Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Nizami Gəncəvinin Əlyazmalarının Vahid Kataloqu və Məlumat Bazası” layihəsi elmi ictimaiyyətə təqdim edilib

Bakı, 21 may, AZƏRTAC

“Nizami Gəncəvinin Əlyazmalarının Vahid Kataloqu və Məlumat Bazası” layihəsi elmi ictimaiyyətə təqdim edilib.

AZƏRTAC xəbər verir ki, üçillik icra müddəti olan layihənin məqsədi Nizami Gəncəvinin əlyazmalarının sayı və dünyada yayılması haqqında dəqiq məlumat toplamaq, bu əlyazmaların sayını, mənbələrini, həqiqiliyini və keyfiyyətini sənədləşdirən vahid resurs yaratmaqdır.

Xatırladaq ki, 2022-ci il noyabrın 11-də Oksford Nizami Gəncəvi Mərkəzində Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqunun və məlumatlar bazasının yaradılması ilə bağlı layihə qəbul edilib. Layihənin direktorları Oksford Universitetindən farsşünaslıq professoru Edmund Herziq və Azərbaycandan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, AMEA-nın vitse prezidenti, akademik Nərgiz Paşayevadır. Onlar layihənin öz ölkələrində işinə və ümumilikdə layihəyə nəzarəti həyata keçirirlər.

Mayın 20-də Bakıda keçirilən dəyirmi masada Azərbaycan elmi ictimaiyyətinin görkəmli nümayəndələri, Milli Elmlər Akademiyasının, Bakı Dövlət Universitetinin alimləri, şərqşünas mütəxəssislər iştirak ediblər.

Dəyirmi masada çıxış edən akademik Nərgiz Paşayeva 2013-cü ildən fəaliyyətə başlayan Oksford Nizami Gəncəvi Mərkəzinin ötən müddət ərzində həyata keçirdiyi tədbirlərə ümumi nəzər salıb. Qeyd edib ki, artıq 2018-ci ildən Nizami Gəncəvi Elmi Mərkəzi Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun tərkibində daimi mövcudluq statusuna malikdir. Mərkəz ədəbiyyat, tərcüməçilik, tarix, arxeologiya, tədris və mədəniyyət sahələrində fəaliyyətini davam etdirir, əlbəttə ki, Nizami irsinin tədqiqi və təbliğində xüsusi rola malikdir.

Akademik Nərgiz Paşayeva çıxışında, həmçinin Azərbaycanda mövcud olan şərqşünaslıq məktəbinin ənənələrinə, görkəmli şərqşünas alimlərin tədqiqatlar aparmasına toxunub və bu sahədə yeni layihənin bu məktəbin ənənələrinin daha da gücləndirilməsinə və möhkəmləndirilməsinə, gənc mütəxəssislərin fundamental araşdırmalara cəlb edilməsinə imkan verdiyini söyləyib.

İngiltərəli professor: Nizami Gəncəvi Azərbaycanın böyük şairidir

Dəyirmi masada çıxış edən professor Edmund Herziq bu layihənin xüsusi maraq kəsb etdiyini vurğulayaraq deyib: “Bu, şair Nizami Gəncəvi haqqında bir layihədir. Nizami Gəncəvi Azərbaycanın böyük şairidir. Eyni zamanda, bu layihə çərçivəsində üç ölkənin – İran, Azərbaycan və İngiltərənin alimləri bir araya gəliblər”.

O qeyd edib ki, vahid kataloq və onlayn məlumat bazası yaradıldıqdan sonra bu məlumatlara çıxış bütün dünyadan mümkün olacaq: “Nizami Gəncəvi təkcə bir ölkədə deyil, bütün dünyada məşhur şairdir və onun əlyazmaları hamı üçün maraq kəsb edir. Firdovsinin “Şahnamə”si və Nizaminin “Xəmsə”si dünyada ən çox araşdırılan əsərlərdir. Nizaminin əlyazmalarının üzü şairin vəfatından sonra köçürülərək Hindistana, Yaxın Şərq ölkələrinə qədər dünyanın bütün məşhur kitabxanalarında öz yerini tapıb. Onun anadan olduğu Gəncə bu baxımdan müstəsna rol oynayıb”.

Professorun sözlərinə görə, bu günə qədər Nizaminin tədqiqatçıları və pərəstişkarları üçün çatışmayan bir məqam var idi: “Bu məqam onun vahid kataloqunun olmaması və ya onun müasir standartlarda olmaması idi. Digər tərəfdən, kağızın keyfiyyətinə, cildlənmə məsələlərinə də indiyə qədər diqqət yetirilməmişdi. Bəzi kataloqlar 100-150 il bundan əvvəl yazılıb. O zaman kataloqlaşdırma yaxşı inkişaf etməmişdi. Biz bu işə başlamışıq. Yekun nəticədə bizim üç dildə böyük bir kataloqumuz olacaq. Ondan sonra biz kataloqun bütün dünyada əlçatanlığını təmin edəcəyik. Gələcəkdə tərcüməçilərin daha etibarlı kataloqdan istifadə etmək imkanı olacaq. Bu layihə mənim üçün çox dəyərlidir. Biz artıq bir neçə ildir ki, bu məsələni Nərgiz xanımla günbəgün müzakirə edirik”.

Dəyirmi masada, həmçinin ABŞ Tulane Universitetinin Alman və Slavyan Tədqiqatları şöbəsinin dosenti, müqayisəli ədəbiyyatşünaslıq üzrə fəlsəfə doktoru (Harvard) Elio Brankaforte layihənin əhəmiyyətindən danışıb, Nizami Gəncəvi yaradıcılığının dünyada böyük maraq kəsb etdiyini vurğulayıb, eyni zamanda, ümumiyyətlə Azərbaycan alimlərinin apardığı tədqiqatları yüksək qiymətləndirib.

Beynəlxalq layihəyə üç ölkənin alimləri cəlb edilib

Qeyd edək ki, layihənin tədqiqatçıları İrandan Böyük İslam Ensiklopediyası Mərkəzinin professoru Mir-Ənsari, Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutundan Nəsib Göyüşov və Oksford Universitetinin Vadham Kollecindən Məhəmməd Emamidir.

Tədqiqat qrupu layihə direktorlarına rüblük hesabatlar verməli və onlardan alınan məsləhətləri layihənin icrasında istifadə etməlidirlər.

Professor Mir-Ənsari Tehran, Bakı və Oksfordda tədqiqat aparır, əlyazmaları kodlaşdırır və kataloqlaşdırır. O, Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin seçilmiş tələbələrinə MDU-nun Bakı filialında fars dili, kataloqlaşdırma üzrə təlim keçib. O, həmçinin Əlyazmalar İnstitutunun işçilərinə kodikologiya, kataloqlaşdırma, mövcud əlyazma kataloqlarından istifadə və fars əlyazmalarından istifadə etmək üçün tədqiqat metodları üzrə təlim keçib.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Farsdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri filologiya elmləri doktoru Nəsib Göyüşov əlyazmaların nəzərdən keçirilməsində, kodlaşdırılmasında və kataloqlaşdırılmasında iştirak edir, onları Azərbaycan dilinə tərcümə edir. O, həmçinin rusdilli kitabxana kataloqlarından məlumat əldə etməklə layihəyə öz töhfəsini verir.

Mohammad Emami kataloq yazılarını fars dilindən ingilis dilinə tərcümə edir, həmçinin, fars və ingilis dillərindəki sənədləri SDS (Software Delivery Service Proqram təminatı xidməti) və ORA (Oxford Research Archive) Oksford tədqiqat arxivinə yükləyir.

Qeyd olunub ki, Azərbaycandan qayıdandan sonra professor Mir-Ənsari doktor Nəsib Göyüşova kataloqlanmış əlyazmalar haqqında əsas məlumatları təqdim edərək əməkdaşlığı davam etdirir. Bundan başqa, Mir-Ənsari Nizami Gəncəvinin əlyazmalarının kataloqlaşdırılması və bununla bağlı fəaliyyətlərinə dair 4 hesabat təqdim edib.

Dəyirmi masada layihə ilə bağlı müzakirələr də aparılıb. Müzakirə çərçivəsində, filologiya elmləri doktoru Nəsib Göyüşov, BDU-nun Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasından filologiya elmləri doktoru, professor Aida Qasımova, AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutundan tarix elmləri doktoru, dosent Nigar Gözəlova, ADA Universitetindən filologiya elmləri doktoru, dosent Şəfəq Dadaşova, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Farsdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Jalə Şükürova, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutundan tarix elmləri doktoru, dosent Tofiq Nəcəfli, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş eksperti, Farsdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Mustafa Əliyev, Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, akademiklər Nizami Cəfərov, Akif Əlizadə, BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı filologiya üzrə fəlsəfə doktoru, dosent Aydan Xəndan, Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Məmmədov çıxış ediblər.

Qeyd olunub ki, Nizami Gəncəvinin əsərlərinin 4000-ə yaxın əlyazması təqribən 600 il ərzində dəfələrlə köçürülərək Yaxın Şərq, Cənubi və Orta Asiya, Qafqaz və Qərb ölkələrinin kitabxanalarına geniş yayılıb. Vahid kataloqun yaradılması ona görə zəruridir ki, mövcud məlumatlar dağınıq, köhnəlmişdir, onlar kodikoloji təfərrüatları, mətni köçürənlərin qiymətli qeydlərini ehtiva etmir, bəzən tarixi səhvlərə yol verir. Bundan başqa, bəzi mühüm əlyazmalar şəxsi kolleksiyalarda olduğu üçün onların kataloqu yoxdur.

Kataloq Azərbaycan, fars və ingilis dillərində nəşr ediləcək

Nizami Gəncəvinin əsərlərinin vahid kataloqu ilkin olaraq Oksford Universitetinin tədqiqat arxivində (ORA) fars və ingilis dillərində məlumat bazası kimi yerləşdiriləcək və yeni nəticələr mütəmadi olaraq oraya əlavə ediləcək.

Kataloq layihə tamamlandıqdan sonra Azərbaycan, fars və ingilis dillərində kitab şəklində nəşr olunacaq.

Nizami əlyazmalarının tarixi və kodikologiyasına dair elmi məqalələr hazırlanacaq.

Layihənin icrasında bu günə qədər əhəmiyyətli irəliləyiş əldə olunub və bu iş uğurla davam edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sankt-Peterburqda dron hücumundan sonra baş verən yanğınlar söndürülür

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Xırdalanda yaşayış kompleksində yanğın baş verib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO