REGİONLAR
Gəncədə qanvermə aksiyası təşkil edilib VİDEO
Gəncə, 24 oktyabr, AZƏRTAC
Hər il Aşura günü ilə əlaqədar keçirilən qanvermə aksiyasında yüzlərlə gəncəli iştirak edir. Builki Aşura günündə də insanlar böyük həvəslə donorluq edir, verdiyi qanın kiminsə ehtiyacını ödəməsini özlərinin vətəndaşlıq borcu sayırlar.
AZƏRTAC xəbər verir ki, Aşura günü ilə əlaqədar Mərkəzi Qan Bankının Gəncə bölməsində və “İmamzadə” ziyarətgahında qanvermə aksiyası təşkil edilib. Bununla bağlı ziyarətgahda xüsusi yer ayrılıb, aksiyanın mütəşəkkil keçirilməsi üçün lazım olan bütün şərait yaradılıb.
Şəhər səhiyyə idarəsinin rəis müavini Akif Zərbəliyevin verdiyi məlumata görə, saat 12-dək 300-dən çox gəncəli könüllü olaraq qan verib. Aksiya hazırda davam edir.