8. İşaxtaranların və işsizlərin sosial müdafiəsi
8.1. | İşsizlik müavinətinin minimum məbləğinin artırılması və onun minimum yaşayış standartlarına mərhələlərlə çatdırılması | Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu | 2007-2010 |
8.2. | Dövlət məşğulluq xidməti orqanlarının göndərişi ilə işaxtaran və işsiz vətəndaşların peşə hazırlığı, yenidən hazırlıq və ixtisasının artırılması vaxtında müəyyən olunmuş təqaüdün minimum məbləğinin artırılması | Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu | 2007-2010 |
8.3. | İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin ünvanlı dövlət sosial yardım sistemi ilə əlaqələndirilməsi işinin təşkili | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu aidiyyəti dövlət orqanları ilə birlikdə | 2007-2008 |
8.4. | Ünvanlı dövlət sosial yardım sistemini tətbiq etməklə işsiz vətəndaşların ailələrinin təhsil, tibb və digər xidmətlərdən istifadə etməsinə dair müvafiq tədbirlərin həyata keçirilməsi | Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi | 2007-2010 |