Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vyanada “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans keçirilib   YENİLƏNİB VİDEO

Vyana, 30 aprel, AZƏRTAC

Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə ötən il sentyabrın 22-də BMT-nin Nyu-Yorkdakı və dekabrın 14-də isə Cenevrədəki qərargahlarında keçirilən kolonializmə və onun yeni təzahürlərinə qarşı mübarizəyə həsr olunmuş silsilə tədbirlər təşkilatın Vyana ofisində davam edib.

AZƏRTAC xəbər verir ki, aprelin 30-da BMT-nin Vyana ofisində “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” mövzusunda konfrans təşkil olunub.

Konfransda BMT-nin Vyana bölməsində akkreditə olunan 25 ölkənin diplomatları, 20-dək səfir, 20 ölkənin, xüsusilə də Fransanın hələ də müstəmləkə altında saxladığı dənizaşırı ərazilərin – Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika, Qvadelupa, Vallis və Futuna, Korsika, Qəmər Adaları İttifaqı, Haiti kimi ölkələrin milli hərəkatlarının rəhbərləri və müstəqillik tərəfdarları, müstəqil ekspertlər, beyin mərkəzlərinin nümayəndələri, həmçinin yerli və xarici media təmsilçiləri iştirak ediblər.

Konfrans çərçivəsində “Assimilyasiya siyasətinin yerli icmalara mənfi təsiri”, “Dekolonizasiya prosesində hüquqi çərçivələr və beynəlxalq öhdəliklər çərçivəsində insan hüquqlarının inkişafı” və “Məcburi köçün sütunu kimi ətraf mühitə süni təsirlər” mövzularında üç paneldə müzakirələr aparılıb.

Müstəmləkəçiliyin mənfi təsirləri, yerli icmalar üzərində assimilyasiya siyasəti

“Müstəmləkəçiliyin mənfi təsirləri, yerli icmalar üzərində assimilyasiya siyasəti” adlı ilk panel iclasında Fransanın müstəmləkələrindən, eləcə də dünyanın müxtəlif universitetlərinin tədqiqatçıları mövzu üzrə çıxışlar ediblər. Onlar assimilyasiya siyasətinin yaratdığı böyük problemlərdən danışıblar. Bildirilib ki, Fransanın müstəmləkəçilik siyasəti əhalinin assimilyasiyasına və xalqların mədəniyyətinin inkar edilməsinə əsaslanır. “Fransa istəyir ki, biz - müstəmləkə xalqları “əsl fransız xalqı” olaq və bizə mənşəyimizi xatırladan hər şeyi - ana dilimizi, yurdumuza bağlılığımızı, ata-baba irsimiz və s. İnkar edək”, - deyə assimilyasiya siyasətinə məruz qalan və ona qəti etirazlarını bildirən xalqların nümayəndələri qeyd ediblər. Vurğulanıb ki, assimilyasiya siyasəti Afrika, Məğrib, Asiya, Karib dənizi və Cənubi Amerikadan gələnlər üçün tamamilə fərqlidir, çünki onlar ağdərili və xristian deyillər. Fransa sivil irq və aşağı irq məfhumlarını fərqləndirərək insanları alçaldan siyasət yürüdür. Hətta müxtəlif fransız yazıçıları irqçiliklə bağlı fikirlər səsləndiriblər.

Qeyd edilib ki, assimilyasiya müstəmləkəçiliyin bir növüdür. “Assimilyasiyadan qurtulmaq müstəmləkəçilikdən, onun ideoloji doqmalarından, iqtisadi və sosial sistemindən, siyasi idarəçiliyindən, mədəni təmsilçiliyindən xilas olmaq deməkdir. Bu, cəmiyyətlərimizin yenidən qurulması ilə, üstün irqin, üstün sivilizasiyanın, seçilmiş xalqın mövcud olmadığını nümayiş etdirmək cəhdidir. Bu, həm sağ qalmaq, həm də birlikdə yaşamaq istəyiriksə, yenidən kəşf edilməli olan bir dünyada özümüzü yenidən düşünməkdən ibarətdir”, - deyə Martinika Assambleyasının deputatı, Bakı Təşəbbüs Qrupunun üzvü Lük Fransis Karol söyləyib. O deyib ki, assimilyasiya anlayışı təkcə elmi əsasları olmayan, çox real siyasi, iqtisadi və strateji maraqlara xidmət edən ideoloji təsir vasitəsidir. “Şübhəsiz ki, əsrlər boyu bu ideologiyadan əzab çəkmiş xalqlar və ölkələr bəşər cəmiyyətinin dünyaya və gələcəyə sahib olmaqla bağlı baxışlarını köklü şəkildə dəyişməsi üçün mübarizənin önündə olmalıdırlar. Burada əsas məsələ insanları və dünyanı dəyişmək, daim hörmətsizliyə məruz qalmaqdan xilas olmaq üçün konkret addım atmaqdır”, - deyə F.Karol bildirib.

Milli azlıqların dil məsələləri üzrə fransız tədqiqatçı Rolan Lafitte çıxışında ölkəsində irqçilik probleminin getdikcə artmasından, polisin ərəblər və afrikalılara qarşı haqsızlıqlarından, onların polis tərəfindən əsassız olaraq yoxlamalara məruz qalmalarından söz açıb, bunun hüquqşünaslar tərəfindən sistemli irqçilik adlandırıldığını bildirib. Müsəlmanlara qarşı olan qərəzdən danışan tədqiqatçı bildirib ki, bu, irqçi hərəkatlar çərçivəsində kənara çıxıb və siyasi-media sahəsində adi hala çevrilib. O, ölkəsində baş alıb gedən islamofobiyanın narahatlıq doğurduğunu vurğulayıb.

Fransız jurnalist Jan-Mişel Brən də ölkəsinin müstəmləkəçilik siyasətindən söz açaraq müstəmləkəçilik illərində Əlcəzairdə törədilmiş vəhşiliklərdən, assimilyasiyanın əsl məqsədlərindən danışıb. Bildirib ki, müstəmləkə xalqları assimilyasiya adı altında əcdadlarından və ənənələrindən uzaqlaşdırılıb.

“Gwadloup Alyans Nasyonal”ın sözçüsü Natali Minaçi Qvadelupanın hələ də miqrant ölkəsi kimi qaldığını bildirib. Qeyd edib ki, ölkəsində yerli əhalinin sayının azaldılması üçün torpaq və maliyyə vədləri ilə avropalılar Qvadelupada yerləşdirilir. Qvadelupalıların hətta dini ibadətlərinin icrası, doğma dillərində danışmaları da qadağan edilib. N. Minaçi bildirib ki, Fransa müstəmləkəçiliyi subkultural kimi təsvir edilən digər mədəniyyətləri və dilləri məhv etmək məqsədi daşıyır.

Dekolonizasiya prosesində hüquqi çərçivələr və beynəlxalq öhdəliklər vasitəsilə insan hüquqlarının inkişafı

“Dekolonizasiya prosesində hüquqi çərçivələr və beynəlxalq öhdəliklər vasitəsilə insan hüquqlarının inkişafı” mövzusunda ikinci paneldə Fransanın müstəmləkələrinin nümayəndələri və müxtəlif universitetlərin bu mövzu üzrə tədqiqatçıları çıxış edərək, hüquqi çərçivələrə və beynəlxalq öhdəliklərə baxmayaraq, müstəmləkə altında olan ölkələrdə, xüsusilə də Fransanın assimilyasiya siyasəti nəticəsində yaranan böyük problemlərdən danışıb, insan hüquqlarının kobud şəkildə pozulmasına dair müzakirələr aparıblar.

AZƏRTAC xəbər verir ki, konfransın moderatoru, Avropa Parlamentinin sabiq üzvü, Qvadelupa Azadlığı Uğrunda Xalq Birliyinin Baş katibi, Bakı Təşəbbüs Qrupunun Qvadelupadan olan üzvü Jan-Jakob Bisep Fransanın müstəmləkəçilik və assimilyasiya siyasətini bu gün də davam etdirdiyini deyib. Qeyd edib ki, Fransa köhnə koloniyalarında məskunlaşdırdığı qürbətçi vətəndaşlarına güvənir, öz vətəndaşlarına ali irqə məxsus olması düşüncəsini aşılayaraq, onları köhnə koloniyalarında məskunlaşdırmağa təşviq edir. Hətta koloniyalarda idarəetmə və təhsil sistemində fransızların sayı yerli əhalidən çoxdur. Onlar Qvadelupada müəllimlərə və onların birliyinə irqçi yanaşırlar.

Jan-Jakob Bisep vurğulayıb ki, assimilyasiya qvadelupalıların müqavimət qabiliyyətini məhdudlaşdırır. Assimilyasiya siyasəti yerli əhalinin guya Fransasız mövcud ola bilməməsi ideyası üzərində qurulub. Ancaq Fransanın bu siyasəti Qvadelupa xalqını yox etmək məqsədi güdsə də, buna nail ola bilməz. Çünki Kanak, Martinik, Qviana və digər dənizaşırı ərazilərin xalqları birlikdədir.

Fransız Qvianası Assambleyasının vitse-prezidenti Samanta Fransuaz Siriak bildirib ki, Fransanın müstəmləkəçilik siyasəti əhalinin assimilyasiyasına və onların mədəniyyətinin inkar edilməsinə əsaslanır. Ölkəsinin hələ də fransız prefektləri tərəfindən idarə olunmasına etirazını ifadə edən S.Siriak assimilyasiyanın dağıdıcı nəticələrindən söz açaraq deyib: “Assimilyasiya siyasəti fransız müstəmləkələrinin yerli əhalisinə də tətbiq edilərək, onları Fransa vətəndaşlarına çevirmək məqsədi daşıyırdı. Qvianada fransız müstəmləkəçiliyi yerli əhaliyə dağıdıcı təsir göstərdi. Yerli əhali xristianlığı qəbul etməyə, öz mədəniyyətindən imtina etməyə və təcrid olunmuş rezervasiyalarda yaşamağa məcbur olurdular. Beləliklə, Amazoniyanın ilk xalqlarının yerli kimliyini silmək məqsədi daşıyan məcburi assimilyasiya və özgəninkiləşdirmə sistemi olan “Hindistan evləri” meydana çıxdı. Bu dövr ailələri dağıtdı və bir neçə nəslin sabitliyini pozdu”.

Martinik Xalq Komitələri Milli Şurasının üzvü, “Ase Plere Annou Lite” hərəkatının üzvü Edmona Mondezir, Vallis və Furtuna adalarından olan siyasi, sosial-iqtisadi məsələlər üzrə ekspert Jimi Vakolyafa, Fransız Qvianası Sosial azadlıq və dekolonizasiya hərəkatının siyasi bürosunun təsisçisi və üzvü, eləcə də Bakı Təşəbbüs Qrupunun üzvü Moris Pəndard, ABŞ-dan olan idarəetmə üzrə beynəlxalq müşavir Karlayl Korbin, Beynəlxalq Sülh Araşdırmaları üzrə Cenevrə İnstitutunun katibi İşem Lehmici çıxışlarında assimilyasiya siyasətinin ağır nəticələrindən, eləcə də müstəmləkəçiliyin yerli icmalar üzərində mənfi təsirindən söz açıb, bu prosesə məruz qalmış insanların hüquqlarının müdafiəsinə və həll yollarına dair fikir mübadiləsi aparıblar.

Çıxışlarda assimilyasiya siyasətinin yerli əhalini öz mədəniyyətindən, adət-ənənələrindən, dilindən mərhum etmək, beləliklə, onları köklərindən, tarixlərindən uzaqlaşdırmaq məqsədi daşıdığı vurğulanıb.

Məcburi köçün sütunu kimi ətraf mühitə süni təsirlər

Tədbirin “Məcburi köçün sütunu kimi ətraf mühitə süni təsirlər” adlı üçüncü panelində ənənəvi zonalar və ekoloji təsirlər, iqlim dəyişikliklərinə qarşı mədəni davamlılıq, sosial-iqtisadi amillərin qarşılıqlı təsiri, siyasi müdaxilələr və davamlı həllər mövzuları üzrə müzakirələr aparılıb.

Korsika Assambleyasının sabiq prezidenti, “Nazione” müstəqillik hərəkatının üzvü, Bakı Təşəbbüs Qrupunun üzvü Jan Gi Talamoninin moderatorluğu ilə keçirilən tədbirdə müstəqil Martinika uğrunda ətraf mühit tərəfdarları və demokratlar hərəkatının sədr müavini, Bakı Təşəbbüs Qrupunun üzvü Klodet Düamel, Yeni Kaledoniya parlamentinin qadın hüquqları və ailə komitəsinin sədr müavini Marelin Sakiia, Korsikanın Poggio di Venaco şəhərinin meri, “Nazione” müstəqillik hərəkatının və Bakı Təşəbbüs Qrupunun üzvü Jan Mark Rodrige, Tavini Huiraatira partiyasının siyasi məsələlər üzrə direktoru Riçard Tuehivana və həmin partiyanın baş katibi Viktor Mamatuaiahutapu çıxış ediblər. Onlar mövzularla bağlı ətraflı məlumat veriblər. Sonra müzakirə olunan məsələlər ətrafında fikir mübadiləsi aparılıb, bu sahədə mövcud vəziyyət haqqında danışılıb.

X X X

Qeyd edək ki, tədbirdə bu gün Fransanın tərkibindəki subyektlərə qarşı tətbiq etdiyi assimilyasiya konsepsiyası iki əsas xətt üzrə təhlil olunub, müstəmləkəçiliyin yerli icmalar üzərindəki mənfi təsirlərinə və bu prosesə məcbur qalan insanların hüquqlarının müdafiəsinə dair fikir mübadilələri aparılıb. Bu tədbirin Fransanın keçmiş və hazırkı koloniyalarından gəlmiş iştirakçılar tərəfindən gənc nəsillər üçün yerli mədəniyyətin qorunub saxlanmasına və maariflənməyə yönəlmiş gələcək layihələrin işlənilməsi istiqamətində mühüm başlanğıc olduğu vurğulanıb.

Konfrans çərçivəsində əlaqələrin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi və əməkdaşlığının genişləndirilməsi məqsədilə Fransız Polineziyasının “Tavini Huiraatira” siyasi partiyası ilə Bakı Təşəbbüs Qrupu arasında memorandum imzalanıb.

Sonda Bakı Təşəbbüs Qrupunun təklifi ilə ATƏT-in media azadlığı nümayəndəliyinə, eləcə də onun Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna açıq məktub ünvanlanıb.

Qeyd edək ki, konfransda Bakı Təşəbbüs Qrupunun müstəmləkə altında olan ölkələrdə rastlaşılan problemlər, polis zorakılığı barədə videoçarx nümayiş olunub.

Xatırladaq ki, Bakı Təşəbbüs Qrupu müstəmləkəçilik və yeni müstəmləkəçilik istiqamətində əsaslı mövqe ortaya qoyaraq Fransanın xaricdəki müstəmləkələrinin apardığı ədalətli mübarizəsini dəstəkləməyə davam edir.

Vyanada “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans keçirilib   YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Londonda yaşayan azərbaycanlı ailə musiqi məktəbi açıb

DQİDK Gürcüstanda yaşayan soydaşlarımız üçün iftar süfrəsi təşkil edib

Superliqa: "Fənərbağça" doğma meydanda xal itirib

A Seriyası: "Fiorentina" "Yuventus"u məğlub edib

Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev dünyasını dəyişib

Elçin Əzizov: Klassik musiqi heyrətamiz bir sənət növüdür  MÜSAHİBƏ

Ekspert: Regionda münasibətlərin normallaşması xarici qüvvələrin maraqlarına son qoyacaq

Xalq artisti Ənvər Həsənov vəfat edib

Ölkə ərazisində havanın temperaturu 31 dərəcəyə yüksələcək

ABŞ-da güclü fırtına səbəbindən ölənlərin sayı 35-ə çatıb

FHN: Gədəbəydə meşəlik ərazidə baş vermiş yanğın nəzarət altına alınıb

Nazirlik: Ermənistan silahlı qüvvələri növbəti dəfə mövqelərimizi atəşə tutub

Şimali Makedoniyadakı yanğında hip-hop qrupunun üzvü də həlak olub

Şəhid oğlu: Hədəfim Azərbaycanın kosmos strategiyasında rol oynamaqdır

Misli Premyer Liqasında XXVII tura yekun vurulub

Azərbaycanlı jurnalist Roma Marafonunu uğurla başa vurub

Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub VİDEO

Zaqatalada ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralanan var

Ərdoğan ilə Tramp Suriya, Ukrayna və terrorizmlə mübarizə məsələlərini müzakirə ediblər

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federal Məclisi Federasiya Şurasının sədri ilə görüşüb VİDEO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federal Məclisi Federasiya Şurasının sədri ilə görüşüb VİDEO

“Səbail” klubu Cavid Hüseynovu istefaya göndərib

Pedaqoji Universitet “Gələcək Təhsil Liderləri”nin seçiminə başlayıb

Avarçəkmə üzrə Azərbaycan birinciliyinə start verilib

DQİDK nümayəndə heyəti Gürcüstanda səfərdədir

Şimal bölgəsindən 619 şagird riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrinin yarımfinal turuna çıxıb

İstanbulda fəaliyyətə başlayan “Bütün Azərbaycanlı Həkimlər Dərnəyi”nin ilk toplantısı keçirilib

Aydın Qəhrəmanov: Protezlə təmin edilən qazilərdə fəsadlaşma halları aşkarlanmayıb

Şimali Makedoniyadakı faciədə ölənlərin sayı 59-a çatıb

Turan Məmmədəliyeva: Vaqif Mustafazadənin musiqisində sehr, ənənə və işıqlı gələcək var

Bakıda bəzi marşrutların hərəkət sxemi dəyişdirilir

DGK: Külli miqdarda narkotik vasitə aşkarlanıb

Xankəndidə Novruz konserti olacaq

Şimali Makedoniyadakı faciəyə görə martın 18-i Serbiyada matəm günü elan edilib

Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Azərbaycana rəsmi səfərə gəlib

Dumanlı hava yollarda təhlükə yarada bilər - xəbərdarlıq

Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanına çevrilib - ŞƏRH

Belqraddakı etiraz aksiyasında 22 nəfər saxlanılıb

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Hərbi hissələrdə "Konstitusiya və Suverenlik İli" ilə bağlı birgə tədbirlər keçirilib

Ağcabədidə dələduzluq edən şəxs həbs olunub

Ali təhsil müəssisələrinə sınaq imtahanının nəticələri 4 həftə ərzində açıqlanacaq

“İfa etmək üçün dünyaya gəlmiş insan”: Mədəniyyət və incəsənət xadimləri Vaqif Mustafazadənin yaradıcılığı haqqında

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Bülənt Atilla: Periprostetik infeksiya çox çətin, uzunmüddətli və bahalı müalicələr tələb edir

Şimali Makedoniya DİN: Yanğında 51 nəfər ölüb, 100-dən çox insan yaralanıb

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub VİDEO

Yuri Nikulin Sirki 10 ildən sonra Bakı səhnəsində çıxış edib

Ağdərədə dağlıq ərazidə yanğın baş verib, 40 ədəd qurumuş ağac yanıb

Mingəçevirdə avarçəkmə üzrə Azərbaycan birinciliyi keçirilir VİDEO

Şimali Makedoniyada gecə klubunda baş verən yanğında azı 50 nəfər ölüb

Avropa Kuboku: Azərbaycan cüdoçularının qazandıqları medalların sayı 3-ə çatıb

Baş Dövlət Yol Polisi İdarəsi səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib

Afaq Əliyeva: Vaqif çox gözəl qardaş olub…

Azərbaycan boksçuları Macarıstanda 1 qızıl, 2 gümüş medal qazanıblar

"Şamaxı" klubu Ayxan Abbasovla yeni müqavilə imzalayıb

Azərbaycanın azad olunmuş torpaqları öz resursları hesabına yenidən qurması onun iqtisadi qüdrətinin bariz göstəricisidir - RƏY

"Periprostetik infeksiya: Diaqnostika, müalicə və müasir konsepsiya" mövzusunda beynəlxalq praktik təlim kursu keçirilib

Gədəbəyin Qızılqaya kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib

“Diplomatic World Sweden” saytı “Yaşıl enerji dəhlizi” layihəsi haqqında yazıb

Türkiyə-Azərbaycan qardaşlığı regionda sülhün və təhlükəsizliyin qarantıdır - RƏY

ABŞ-ın Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 31-ə çatıb

ABŞ Dövlət katibi Lavrovla telefon danışığı aparıb

Azərbaycan caz-muğam üslubunun banisi - Vaqif Mustafazadə

Yaponiya, Çin və Cənubi Koreya XİN rəhbərləri doğumun azalmasını müzakirə edəcək

Araşdırma: Kərə yağı istehlakı ölüm riskini artıra bilər

Zelenski: Ukrayna müvəqqəti işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi tanımır

ABŞ-da güclü qasırğa nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb

Fransa, İtaliya və Böyük Britaniya 218 “Aster” zenit-raket kompleksi sifariş edib

Papa Fransiskin səhhəti yaxşılaşır

Açıq mənbəli süni intellekt çətin tibbi diaqnostikada qapalı modellərlə rəqabət aparır - TƏDQİQAT

Belqraddakı aksiyada 107 minədək insan iştirak edib

Media: ABŞ Sənadakı husilərin siyasi şurasının qərargahını hədəfə alıb

İtaliyada əlverişsiz hava şəraitinə görə 14 bələdiyyə ilə əlaqə kəsilib

Ali Məclisin deputatı: Qlobal Bakı Forumu Azərbaycanın qlobal siyasətdə artan rolunun göstəricisidir

Dövlət Kukla Teatrında yeni səhnə əsərinin məşqlərinə başlanılıb

Azərbaycanlı tələbələr Türkiyədə aerokosmik innovasiyalar üzrə təcrübə mübadiləsinə başlayıblar

“Karyerada Biz Forumu-2025” yekunlaşıb

Tramp ABŞ ordusuna husilərə qarşı genişmiqyaslı əməliyyat başlatmağı əmr edib

Azərbaycan cüdoçusu Avropa Kubokunun qalibi olub

İtaliya A Seriyası: “Milan” doğma meydanda üç xal qazanıb

İtaliyada yenidən zəlzələ olub, 100 nəfər təxliyə edilib

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin birinci mərhələsi üzrə test imtahanları olub

Misli Premyer Liqası: Bu gün keçirilən iki oyun heç-heçə ilə yekunlaşıb

V Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib

UNESCO: Azərbaycan rəhbərliyinin mədəniyyət və iqlim dəyişikliyi təşəbbüsünü yüksək qiymətləndiririk

Bundesliqanın 26-cı turunda “Bavariya” səfərdə “Union Berlin”in qonağı olub

UNESCO: Qədim insan məskənlərinin zəngin artefaktları münaqişələr zamanı qanunsuz ticarətə və talançılığa məruz qalır

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Böyük Britaniya Ukrayna ilə bağlı virtual sammitə ev sahibliyi edib

Gədəbəy rayonunun Qızılca meşəbəyliyində yanğın olub

İƏT-in Mədəniyyət İnstitutunun prezidenti Azərbaycan Milli Kitabxanasında olub

CNN Türk”: Blokadada olan Ermənistan əhalisinin sayı azalan və inkişaf etməyən ölkədir

Biləsuvarlı şagirdlər "Sabahın alimləri" müsabiqəsində qızıl medalla təltif olunublar

Lənkəranda “Novruz - milli birlik bayramı" adlı tədbir təşkil olunub

XII Qlobal Bakı Forumu öz işini yekunlaşdırıb

Muxtar respublikada "Müəllimlərin Riyaziyyat müsabiqəsi" keçirilib

Azərbaycan millisi Bolqarıstana qalib gəlib

Azərbaycan Qlobal Bakı Forumu vasitəsilə çox neytral dialoq mühiti yaradıb - ŞƏRH

Bu il Naxçıvanda 120 minə yaxın ting əkiləcək

Süni intellekt və real həllər tibbi xidmətlərə çıxışı genişləndirə bilər - YENİLƏNİB VİDEO