Malayziyalı tələbələr Azərbaycan mədəniyyəti haqqında məlumatlandırılıblar
Pekin, 21 may, AZƏRTAC
Malayziyanın Limkokvinq Yaradıcı Texnologiya Universitetində Azərbaycanın bu ölkədəki səfiri İrfan Davudovun iştirakı ilə “Diplomatik dialoqlar” keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, dialoq və sual-cavab formatında baş tutan dialoqun əsas məqsədi tələbələrə Azərbaycanı tanıtmaq olub.
Tədbirdə Malayziyada yaşayan həmvətənimiz Gülçöhrə Babayeva Azərbaycana həsr olunan mahnılar ifa edib. Tələbələrə Azərbaycan şirniyyatları və çay təqdim edilib.
Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi münasibətilə universitetdə fotosərgi də təşkil olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin