CƏMİYYƏT
Səbail rayonunda saxlanılan narkokuryerdən 7 kiloqram marixuana aşkarlanıb
Bakı, 21 may, AZƏRTAC
Səbail Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsi və 8-ci polis bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əməliyyat tədbiri nəticəsində 1999-cu il təvəllüdlü Fərid Şahverdiyev saxlanılıb və ondan 7 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən narkotik vasitə marixuana aşkarlanıb.
O, şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və narkotik vasitəni ünvanına çatdırandan sonra fəaliyyətinin müqabilində maddi qazanc əldə edəcəyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2024 [15:52]
Könüllülər və azarkeşlər sayəsində idmançıların uğurları daha da artacaq
- 03.06.2024 [15:36]
Alimlər kəkələmənin mənbəyini müəyyənləşdiriblər
- 03.06.2024 [15:26]
Ürək damarlarına stent qoyulması icbari tibbi sığorta ilə ödənişsizdir
- 03.06.2024 [14:53]