İQTİSADİYYAT
7A və 7B nömrəli marşrut xətlərinin istifadəyə veriləcəyi tarix məlum olub
Bakı, 20 iyul, Elvin Camalov, AZƏRTAC
7A və 7B nömrəli marşrut xətlərinin istifadəyə veriləcəyi tarix məlum olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, iyulun 21-dən 7A (Bakı Beynəlxalq Avtovağzal Kompleksi-“Əhmədli” metro stansiyası) və 7B (Yeni Yasamal qəsəbəsi M.Xiyabani küçəsi-“Əhmədli” metro stansiyası) nömrəli müntəzəm marşrut xətləri fəaliyyətə başlayacaq. Müsabiqə yolu ilə 20 və 94 nömrəli müntəzəm marşrut xətlərinin əsasında yaradılan 7A və 7B xətləri üzrə sərnişindaşıma “BakuBus” MMC-yə məxsus müasir və komfortlu avtobuslar vasitəsilə həyata keçiriləcək. Marşrut xətləri üzrə gediş haqqının ödənişi nağdsız qaydada “BakıKart” vasitəsilə olacaq. Bu məqsədlə hər iki marşrut xətti boyunca 8 dayanacaq məntəqəsində ödəmə terminalları quraşdırılıb. Bununla yanaşı 15 yeni dayanacaq məntəqəsi də təşkil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]