Azərbaycan Dövlət İnformasiya Agentliyi

2. Məşğulluq sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi

2.1.
«Məşğulluq haqqında» Azərbaycan Respublikası Qanununun Avropa Sosial Xartiyasının aidiyyəti müddəalarına uyğunlaşdırılması və təkmilləşdirilməsi ilə bağlı müvafiq təkliflərin hazırlanması
Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi
 
2007
2.2.
Beynəlxalq Əmək Təşkilatının “Ailə öhdəlikləri olan işçilər: kişi və qadın işçilər üçün bərabər rəftar və bərabər imkanlar haqqında” 156 saylı Konvensiyasının ratifikasiyaya hazırlanması
Nazirlər Kabineti, Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasını və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını cəlb etməklə
 
 
2007-2008
2.3
Beynəlxalq Əmək Təşkilatının “Əməyin təhlükəsizliyi və gigiyenası haqqında” 155 saylı Konvensiyasının ratifikasiyaya hazırlanması
Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasını və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını cəlb etməklə
 
 
2008-2009
2.4.
İşəgötürənlərlə işçilər arasında əmək müqaviləsinin (kontraktının) bağlanması və onun ləğv edilməsi, çevik iş rejimlərinin tətbiqi və əmək qanunvericiliyinə dair digər məsələlər üzrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı müvafiq təkliflərin hazırlanması
Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasını və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını cəlb etməklə
 
 
2007-2008
2.5.
Əməyin mühafizəsi və texniki təhlükəsizliyi sahəsində normativ bazanın təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması
Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Fövqəladə Hallar Nazirliyi işəgötürənləri və həmkarlar ittifaqını cəlb etməklə
 
2008
2.6.
İstehsalatda baş verən bədbəxt hadisələrdən və peşə xəstəliklərindən işçilərin icbari şəxsi sığorta edilməsini tənzimləyən qanun layihəsinin hazırlanması və müvafiq qaydada Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi
Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasını və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını cəlb etməklə
 
2007
2.7.
Məşğulluğun şaxələndirilməsinin və yerli istehsalın inkişafının stimullaşdırılması məqsədi ilə vergi və gömrük sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması
Nazirlər Kabineti, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi
 
2007
2.8.
İşləyən vətəndaşların sərbəstləşmə nəticəsində işini itirmək təhlükəsi və ya istehsalın tələblərinə uyğun olaraq peşə və ixtisasını dəyişməsi zərurəti yarandıqda peşə hazırlığının, yenidən hazırlıq və ixtisaslarının artırılmasının təşkil edilməsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi barədə təkliflərin hazırlanması
Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi
 
2007
2.9.
İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı “Məşğulluq haqqında” Azərbaycan Respubli­ka­sı­nın Qanununa əlavələr edilməsinə dair təkliflərin hazırlanması
Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi
 
 
2007
2.10.
Yeni iş yerlərinin yaradılması məqsədi ilə regionlarda kiçik və orta sahibkarlığın, ailə kəndli təsərrüfatının və özünü­məşğulluğun inkişaf etdirilməsi və genişləndirilməsi sahəsində mövcud olan aidiyyəti qanunvericilik aktlarının təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması
Nazirlər Kabineti, İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi digər aidiyyəti orqanları ilə birlikdə
 
 
2007-2008
2.11.
Hərbi xidmətə çağırılması ilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş gənclərin ordu sıralarından tərxis olunduqdan sonra həmin müəssisələrdə yenidən işə qəbul edilməsini təmin etmək məqsədi ilə mövcud qanunvericiliyə zəruri dəyişikliyin edilməsi ilə bağlı təkliflərin hazırlanması
Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi
 
 
2007
2.12.
Əlillərin məşğulluğunun inkişaf etdirilməsi məqsədi ilə müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması
Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Səhiyyə Nazirliyi digər aidiyyəti orqanları ilə birlikdə
 
 
2007
2.13.
Azərbaycan Respublikasının əməkçi miqrantların hüquqlarına dair müvafiq beynəlxalq konvensiyalara qoşulması üzrə təkliflərin hazırlanması
Nazirlər Kabineti , Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sosial Müdafiə Fondu
 
2007
2.14.
Əməkçi miqrantların sosial müdafiəsinin tənzimlən­mə­si və onların hüquqlarının qorunması məqsədi ilə “Əmək miqrasiyası haqqında” Azərbaycan Respubli­ka­sı­nın Qanununa və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi ilə bağlı təkliflərin hazırlanması
Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi digər aidiyyəti orqanları ilə birlikdə
 
 
2007
2.15.
Azərbaycan Respublikasında əmək və məşğulluq sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyətin gücləndirilməsi məq­sə­di ilə Azərbaycan Respublikası­nın İnzibati Xətalar Mə­cəl­ləsinə və digər qanunvericilik aktlarına müvafiq əlavələr və dəyişikliklər edilməsinə dair təkliflərin hazırlanması
Nazirlər Kabineti,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyi, Ədliyyə Nazirliyi
 
 
2007-2008
2.16.
Kütləvi informasiya vasitələri ilə əmək və məşğulluq sahəsində qəbul edilmiş normativ hüquqi aktlar haqqında əhalinin mütəmadi olaraq məlumatlandırılması
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti 
 
 
2007-2010
 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin