7. Sosial cəhətdən həssas əhali qruplarının məşğulluğunun inkişafı
7.1. | Kvota müəyyən edilmiş müəssisə, idarə və təşkilatlarda sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların işlə təmin edilməsinə nəzarətin gücləndirilməsi | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi | 2007-2010 |
7.2. | Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvotadan əlavə iş yerləri yaradan işəgötürənlərə müvafiq imtiyazların tətbiq edilməsi ilə bağlı təkliflərin hazırlanması | Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Vergilər Nazirliyi | 2007 |
7.3. | Məşğulluq sahəsində gender bərabərliyinin təmin edilməsi məqsədi ilə qanunvericilikdə nəzərdə tutulan müvafiq müddəaların icrasına nəzarətin gücləndirilməsi | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, yerli icra hakimiyyəti orqanları | 2007-2010 |
7.4. | Qadınların əmək bazarında rəqabət qabiliyyətlərinin artırılması, qadınlar arasında sahibkarlığın və özünüməşğulluğun inkişaf etdirilməsi sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi | İqtisadi İnkişaf Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yerli icra hakimiyyəti orqanları | 2007-2010 |
7.5. | İşsiz və işaxtaran qadınların peşə hazırlığı və qadınların yenidən ixtisaslaşdırılmasına yönəldilmiş müvafiq tədbirlərin həyata keçirilməsi | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, yerli icra hakimiyyəti orqanları | 2007-2010 |
7.6. | Qadınlar arasında özünüməşğulluğun inkişaf etdirilməsi məqsədi ilə milli və xalq tətbiqi sənəti növlərinin inkişaf etdirilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, yerli icra hakimiyyəti orqanları yerli özünüidarəetmə orqanlarını və işəgötürənləri cəlb etməklə | 2007-2010 |
7.7. | Qadınlar arasında işsizlik probleminin səbəblərini müəyyən etmək üçün müvafiq tədqiqatın aparılması | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi | 2008 |
7.8. | Azərbaycan Respublikasında gənclərin məşğulluq siyasətinin inkişaf etdirilməsi məsələsinin prioritet təşkil etməsini nəzərə alaraq, onların məşğulluğuna istiqamətləndirilmiş gənclərin məşğulluğu üzrə fəaliyyət planının hazırlanması və təsdiq edilməsi | Nazirlər Kabineti, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Təhsil Nazirliyi, Maliyyə Nazirliyi | 2007 |
7.9. | İşaxtaran və işsiz vətəndaşların, xüsusilə də gənclərin kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün mikrokreditlər əldə etmək imkanlarının yaradılması | Milli Bank, İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi | 2007-2010 |
7.10. | Tətil günlərində gəlir əldə etmək istəyən gənclərin mövsümi və haqqı ödənilən ictimai işlər barədə məlumatlandırılması və bu işlərin təşkil edilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, yerli icra hakimiyyəti orqanları | 2007-2010 |
7.11. | Gəncləri və qadınları işə cəlb etməklə xalq yaradıcılığı və qədim sənət növləri üzrə emalatxanaların, istehsal müəssisələrinin yaradılması üçün güzəştli kreditləşmə imkanlarının yaradılması | İqtisadi İnkişaf Nazirliyi, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Milli Bank, yerli icra hakimiyyəti orqanları | 2007-2010 |
7.12. | Gənclərin məşğulluğunun inkişaf etdirilməsi məqsədi ilə inkişaf etmiş xarici ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsi | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi | 2007-2010 |
7.13. | Gənclərin əmək vərdişlərinə yiyələnmələri və iqtisadi fəaliyyətin əsaslarını öyrənmələri üçün metodik vəsaitlərin və təlim proqramlarının hazırlanması | Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi | 2007-2009 |
7.14. | Ordudan tərxis olunan gənclərin və hərbi qulluqçuların məşğulluğunun təmin edilməsi sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi digər aidiyyəti orqanlar ilə birlikdə | 2007-2010 |
7.15. | Əlillərin məşğulluğunun inkişafına dair tədbirlər planının hazırlanması və təsdiq edilməsi | Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi digər aidiyyəti orqanlar ilə birlikdə | 2007 |
7.16 | İşsizlərin, o cümlədən əlillərin səmərəli məşğulluğunun təmin edilməsi məqsədi ilə psixoloji və peşəyönümü testlərin hazırlanması | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi | 2008 |
7.17. | Qaçqın və məcburi köçkünlər üçün peşə hazırlığının təmin edilməsi, onların arasında özünüməşğulluğun inkişaf etdirilməsinə dair müvafiq kömək göstərilməsi | İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Sosial Müdafiə Fondu | Mütəmadi |
7.18. | Məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşdıqları ərazilərdə iş yerlərinin yaradılması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi | Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yerli icra hakimiyyəti orqanları | Mütəmadi |
7.19. | Məcburi köçkünlərin informasiya texnologiyalarından istifadə imkanlarının artırılması məqsədi ilə bu əhali kontingentinin məskunlaşdığı ərazilərdə müasir informasiya texnologiyaları şəbəkələrinin yaradılması | Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları | 2007-2008 |
7.20. | Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin peşə hazırlığı işinin təşkili, onların işlə təmin edilməsi sahəsində (o cümlədən kvota üzrə iş yerlərini müəyyən etməklə) müvafiq tədbirlərin həyata keçirilməsi | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, yerli icra hakimiyyəti orqanları | 2007-2010 |
7.21 | Cəzaçəkmə müəssisələrindən azad ediləcək şəxslərin məşğulluğunun təmin edilməsinə kömək göstərilməsi məqsədi ilə qeyd olunan müəssisələrdə peşə hazırlığı kurslarının təşkil edilməsi və istehsal sahələrinin genişləndirilməsi | İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, aidiyyəti dövlət orqanları ilə birlikdə | 2007-2010 |