REGİONLAR
Yaylaqlara köç etmək istəyən fermerlər üçün qeydiyyat müddəti uzadılıb

Bakı, 21 may, AZƏRTAC
Qoyunçuluq və arıçılıq təsərrüfatlarını işğaldan azad edilmiş ərazilərdəki yaylaqlara aparmaq istəyən fermerlərin qeydiyyatı üçün müddət uzadılıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, yaylaqlara köç etmək istəyən fermerlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) alt modulu olan koc.eagro.az portalında mayın 25-i saat 17:00-dək qeydiyyatdan keçə bilərlər.
Xatırladaq ki, təsərrüfatlarını azad olunmuş ərazilərdəki yaylaqlara aparmaq istəyən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından, yaxud İmişli, Beyləqan, Ağdaş, Yevlax, Mingəçevir, Ucar, Zərdab və Samux rayonlarından birində qeydiyyatda olan fermerlər koc.eagro.az portalına öz təsərrüfatları haqqında məlumatları daxil edərək qeydiyyatdan keçməlidir.
Fermerlərə yaylaq sahəsi portal vasitəsilə seçdiyi ərazi üzrə ayrılır.
Fermerlər əlavə məlumat üçün Dövlət Aqrar İnkişaf mərkəzlərinə müraciət edə bilərlər.