Azərbaycan Dövlət İnformasiya Agentliyi

74-cü sessiya: Birləşmiş Millətlər Təşkilatı və bəşəriyyəti gözləyən təhlükələr

74-cü sessiya: Birləşmiş Millətlər Təşkilatı və bəşəriyyəti gözləyən təhlükələr

Dünyanın ən mötəbər və nüfuzlu beynəlxalq təşkilatının Baş Assambleyasının 74-cü sessiyasına ekspertlər müəyyən mənada ümidlə baxırdılar. Yüksək tribunadan bəşəriyyəti "sakitləşdirə biləcək" nikbin tezislərin və çağırışların səsləndirilməsi gözlənilirdi. Lakin Baş katib Antonio Quterreş çıxışında dünyanı yeni müharibə təhlükəsinin gözlədiyini ifadə etməklə vəziyyətin mürəkkəbliyini vurğulamış oldu. Böyük dövlətlərin başçılarının da çıxışlarında yer almış fikirlər narahatlıq yaratdı. Onlar bəşəriyyəti təhdid edən problemlərdən danışdılar, lakin çıxış yollarından bəhs edən olmadı. Sanki böyük dövlətlərin hər biri dünyada mövcud olan risklərə öz maraqlarına uyğun tərzdə toxunurdular. Bu cür mövqedən isə ortaq yanaşma formalaşdırmaq çox çətindir. Bu kimi aktual məsələlərin fonunda BMT Baş Assambleyasının 74-cü sessiyasının ümumi müzakirələrində irəli sürülən fikirlərin təhlilinə ehtiyac gördük.

Sadalanan problemlər: artan risklər fonunda

BMT-nin Baş Assambleyanın növbəti sessiyası qlobal geosiyasətin nəbzini tutmaq üçün maraqlı proseslərə səhnə oldu. Dünyanın bir çox dövlətlərinin başçılarının ali tribunadan ifadə etdikləri fikirlər dünyada vəziyyəti qiymətləndirmək üçün əhəmiyyətli istiqamətlər verdi. Etiraf edək ki, burada nikbinlikdən çox bədbinlik mövcuddur. Çünki natiqlərin demək olar ki, hamısı mövcud problemlərdən bəhs etdilər. Bundan başqa, liderlər həmin problemlərin həlli üçün ortaq mövqenin seçilməsi məsələsini də nəzərdən keçirmədilər. Hər kəs çətinliklərdən öz bildiyi kimi danışdı.

Belə təəssürat yaranır ki, dünya bütövlükdə çətinliklər, risklər və təhdidlərlə doludur, lakin ona qarşı qüvvələri birləşdirmək iradəsi demək olar ki, yox dərəcəsindədir. Xüsusilə güclü dövlətlərin başçılarının nitqlərində belə bir ruh ancaq ümumi səviyyədə ifadə olunurdu. Onlar konkret təkliflər irəli sürməkdən sanki çəkinirdilər. Və ya hər böyük dövlət öz baxışlarını ifadə edir və digərlərini ona uyğun mövqe tutmağa səsləyirdi.

Həmişə olduğu kimi, Baş Assambleyanın iştirakçıları ABŞ Prezidentinin hansı fikirləri söyləyəcəyini maraqla gözləyirdilər. Donald Tramp öz ampluasına uyğun olaraq sərt, kəskin, konkret və açıq fikirlər ifadə etdi. O, Amerikanın dünyanın ən qüdrətli dövləti olduğunu bəyan edib, milli maraqların təmin edilməsi üçün atılan addımlardan bəhs etdi. ABŞ-ın dövlət başçısı ölkəsinin dünyanın başqa dövlətlərindən daha qiymətli olduğunu da dolayısı ilə ifadə etməkdən çəkinmədi. Bunun üçün Amerikanın sosial, iqtisadi və hərbi inkişafının ön sırada dayandığını vurğuladı.

D.Trampın dediyi tezislər içərisindən birinə ekspertlər ayrıca diqqət yetirirlər. ABŞ dövlət başçısı deyib ki, "Gələcək qlobalistlərin deyil, vətənpərvərlərindir. Gələcək öz vətəndaşlarını müdafiə edən, qonşularına hörmətlə yanaşan və hər bir ölkəni unikal edən, xüsusi edən fərqlərə hörmət göstərən suveren müstəqil dövlətlərindir".

Amerika Prezidentinin bu fikirlərində Qərb siyasiləri üçün standart sayılan liberalizm, demokratiya kimi anlayışlar deyil, "vətənpərvərlik", "mili dövlətçilik", "qonşu ölkələrə hörmətlə yanaşma" kimi ifadələr yer alıb. Bunlar təsadüfi deyil, qlobal miqyasda müşahidə edilən trendlərin bir qismidir. Ancaq D.Trampın dediklərinə nə dərəcədə əməl etməsi məsələsi elə də aydın deyil. Məsələn, D.Tramp türk vətənpərvərliyinə necə baxır və ona qarşı olan qəsdlərə necə reaksiya verir?

Bundan başqa, əgər qonşu ölkələrə hörməti ilk sırada görürsünüzsə, mütləq Ermənistanın qonşu Azərbaycanın ərazisinə və mədəniyyətinə olan təcavüzünün qarşısını real olaraq kəsməyə çalışmalısınız. Bunun əvəzində isə digər böyük dövlətlərin bir qismi kimi, Amerikanın təcavüzkar Ermənistana 100 milyonlarla ABŞ dolları həcmində yardım etdiyini görürük. Ziddiyyət haradadır: Amerika Prezidentinin məntiqində, yoxsa ikili standartlar siyasətində? Və belə bir vəziyyətin qaldığı vaxtda dünya geosiyasətində hansısa müsbət və köklü irəliləyiş ola bilərmi?

Sülhə dəstək və terrorla mübarizə: ikili standartların məngənəsində

Onun sonrakı fikirlərinin birində də nəzəri yanaşma ilə praktiki fəaliyyət arasında bir uyğunsuzluq özünü göstərir. D.Tramp sözlərinə davam edərək vurğulayır ki, "hər bir ölkənin öz sərhədlərini qorumaq hüququ vardır". Çox yaxşı. Bəs onda hansı səbəbə görə, Azərbaycana ərazi bütövlüyünü bərpa etməkdə maneələr yaradılır? Bu, üç istiqamətdə edilir. Birincisi, qadağan edirlər ki, hərbi əməliyyatlar olmaz. Yəni pozulmuş sərhədləri ancaq danışıqlar yolu ilə bərpa etmək mümkündür. İkincisi, danışıqlarda vasitəçi olan ATƏT-in Minsk qrupunun artıq 25 ildən çoxdur ki, süründürməçi, səmərəsiz, dişsiz, ikili standartlardan yanaşma siyasətini dəyişmirlər. Özü də bu quruma həmsədr ölkələr ABŞ, Rusiya və Fransadır. Deməli, sözdə hər bir suveren dövlətin öz sərhədini qorumaq hüququ vardır. Lakin bu, Amerika və ya Fransa, yaxud Rusiya üçün bütün vasitələrdən, o cümlədən hərbi əməliyyatlardan istifadə etməyi ehtiva edirsə (məs., Meksika ilə sərhəddə divar tikintisinə dair qərarın müəllifi Amerikadır, Suriyada milli təhlükəsizliyini qoruduğunu deyən ABŞ, Fransa və Rusiya aktiv şəkildə hərbi əməliyyatlar aparırlar), Azərbaycanın öz ərazisini işğaldan azad etmək üçün hərbi əməliyyat keçirməsinə qadağa qoyurlar. Bu, hansı prinsipə uyğundur: ədalətəmi, müasirliyəmi, demokratiyayamı, insan haqlarınamı…?

Bu baxımdan Böyük Britaniya, Fransa, Rusiya, Almaniya və bir sıra başqa böyük dövlətlərin təmsilçilərinin mövqeləri ABŞ-dan elə də fərqlənmir. Onların BMT-dəki çıxışlarının məzmunu da bunu təsdiq edir. Həmin prosesin fonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nitqi çox böyük maraq doğurdu. Türkiyənin dövlət başçısı tam obyektiv mövqedən dünya üçün aktual olan məsələləri analiz edərək yenə də "dünya beşdən böyükdür" tezisini xatırladı. O, dənizdə boğulan kürd uşağının cansız bədəninin fotosunu göstərərək müraciət etdi: bu ədalətsizliyin günahkarı kimdir?

R.T.Ərdoğan müsəlman ölkələrə qarşı yürüdülən ikili standartlar siyasətinə etiraz edərək Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi zərurətini bir daha vurğuladı. Dünyanın müxtəlif regionlarında müsəlmanlara qarşı aparılan radikal siyasəti, silahlı təcavüzləri kəskin pislədi. Bununla nümayiş etdirdi ki, Türkiyə bütün dünyanı və insanlığı əhatə edən, problemlərin ədalətli həlli istiqamətində fəaliyyət göstərən bir dövlətdir. Türkiyə Prezidenti ifadə etdi ki, "ədalət, əxlaq və vicdan əsasında yenidən təşkilatlandırılacaq bir Birləşmiş Millətlər insanlığa yenidən ümid verəcəkdir".

Bunların fonunda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun BMT ilə regional və subregional təşkilatlar arasında sülhə dəstək və terrorizmə qarşı mübarizə kontekstində nitq söyləməsi maraq doğurub. S.Lavrov dünyada mövcud olan bir sıra problemləri xarakterizə edərək, BMT ilə regional və subregional təşkilatların sülh uğrunda və terrorla mübarizədə ortaq hərəkət etməsi zəruriliyini əsaslandırdı. Bu zaman o, MDB, KTMT və ŞƏT-in adını çəkdi. Bunların ilk ikisi Rusiyanın Avrasiyada inteqrasiya modelinə, üçüncüsü isə Moskvanın aktiv iştirak etdiyi bir çox dövlətləri birləşdirən təşkilatdır. Əlbəttə, bu potensialdan istifadə etmək lazımlıdır. Lakin, nədənsə, S.Lavrov da Cənubi Qafqazda təcavüzkar siyasət yeridən və Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistana bu təşkilatların BMT ilə birgə təsir etməli olduğunu demədi. Konkret olaraq, S.Lavrovun arzuladığı sülhə dəstək və terrorla mübarizə çərçivəsində həmin təşkilatlar BMT ilə birlikdə Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin tələblərinin yerinə yetirilməsinə başlaya bilərlər. Lakin bu məsələdən heç söz belə açmırlar. Niyə?

Onu da vurğulayaq ki, BMT-nin yüksək tribunasından dövlət başçıları İran məsələsi ilə də bağlı fikir bildiriblər. Məsələn, Fransa Prezidenti Emmanuel Makron Vaşinqton və Tehranı dialoqa səsləyib. Donald Tramp isə İranı böyük təhlükə hesab etdiyini deyib, ona qarşı mübarizəyə çağırıb. Bunlar, əslində, dünyanın yeni və uzunmüddətli müharibə təhlükəsi ilə üz-üzə dayandığını ifadə etmirmi? Bir tərəfdən əməkdaşlığa, sülhə, inkişafa səsləyir, digər tərəfdən isə BMT tribunasından müsəlman dövlətlərdən birini təhlükə kimi elan edib, ona qarşı müharibəyə çağırırlar. Bu da bir ziddiyyət deyilmi? BMT-nin geniş islahatlar həyata keçirməli olduğuna işarə deyilmi?

Beləliklə, BMT Baş Assambleyasının 74-cü sessiyası bir daha dünyanın yeni nizamının formalaşması zərurətini ortaya qoydu. Onun reallaşması üçün bütün dövlətlərin gücü bir yerə toparlamasının lazımlığını nümayiş etdirdi. Ancaq praktikada konkret addımların atılması üzərində dayanılmadı.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi