SİYASƏT
Fransada terrorizmә qarşı ümumölkə nümayişi keçirilib VİDEO
Paris, 11 yanvar, AZƏRTAC
Fransada “Charlie Hebdo” satirik jurnalı redaksiyasına hücum nəticəsində hәlak olan 12 әmәkdaşın vә Vәnsan darvazasında törədilәn terror aktında dünyasını dәyişәn 5 nәfәrin xatirәsini yad etmәk, terrorizmə qarşı etiraz bildirmәk məqsədilə yanvarın 11-dә ümumölkә nümayişi keçirilib.
Parisin Respublika meydanında bir milyondan artıq nümayişçi toplaşmışdı. Әllәrindә terrorizmi pislәyәn transparantlar tutan nümayişçilər "Biz müsәlmanıq, biz yәhudiyik" , "Biz Çarliyik", "Yaşasın Fransa Respublikası", "Yaşasın azadlıq", "Rәdd olsun terrorizm" kimi şüarlar səsləndirirdilər.
Nümayişdә 50-dәn artıq ölkәnin prezidenti vә baş naziri iştirak edib. Fransa Prezidenti Fransua Olland, Baş nazir Manuel Valls ilə yanaşı, Almaniyanın, Böyük Britaniyanın, İspaniyanın, İtaliyanın, Rusiyanın, Ukraynanın, Türkiyənin vә başqa ölkәlәrin rәhbәrlәri və digər yüksək səviyyəli rəsmiləri də nümayişə qatılanlar arasında olublar.
Azәrbaycanı nümayişdә Baş nazirin müavini Әli Әhmәdov tәmsil edib.
Әli Әhmәdov Azərbaycan Prezidenti İlham Әliyevin başsağlığını Prezident Fransua Ollanda vә Baş nazir Manuel Vallsa çatdırıb.
Fransanın Bordo, Marsel, Lion, Strasburq vә digәr şәhәrlәrindә dә izdihamlı nümayişlər keçirilib. Üç saatdan artıq davam edən nümayiş ölkə televiziyaları vasitəsilə birbaşa yayımlanıb.
Әsgәr Әliyev
AzәrTAc-ın xüsusi müxbiri
Paris