MƏDƏNİYYƏT
Bakı romantik uik-end üçün münasib olan şəhərlərin reytinqində yer alıb VİDEO
Moskva, 28 yanvar, AZƏRTAC
Turistlər üçün “Travel.ru” portalı 14 fevral - Sevgililər Günü səyahət etməyə məsləhət görülən Avropa şəhərlərinin reytinqini tərtib edib. Reytinqdə Avropanın müxtəlif ölkələrinin ikilikdə romantik uik-end üçün münasib olan 20 şəhəri yer alıb.
Avropanın sevgililər üçün cəlbedici şəhərləri arasında Bakının da adı çəkilib. Məlumatda deyilir ki, Azərbaycanın paytaxtı özündə gəzməli-görməli ultramüasir yerlər ilə Orta əsrlərə məxsus gözəlliyi birləşdirir. Romantik tarixçəsi olan Qız qalası Bakının ən maraqlı yerlərindən biridir. Onun baxış meydançasından İçərişəhərin xeyli hissəsi görünür. Gəzib-dolaşmalı digər maraqlı yerlər Şirvanşahlar sarayı, səs-küylü bazar, milli kafe və restoranlardır.
Reytinqə Riqa, İstanbul, Lyublyana, Tallinn, Praqa, Vyana və digər şəhərlər daxil olub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.11.2023 [16:59]
Roma tətilləri: şopinq xüsusiyyətləri
- 29.08.2023 [10:59]
Göllər diyarının cazibədarlığı
- 29.08.2023 [00:26]
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
- 25.08.2023 [14:40]
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
- 24.08.2023 [10:20]
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib
- 23.08.2023 [15:27]
Şahdağda motosiklet festivalı təşkil edilib
- 22.08.2023 [14:08]
Zalsburq: turistləri buraya cəlb edən nədir?
- 17.08.2023 [17:32]
“Bu il Türkiyənin turizm sektorunda bahalaşma qeydə alınıb” – açıqlama
- 05.08.2023 [10:52]