Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev Maştağada qəsəbədaxili yollarda aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur VİDEO

Bakı, 2 sentyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Maştağada qəsəbədaxili yollarda aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur.

Dövlətimizin başçısının göstərişi ilə Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, paytaxtın yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər ardıcıl olaraq həyata keçirilir. Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nın davamı olan 2011-2013-cü illəri əhatə edən Dövlət Proqramında yol infrastrukturunun daha da müasirləşdirilməsi nəzərdə tutulur. Bakı və ətraf qəsəbələrin yollarının ən müasir səviyyədə inşası, yol ötürücülərinin, körpü, tunel, yeraltı və yerüstü piyada keçidlərinin tikintisi ardıcıl olaraq həyata keçirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlər və həyata keçiriləcək tədbirlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, Bakının digər qəsəbələrində olduğu kimi, Maştağada da daxili yollar əsaslı şəkildə yenidən qurulur, əhalinin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Qeyd olundu ki, qəsəbədə 72 min 500 kvadratmetr yol sahəsinə asfalt örtüyü döşənmiş, yolların kənarları abadlaşdırılmış, ətraf ərazilərdə səliqə-sahman yaradılmışdır. Qəsəbədaxili yolların kənarlarında 100-ə yaxın yeni işıq dirəkləri qoyulmuş, müasir işıqlandırma sistemi quraşdırılmışdır.

Azərbaycan Prezidentinin diqqətinə çatdırıldı ki, qəsəbədaxili yolların əsaslı şəkildə yenidən qurulması işləri davam etdirilir.

Görülən işlərlə yaxından tanış olan dövlətimizin başçısı sakinlərlə görüşdü.

Qəsəbə sakinlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Sizi görməyimə çox şadam. Əvvəllər Maştağa qəsəbəsində dəfələrlə olmuşam. Mən indi yeni çəkilən yola da baxdım. Keyfiyyətli yoldur. Qəsəbədaxili bütün yollar bu səviyyədə olmalıdır. Elə də olacaqdır. Maştağa böyük qəsəbədir. Burada qəsəbədaxili yollar da çoxdur. Ancaq biz bütün bu yolları tədricən yüksək səviyyədə təmir etdirəcəyik ki, insanlar rahat yaşasınlar, gediş-gəliş də rahat olsun.

İndi Azərbaycanda bütün yol infrastrukturu yenilənir, o cümlədən Bakı şəhərində. Bütün bölgələrdə, rayonlarda kənd yolları, qəsəbə yolları tikilir. Bakıda qəsəbələrarası yollar yenidən qurulur. Bu gün səhər biz böyük bir yol-nəqliyyat qovşağının açılışını qeyd etdik. Metronun “Gənclik” stansiyasının yaxınlığındakı böyük bir nəqliyyat infrastrukturu açılmışdır. Bununla bərabər, bütün qəsəbələrdə yol infrastrukturu layihələri icra edilir.

Bildiyiniz kimi, Bakının kənd və qəsəbələrinin inkişafı ilə bağlı Dövlət Proqramı icra edilir. Bu il Proqramın əsas hissəsi başa çatacaqdır. Proqramda əsasən yol, qazlaşdırma, su, kanalizasiya xətləri layihələri nəzərdə tutulur. Bütün bu məsələlər ardıcıllıqla icra edilir. Qəsəbələrdə bütün infrastruktur layihələri yüksək səviyyədə təşkil edilməlidir.

Bakının qəsəbələrinin arasında isə Maştağa ən böyük qəsəbədir, tarixi bir yerdir. Maştağanın çox böyük tarixi vardır. Bu gün də böyük potensiala malik olan bir qəsəbədir. Şadam ki, burada bütün işlər məqsədyönlü şəkildə aparılır. Biz bu işlərə kompleks şəkildə yanaşırıq. Məktəblər tikilir, təmir edilir, tibb məntəqələri, uşaq bağçaları, yollar, su-kanalizasiya layihələri də icra ediləcəkdir. Bütün yollar bax bu səviyyədə olmalıdır. Bu günə qədər görülmüş işlər xəritədə göstərilir, burada əks olunub. Ancaq bir daha demək istəyirəm ki, qəsəbə çox böyükdür. Qəsəbədaxili yollar da çoxdur. Biz hələ gərək bir müddət işləyək ki, bütün yollar bu səviyyədə olsun.

Əlbəttə, hər bir qəsəbənin inkişafı ilə bağlı xüsusi proqramlar vardır. Qəsəbələrdə iş yerlərinin, yeni sənaye müəssisələrinin yaradılması layihələri icra edilir. Əlbəttə ki, Bakının digər bölgələri ilə əlaqə rahat olmalıdır.

Zabrat yolu genişləndirilmişdir. İndi Pirşağı yolu, sahilboyu Bilgəh-Sumqayıt yolu tikilir. Bütün bu yollar Bakı sakinlərinin rahatlığı üçün edilir. Gördüyümüz bütün işlərin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Həm bölgələrdə, həm Bakıda, Bakının qəsəbələrində çox böyük quruculuq işləri aparılır. Əlbəttə ki, bu layihələrin icra edilməsi bizə əlavə güc verir. Ona görə də görülmüş bu işlərlə bağlı mən sizi ürəkdən təbrik edirəm. Deyə bilərəm ki, gələcəkdə də Maştağanın inkişafı daim diqqət mərkəzində olacaqdır.

Sakinlər: Çox sağ olun.

Prezident İlham ƏLİYEV: Mən xatırlayıram ki, Prezident kimi ilk dəfə qəsəbəyə gəlmişdim. O vaxt yollar əlbəttə ki, belə vəziyyətdə deyildi. O vaxt biz bəzi qəsəbədaxili yolların tikintisinə başlamışdıq. Ondan sonra sakinlərin bir neçə xahişi olmuşdu, onlar da icra edildi. Ancaq bu gün Azərbaycan daha da böyük maliyyə imkanlarına malikdir. Biz daha da böyük işlər görməyə qadirik, bunu edirik və edəcəyik. Bir daha sizi təbrik edirəm.

X X X

Görülən işlərlə bağlı sakinlər adından Prezident İlham Əliyevə minnətdarlığını bildirən Maştağa qəsəbəsinin sakini Hüseynqulu ƏLƏSGƏROV dedi:

- Hörmətli cənab Prezident!

Əvvəla, icazə verin, sakinlər adından qəsəbəmizə gəlməyiniz münasibətilə Sizə “Xoş gəldiniz” deyək. Xoş gəlmişsiniz!

Sizin qəsəbəmizin sakinlərinə, qəsəbəyə göstərdiyiniz diqqət hamımıza bəllidir. Elə bunun nəticəsidir ki, qəsəbəmizdəki bütün məktəblər, uşaq bağçaları əsaslı təmir olunub. Poliklinika şöbəsi əsaslı təmir edilib və istifadəyə verilib. Biz buna görə Sizə təşəkkür edirik. Elə bu gün istifadəyə verilən yollarımızın, bu yaxınlarda Buzovna-Maştağa-Zabrat yolunun açılışında da Sizinlə birlikdə iştirak etdik. Bizi çox sevindirir ki, istər Bakı şəhərinin yolları, istərsə də qəsəbədaxili yollarımız eyni səviyyədə, eyni keyfiyyətdədir. Bizim küçələrimiz, - artıq 10 belə küçə vardır, - asfaltlaşdırılmışdır. Qaz və işıq problemimiz yoxdur. Kanalizasiya sisteminin çəkilməsi haqqında bizə xoş xəbər verdilər ki, Sizin bu haqda göstərişiniz olub. Qəsəbə sakinləri adından Sizə təşəkkür edirik ki, bu işimiz də öz yolunda olacaqdır.

Su problemimizlə bağlı Sizin göstərişiniz nəticəsində artıq bu işlərə başlanmışdır. Son zamanlar rayonumuzda gedən işlərlə bağlı Sizə dərin təşəkkürümü bildirirəm. Eyni zamanda, demək istəyirəm ki, qəsəbəmizin bir hissəsində qrunt sularının qalxması ilə bağlı Sizin bircə göstərişiniz kifayət etdi ki, 70-ə qədər nasos quraşdırıldı, kilometrlərlə xətlər çəkildi. Hazırda bu problem demək olar ki, aradan qaldırılıb. Sizə dərin təşəkkürümüzü bildiririk. Sizə bu işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Sizə cansağlığı, uzun ömür arzulayırıq. Sonda demək istəyirəm, qəsəbə sakinləri arzu edirlər ki, Siz onların əbədi Prezidenti olasınız.

X X X

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Qəsəbədə doğrudan da böyük işlər görülüb, amma görüləsi işlər çoxdur. Əlbəttə, mənim rayonlara, qəsəbələrə səfərlərimin səbəbi ondan ibarətdir ki, əlavə nə kimi işlər görülməlidirsə onu Sizdən eşidim. Çünki əlbəttə ki, forsmajor hadisələr də olur, gözlənilmədən hansısa bir hadisə baş verir. Siz də qeyd etdiyiniz kimi, qrunt sularının qalxması ilə əlaqədar insanlar əziyyət çəkdilər. Ancaq bütün bu məsələlər operativ qaydada öz həllini tapdı. Yəni, bu hadisə və gördüyümüz bütün başqa işlər onu göstərir ki, iradə olan yerdə istənilən işi görmək olar. Təki iradə, istək, həvəs olsun.

Hər bir vəzifəli şəxs öz xalqına bağlı olmalıdır. Hər bir məmur öz vətəndaşlarına xidmət etməlidir. Əgər hər bir qəsəbənin problemi öz həllini taparsa, onda ölkədə heç bir problem qalmaz. Çox sadə bir məntiqdir.

Azərbaycanda dörd mindən artıq kənd və qəsəbə vardır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı da bütün bu qəsəbələrin problemlərini özündə ehtiva edir. Bu ilin sonunda ikinci Dövlət Proqramı başa çatır. Üçüncü proqram da hazırlanır. Növbəti beş il ərzində infrastruktur və sosial obyektlərlə bağlı heç bir problem qalmayacaqdır.

Bir daha demək istəyirəm ki, Maştağa qəsəbəsində bir çox məsələlər öz həllini tapmışdır. Qazlaşdırma tam şəkildə öz həllini tapıb. Elektriklə bağlı problem yoxdur. Yollar çəkilir və bu proses davam etdiriləcəkdir. Su-kanalizasiya layihələri bütün qəsəbələrdə böyük problemdir. Bilirsiniz ki, bu məsələlər Bakıda heç vaxt lazımi səviyyədə öz həllini tapmamışdır. Bunun təbii səbəbləri vardır. Çünki Abşeron yarımadasında su mənbələri çox azdır. Vaxtilə Abşerona digər yerlərdən xətlər çəkilərək su verilmişdir. Ancaq hazırda bütün ölkəmizin su probleminin həlli üçün xüsusi proqram icra edilir. Siz də yəqin ki, izləyirsiniz. Demək olar ki, hər həftə hansısa rayonda içməli su, kanalizasiya layihələri öz həllini tapır. Belə olan halda mütləq Bakı şəhərinin bütün qəsəbələrində bu problem öz həllini tapmalıdır. Müvafiq göstərişlər verilmişdir. Proqram tutulub. Maştağada yaxın zamanlarda bu proqram icra edilməyə başlanacaqdır. Hər bir evə 24 saat ərzində içməli suyun verilməsi, özü də keyfiyyətli içməli suyun verilməsi təşkil ediləcəkdir. Yəni, qarşıya belə vəzifə qoyulubdur.

Gələcəkdə, əlbəttə ki, digər layihələr icra ediləcəkdir. Məktəb, uşaq bağçası tikintisi, təmiri gedir. Ancaq əhali artır, Maştağa qəsəbəsi də böyüyür və üstünlüyümüz ondan ibarətdir ki, bizdə daim demoqrafik inkişaf gedir. Əhali artır, bu da gücümüzü daha da artırır. Ona görə bütün bu işlər, o cümlədən burada qurulacaq su layihəsi də 2035-ci ilə hesablanıb ki, əhalinin artımı orada nəzərə alınır. Bütün başqa məsələlər. Əgər indi əlavə hansısa bir təklifiniz, istəyiniz, xahişiniz varsa, deyin, biz onu da həll edək. Çünki mən ona görə gəlmişəm ki, həm tanış olum, həm də Sizdən eşidim ki, biz əlavə nə etməliyik.

Sakin: Təşəkkür edirik. Çox sağ olun! Hər şey yaxşıdır.

Prezident İlham ƏLİYEV: Rayonda da bütövlükdə işlər yaxşı gedir. Sabunçu rayonu inkişafdadır, digər qəsəbələrdə də quruculuq işləri aparılır. Bir daha demək istəyirəm ki, mənim üçün mərkəzi, yaxud da ki, qıraq rayon anlayışı yoxdur - nə ölkə, nə də Bakı şəhəri üzrə. Hər bir rayon mərkəzdir. Hər bir qəsəbədə işlər elə görülməlidir ki, sanki bu, şəhərin mərkəzidir. Bax, Bakı şəhərinin mərkəzi necə gözəldir. Bütün şəhərlər, bütün rayonlar elə olmalıdır. Bir daha demək istəyirəm ki, bunu etməyə bizim imkanımız da, iradəmiz də vardır. Xalq da bütün bu işləri dəstəkləyir. Belə olan halda qarşımızda heç bir maneə ola bilməz.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Maştağada qəsəbədaxili yollarda aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur VİDEO

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edir

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı olub

Bakıda “Big Band Workshop” adlı ustad dərsləri keçiriləcək

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb VİDEO

Azərbaycan klubu iki basketbolçu ilə vidalaşır

Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib 

Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fləş-mob təşkil edib

“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib

İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində Elçin Hami Axundov ilə görüş

Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub

Daşqınlardan sonra 37 minədək qazaxıstanlı evinə qayıdıb

ÜST-nin rəhbəri: Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı

“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb

Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq

Hökumətin hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb

ABŞ-da yeni “qiyamət günü təyyarəsi” hazırlanacaq

Azərbaycanlı rejissorun filmi Kann festivalında

Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib

Azərbaycan Premyer Liqasında XXXII turun hakimləri açıqlanıb

Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar

Hərbçilərimiz İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər

Avropa çempionatı: Azərbaycan şahmatçılarının duelində Ülviyyə Fətəliyeva sevinib

Argentinada 60 yaşlı qadın gözəllik müsabiqəsində iştirak edir

Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edib

Nazir müavini: COP29-un Azərbaycanda texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında mühüm rolu olacaq

İspaniya Ukraynaya “Patriot” sistemi üçün raketlər verəcək

ÜST: Pandemiya dövründə antibiotiklərdən ifrat istifadə mənfi nəticələr verib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” - Azərbaycan modelinin təqdimatı üçün mühüm platforma ŞƏRH

Bu il pambıq və digər kənd təsərrüfatı bitkilərinin əkinində yeni texnologiya tətbiq olunacaq

İngiltərə çempionu birillik fasilədən sonra Premyer Liqaya qayıdıb

Yəmən sahillərində ABŞ-ın 30 milyon dollarlıq PUA-sı vurulub

Kitabxanada sərgi: Ümidsiz gözlərin nur mənbəyi - Zərifə Əliyeva

Ciddədə Gənclərin İnkişafı Forumu keçirilib

Azərbaycan idmançısı İstanbulda iki gümüş medal qazanıb

Milli Kitabxanada Əməkdar elm xadimi Zərifə Əliyevaya həsr olunan silsilə materiallar hazırlanıb

BSU-da akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikili sökülüb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Naxçıvanda boks məşqçiləri ilə görüş olub

Almaniya və Azərbaycan - mühüm siyasi-iqtisadi tərəfdaşlıq ŞƏRH