istiqamətdə müsbət nəticələrə gətirib çıxarmışdır. İdmançılara dövlət tərəfindən göstərilən diqqət də yüksək səviyyədədir. Mən vaxtaşırı idmançılarla görüşürəm. Onları uğurları münasibətilə təbrik edirəm. Çox şadam ki, bu illər ərzində bizim görüşlərimiz mütəmadi qaydada keçirilir.

Əlbəttə, Milli Olimpiya Komitəsinin prezidenti kimi bu, mənim vəzifə borcumdur. Ancaq, eyni zamanda, mən idmançılarla görüşlər əsnasında onların işləri ilə maraqlanıram. Eyni zamanda, gənc idmançıların yetişdirilməsi üçün əlavə hansı tədbir görülməlidir, bunu da biz daim diqqətdə saxlayırıq. İdmanın uğurlu və ardıcıl şəkildə inkişafı artıq təmin edilibdir. Bizdə gənc nəsil yetişir, tələbə idmançılar, uşaqlar. İndi mən mütəmadi qaydada müxtəlif bölgələrdə olarkən görürəm ki, uşaqlar, balaca uşaqlar idmanla necə həvəslə məşğul olurlar.

Həmçinin siz də gəncsiniz. Siz indi böyük idmana demək olar ki, təzəcə qədəm qoyursunuz. Sizin yaxşı, gözəl gələcəyiniz vardır. Əminəm ki, siz 2016-cı ildə keçiriləcək Olimpiya Oyunlarında da iştirak edəcəksiniz. Orada da Azərbaycan bayrağını yüksəklərə qaldıracaqsınız. Bir sözlə, idmanın gələcəyi ilə bağlı nə məndə, əminəm ki, nə sizdə, nə də Azərbaycan cəmiyyətində heç bir şübhə yoxdur. Biz əminik ki, idmançılar daim bizi sevindirəcəklər.

Onu da qeyd etməliyəm ki, cəmiyyətdə artıq idmançıların uğurlarına bir vərdiş yaranıbdır. Yəni, sanki bu, belə də olmalıdır. Əvvəlki illərdə hər bir qələbə böyük bir rezonansa səbəb olurdu. Ancaq bu da təbiidir. Çünki qələbələrin sayı artdıqca insanlar buna öyrəşir və elə gəlir ki, bu qələbələri əldə etmək çox asandır. Siz idmançılar və idmanla məşğul olanlar yaxşı bilirsiniz ki, bütün bu nailiyyətlər nə qədər böyük zəhmət hesabına əldə edilir. İdmançılar nəyin bahasına öz dövlətini ləyaqətlə təmsil edirlər, zədələnirlər, xəsarət alırlar, yorulurlar. Bütün bu işlər, necə deyərlər, diqqətdən bir qədər kənarda qalır. Ancaq bunu hamı bilməlidir. Çünki belə mötəbər yarışlarda böyük qələbəni əldə etmək üçün mütləq çox böyük fədakarlıq, peşəkarlıq və Vətənə sevgi lazımdır. Bizim gənclər vətənpərvərlik ruhunda tərbiyə alırlar, Vətənə, xalqa bağlıdırlar. Onların ən böyük mükafatı xalqın sevgisi və qiymətidir. Əminəm ki, sizin üçün də bu, belədir.

Mən çox şadam ki, bu gün sizinlə görüşürəm. Qeyd etmək istəyirəm ki, Azərbaycan dövləti sizin uğurlarınızı layiqincə qiymətləndirir. Bu gün səhər imzaladığım Sərəncam əsasında idmançılara pul mükafatı veriləcəkdir. İlk dəfə universiadada əldə edilmiş uğurlara görə yüksək səviyyəli pul mükafatı veriləcəkdir. Bu gün müvafiq Sərəncam oxunacaqdır. İdmançılara və onların məşqçilərinə dövlət tərəfindən daim diqqət, qayğı vardır. İdmançıların məişət problemləri də həll edilir. Hər ilin sonunda ənənəvi olaraq biz idmançıları mənzillərlə mükafatlandırırıq. İl ərzində digər mükafatlar da verilir. Bu, təbiidir, bu, lazımdır. Bu, dövlətin dəstəyidir, qayğısıdır.

Ancaq bir daha demək istəyirəm, mən tam əminəm ki, sizi qələbəyə aparan yollar sizin ürəyinizdən, Vətənə olan sevgidən, bizim milli bayrağımıza olan məhəbbətdən keçibdir.

Mən sizi bir daha bu qələbə münasibətilə təbrik edirəm. Azərbaycan xalqı adından sizə minnətdarlığımı bildirirəm. Əminəm ki, siz gələcəkdə bizi hələ çox sevindirəcəksiniz. Sağ olun.

X X X

Universiadanın yunan-Roma güləşi üzrə qalibi Rəsul ÇUNAYEV çıxış edərək dedi:

- Hörmətli cənab Prezident!

Mən Rəsul Çunayev yunan-Roma güləşi üzrə qızıl medal qazanmışam.

Hörmətli cənab Prezident!

Hörmətli idmançılar və qonaqlar!

Mən bu gün dərin və sonsuz sevinc içindəyəm. Öz kütləviliyinə görə dünyada Olimpiya Oyunlarından sonra ikinci yerdə dayanan mötəbər bir yarışın – Tələbələrin XXVII Yay Universiadasının qalibi olmuşam. Bu, təkcə mənim qələbəm deyildir.

Möhtərəm Prezident, bu böyük qələbə Sizin qələbənizdir. Bu, dünyanın hər bir ölkəsində yaşayan azərbaycanlıların qələbəsidir. Mən sevinirəm ki, ölkəmizin şan-şöhrətini, nüfuzunu dünyada tanıtdım. Çətin mübarizələrdə Sizin dəstəyiniz, xalqımızın dəstəyi mənə kömək oldu. Bütün idmançılar kimi, mən də bu köməyi, dövlətimizin diqqət və qayğısını yarışlara hazırlıq dövründə hiss etmişəm. Mən özümü bu mötəbər yarışlara həm fiziki, həm də mənəvi cəhətdən tam hazır hiss etmişəm. Elə bu inamla da yarışlarda idmanın yunan-Roma güləşi növündə mübarizə apararaq fəxri kürsünün ən yüksək pilləsinə qalxdım. Bu yarışlar mənim böyük təcrübə toplamağımda mühüm rol oynadı.

Milli komandamızın digər üzvləri də əzmlə mübarizə apararaq mükafatçılar sırasına düşdülər. Bu isə Azərbaycanın 162 ölkə arasında 15-ci yerdə qərarlaşmasına səbəb oldu.

Möhtərəm cənab Prezident, mən öz qələbəmə görə Sizə minnətdarlığımı bildirirəm. Ölkəmizin bütün idmançıları adından böyük ehtiramla bildirirəm ki, qarşıdan gələn seçkilərdə biz öz Prezidentimizi, idmançıların və gənclərin Prezidenti İlham Əliyevi dəstəkləyəcək, bundan sonra da doğma Vətənimizin idman şərəfini beynəlxalq miqyasda ləyaqətlə qoruyacaq, yeni nailiyyətlər əldə edəcəyik.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Sərbəst güləş üzrə məşqçi Yaqub MƏMMƏDOV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident!

Hörmətli qonaqlar!

Əziz idmançılar!

Öz miqyasına görə dünyada Olimpiya Oyunlarından sonra ikinci böyük auditoriya toplayan Tələbələrin XXVII Ümumdünya Yay Universiadası başa çatmışdır. Bu yarışlar ölkəmiz üçün çox əlamətdar olmuşdur. Azərbaycanın nümayəndə heyəti tələbə-gənclərin yarışına 81 idmançı ilə qatılmış, 10 idman növündə mübarizə aparmış və 16 medalla 162 ölkə arasında fəxri 15-ci yeri tutmuşdur. Bu isə ötən illərlə müqayisədə rekord göstəricidir.

Möhtərəm cənab Prezident, düşünürəm ki, bu qələbələr əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən möhkəm təməllər üzərində qurulan bədən tərbiyəsi və idman siyasətinin Sizin möhtəşəm fəaliyyətinizlə yeni məzmun və keyfiyyətlə davam etdirilməsinin bəhrəsidir. Tam qətiyyətlə deyə bilərəm ki, bütün idmançılar və biz məşqçilər daim Sizin qayğınızla əhatə olunmuşuq, həmişə Sizin diqqətinizi hiss etmişik. Bu isə idman sahəsində çalışan hər bir insan üçün çox vacibdir. Məhz bu qayğı idmançılarda daim ruh yüksəkliyi yaratmış, onları əzmlə mübarizə aparmağa, qələbə qazanmağa sövq etmişdir.

Mən bir məşqçi kimi idmanın güləş növünü təmsil edirəm. Son illərdə Azərbaycan idmanının beynəlxalq miqyasda mövqeyinin kifayət qədər möhkəmlənməsi məni heyran edir.

Təbii ki, bu mötəbər yarışda da əldə olunmuş qələbələr uğur ardıcıllığının bir nümunəsidir.

Cənab Prezident, eyni zamanda, bu qələbələr Azərbaycan idman ailəsinin Sizə töhfəsidir. Azərbaycan yığma komandasının bu mötəbər idman tədbirindəki uğurlu çıxışı ölkəmizin gücünü bütün dünyaya nümayiş etdirmişdir.

Möhtərəm cənab Prezident, fürsətdən istifadə edib göstərdiyiniz davamlı diqqət və qayğıya görə Sizə dərin təşəkkürümü ifadə edirəm, Sizə cansağlığı arzulayıram və bildirmək istəyirəm ki, növbəti Prezident seçkilərində biz - bütün idman ictimaiyyəti Sizinləyik. Gələcəkdə də ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişaf yolunda var qüvvəmizlə çalışacağıq.

Diqqətinizə görə çox sağ olun.

X X X

Prezident İlham ƏLİYEV: Sağ olun. Doğrudan da, bu, böyük qələbədir. Bir daha qeyd etmək istəyirəm ki, bu, idman qələbəsidir, eyni zamanda, Azərbaycan dövlətinin qələbəsidir. Gənc müstəqil Azərbaycan dövləti idman aləmində də öz sözünü deyir və biz güclülər sırasındayıq.

Onu da qeyd etmək istəyirəm ki, son illər ərzində Azərbaycanda keçirilmiş beynəlxalq yarışlar, o cümlədən dünya çempionatları, Avropa çempionatları əlbəttə ki, idmanın inkişafına öz töhfəsini vermişdir. Çünki Azərbaycan indi dünya idman aləmində də çox böyük qiymətə layiq olan bir ölkədir. Azərbaycanda mütəmadi qaydada beynəlxalq yarışlar keçirilir, o cümlədən iki il bundan sonra birinci Avropa Oyunları Azərbaycanda keçiriləcəkdir. Bu da bizim növbəti idman uğurumuzdur.

Çünki bildiyiniz kimi, bu günə qədər Avropa Oyunları keçirilmirdi. Başqa qitələrdə bu oyunlar keçirilib, uzun illərdir ki, keçirilir. Avropada isə belə təcrübə yox idi. Belə oyunların keçirilməsi haqqında qəbul edilmiş qərar özlüyündə böyük əhəmiyyətə malikdir. Xüsusilə, nəzərə alsaq ki, birinci oyunların keçirilməsi bizə etibar edilib. Bu əlbəttə ki, ölkəmizin növbəti uğurudur. Bildiyiniz kimi, indi hazırlıq işləri gedir, cəmi iki il vaxtımız vardır. Siz universiadada uğurla çıxış etmisiniz, bilirsiniz ki, neçə il ərzində universiadaya hazırlıq işləri aparılmışdır. Yay Olimpiya Oyunları üçün hazırlıq dövrü təqribən 6-7 ildir. Bu ilin sonunda 2020-ci ildə keçiriləcək Olimpiadanın yeri müəyyən ediləcəkdir. Yəni, 6-7 il vaxt olacaqdır.

Bizim isə cəmi iki il vaxtımız vardır. Ancaq buna baxmayaraq, mən əminəm ki, biz Avropa Oyunlarını ən yüksək səviyyədə keçirəcəyik. Yay Olimpiya Oyunlarının səviyyəsində keçirəcəyik. İndi bunu etmək üçün bizim imkanlarımız var və idman qurğuları, o cümlədən Bakıda möhtəşəm Olimpiya Stadionu, Su İdmanı Sarayı tikilir. Bizim mövcud idman qurğularımız təmir edilir.

Əlbəttə ki, Avropa Oyunlarının keçirilməsi təkcə idman infrastrukturunun yaradılması ilə məhdudlaşmır, nəqliyyat, təhlükəsizlik, təşkilati məsələlər. Bütün bu məsələlər böyük zəhmət və istedad tələb edir. Ancaq Azərbaycanın artıq beynəlxalq yarışların və beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəsi vardır. Mən heç şübhə etmirəm ki, vaxt azlığına baxmayaraq biz Avropa Oyunlarını yüksək səviyyədə keçirəcəyik. Əminəm ki, siz, bax bu gün burada əyləşən idmançılar bu oyunlarda fəal iştirak edəcəksiniz, xalqımızı bir daha sevindirəcəksiniz.

Onu da qeyd etmək istəyirəm ki, idmanın inkişafı ilə bağlı əlbəttə, müxtəlif meyarlar mövcuddur, idman infrastrukturu, idmanla məşğul olan insanların faiz baxımından miqdarı, ondan sonra digər amillər vardır. Ancaq bunların içində, hesab edirəm ki, idmançıların uğurları və medalların sayı ön plandadır. Biz ardıcıllıqla ildən-ilə medalların sayını artırmışıq. Əgər Olimpiya Oyunlarının tarixinə nəzər salsaq görərik ki, 1996-cı ildən 2012-ci ilə qədər ardıcıllıqla bütün Olimpiya Oyunlarında medalların sayı artmışdır və indi on medal əldə edilib. Bu da son hədd deyil, keçən Olimpiya Oyunlarında da medalların sayı çox olmalı idi. Sadəcə olaraq hakimlərin bəzi hallarda ədalətsizliyi buna imkan vermədi.

Ancaq bizim idmançılar, hesab edirəm ki, gələcəkdə də bizi sevindirəcəkdir. Biz sizdən yeni qələbələr gözləyirik. Çox şadam ki, indi idmanımızda yeni simalar, yeni adlar üzə çıxır. Bu universiadada iştirak edən və uğur qazanan idmançıların əksəriyyəti gənc idmançılardır, Azərbaycan ictimaiyyətinə o qədər də tanış deyillər. Bu da çox müsbət haldır. Yəni, gənc nəsil yetişir və əminəm ki, idmançılarımızın uğurları bundan sonra da olacaqdır.

Bir daha o fikrimə qayıtmaq istəyirəm ki, 162 ölkə arasında dünya miqyasında keçirilmiş Olimpiya Oyunlarından sonra ikinci mötəbər yarışda 15-ci yerə layiq olmaq tarixi qələbədir. Ancaq güclü dövlətlər buna qadirdir və güclü dövlət güclü cəmiyyət deməkdir. İnsanlarımızın peşəkarlığı, istedadı və bir daha demək istəyirəm ki, Vətənə olan bağlılığı bax, bu uğurları şərtləndirmişdir. Bir daha sizi ürəkdən təbrik edirəm, sizə yeni uğurlar arzulayıram.

X X X

Sonra dövlətimizin başçısı Kazanda qazanılan böyük qələbədə əməyi olan idmançılar, məşqçilər və idman mütəxəssisləri ilə görüşdü, onlara ən xoş arzularını çatdırdı.

Sonda xatirə şəkli çəkdirildi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Kazanda keçirilən XXVII Ümumdünya Yay Universiadasının qaliblərini, mükafatçılarını, onların məşqçilərini və respublikanın idman mütəxəssislərini qəbul etmişdirVİDEO

Monteneqro və Azərbaycan Gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb

ADPU-nun Quba filialında Azərbaycan–Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi fəaliyyətə başlayıb

"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib

İƏT-in Aİ-dəki keçmiş daimi müşahidəçisi Azərbaycanın dinlərarası dialoqun qurulmasında təşəbbüskarlığını yüksək qiymətləndirib

Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini ölkəmizlə bölüşməyə hazırdır

YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat yığıncağı keçirilib

Andrey Kondraşov: Bir çox ölkələr və təşkilatlar MDB ölkələrinin yaxınlaşmasını istəmirlər

Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb

Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub

Bioelektrik siqnal şəbəkəsinin formalaşmasının molekulyar-struktur əsasları - elmi seminar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsil proqramı çərçivəsində dəyirmi masa təşkil edilib

Ekspert: Yeni tariflər elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmada sui-istifadə hallarının qarşısının alınmasına öz töhfəsini verəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib

Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir

Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var

"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib  YENİLƏNİB

® “Kapital Bank”ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi edib

AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub

Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub

Elm və Təhsil Nazirliyi ilə NAFSA arasında əməkdaşlıq imkanları müzakirə edilib

® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!

BDU-da QS beynəlxalq reytinq agentliyinin regional direktoru ilə görüş

Albaniyalı akademik Azərbaycandakı dinlərarası harmoniya barədə məlumatlandırılıb

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri üzrə qiymətlər müəyyənləşdirilib

ADNSU ilə Daşkənd Kimya Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb

Azərbaycan-Rusiya əməkdaşlığının nəqliyyat sahəsindəki inkişaf perspektivləri müzakirə olunub

Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə də elektron qaydada pensiya təyin olunacaq

Türkiyənin “Mədəniyyət yolu” festivalında Azərbaycanın iştirakı müzakirə edilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib

“Heydər Əliyev və milli mədəniyyət strategiyası” - tələbə-şagird konfransı

Amerika din xadimləri ilə görüşdə Azərbaycandakı tolerantlıq mühiti diqqət mərkəzində olub

Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib

Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında

Türkiyə-Azərbaycan Universiteti növbəti tədris ilində tələbə qəbuluna başlayacaq

Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır

® “GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcək

Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib

“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1063-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Lənkəranda vətəndaşların müraciətlərini dinləyib

San-Tome və Prinsipi ada dövləti Portuqaliyanın müstəmləkəçilik təzminatının ödənilməsi haqqında plan hazırlayır

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 avqust tarixli 359 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Malayziyalı parlamentarilər Füzuli və Şuşa şəhərlərində olublar

UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar tələbə konfransı keçirilib

Naxçıvan Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 447 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası ərazisində dövlət  mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyi: 49 müəssisədə nöqsanlar aşkarlanıb

“Gələcək üçün bacarıqlar” layihəsinin növbəti inkubasiya proqramı təqdim olunub

“Vagaclub”un üzvü: Laçında gələcəkdə dağ alpinizminin inkişafı üçün əlverişli şərait var

Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyi bir sıra tədbirlərlə qeyd ediləcək

Rusiya və Tacikistan prezidentləri terrorizmə qarşı mübarizə məsələlərini müzakirə ediblər

Biləcəri qəsəbəsində qablaşdırılmış içməli su emalı müəssisəsində istehsal dayandırılıb

Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var

Alister Çarlz: İnanıram ki, Bakı Forumunda aparılan müzakirələr dünyada sülhün təmin olunmasına töhfə verəcək

Filippin parlamentinin komitə sədri Milli Məclisdə olub

Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib VİDEO

Botanik alimlər Azərbaycanda yayılmış “Artemisia” cinsi növlərini tədqiq ediblər

AIPA-nın Baş katibinə Azərbaycanda qadın hüquqlarının tarixi barədə məlumat verilib

Azərbaycanın U-19 yığması İrlandiya, İslandiya və Moldova ilə eyni qrupa düşüb

Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb

Elm və Təhsil Nazirliyi “Times Higher Education” ilə əməkdaşlığa başlayır

Kanada millisində çalışan azərbaycanlı məşqçi: Gimnastlarımı öz Vətənimdə keçirilən yarışa hazırlamaq qürurvericidir

Hərbi bilik yarışının qalibləri mükafatlandırılıblar

Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir

AzMİU-nun əməkdaşları bölgələrdə yuxarı sinif şagirdləri ilə görüşüblər

Dini konfessiyaların nümayəndələri Suqovuşan və Talışdakı Alban məbədlərini ziyarət ediblər VİDEO

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikasının Qanunu

Tələbə yoldaşlarımla birlikdə öyrənmək və biliklərimi onlarla bölüşmək qürurvericidir – peşə təhsili alan sahibkar

Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İstanbuldakı lisenziya turnirinə qatılacaq Azərbaycan güləşçiləri dəqiqləşib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilib YENİLƏNİB

® İrşad müştərilərinə 5 milyon manatdan çox bonus qazandırdı

Alimlər piylənmənin yeni səbəbini tapıblar - Tədqiqat

Yunus Əmrə İnstitutunda "Turan yolu-Zəngəzurum" adlı əsərin təqdimatı olub

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan-Avstraliya Dostluq Qrupunun həmsədri ilə görüş keçirilib

Forum iştirakçısı: COP29-un Bakıda keçirilməsi Azərbaycanın yaşıl enerji imkanlarını nümayiş etdirməsi üçün əla fürsətdir

SOCAR: Şirkətin fəaliyyətində və strukturunda müəyyən dəyişikliklər nəzərdə tutulub

Moskvada Azərbaycan və Rusiya Baş nazirləri müavinlərinin görüşü keçirilib

Forum iştirakçıları Ağdamın dağıdılmış abidələrini ziyarət ediblər

“Bilişim Vadisi”nin direktoru: Azərbaycanın texnologiya ölkəsinə çevrilməsində dəstəyi davam etdirəcəyik

Konstitusiya Məhkəməsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib

Baş prokuror Tərtər rayonunda 71 vətəndaşın müraciətini dinləyib

AQTİ-nin mütəxəssisləri Şabran rayonunda təlim, məsləhət və qiymətləndirmə xidmətləri həyata keçirib

® “PAŞA Holding”in dəstəyilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək

Norveçli səyyah: Azad olunmuş əraziləri ziyarət etmək bizim üçün çox maraqlı oldu VİDEO

Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb

İcraçı direktor: Azərbaycan dilində süni intellektin yaradılması üzrə işlər davam etdirilir

Macarıstan hökuməti Budapeştin UEFA Çempionlar Liqasının finalına ev sahibliyi etməsini dəstəkləyir

Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb

“Bakı KOB evi”ndə sahibkarlara göstərilən xidmətlərin 72 mindən çoxu 10 dövlət qurumunun payına düşür

Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib

AXA-nın sədri Beyləqanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Azərbaycan-Türkiyə əməkdaşlığının dini sahədə inkişaf perspektivləri müzakirə edilib

Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

® Azərbaycan banklarının nümayəndələri Türkiyənin “Ziraat Bankası”nda qonaq olublar

ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub

Suriyada İŞİD-in hücumu nəticəsində 17 hərbçi həlak olub