REGİONLAR
Məktəblilər tur-aksiyanın sonuncu günü Qobustan rayonunda olublar VİDEO
Qobustan, 19 noyabr, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığı ilə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün təşkil edilən “Ölkəmizi tanıyaq” layihəsi üzrə maarifləndirici tur-aksiyanın noyabrın 16-19-da keçirilən növbəti mərhələsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, tur-aksiyanın sonuncu günü, noyabrın 19-da Sumqayıt, Xızı, Siyəzən, Şabran və Abşerondan olan, hər biri 40 nəfərdən ibarət beş qrup Qobustan rayonuna gəlib.
Noyabrın 16-dan İsmayıllı, Qəbələ və Şəkidə bu bölgələrin görməli yerlərini gəzən, tarixi və müasir həyatı barədə hərtərəfli məlumatlar alan məktəblilər Qobustanda mehribanlıqla qarşılanıblar. Günorta “Qobulənd” istirahət mərkəzi ilə tanış olan və burada nahar edən tur-aksiya iştirakçıları günün ikinci yarısında Heydər Əliyev parkına gəliblər. Parkın ərazisində Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub, Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən foto-guşələr barədə ətraflı məlumat verilib.
Sonra məktəblilər 1402-ci ilə aid olan “Diri baba” türbəsinə gəliblər. Qayalıqlar arasında yerləşən bu tarixi abidənin əzəməti şagirdlərdə böyük maraq, unudulmaz təəssürat yaradıb.
Beləliklə, növbəti maarifləndirici tur-aksiyanın iştirakçıları rayonlarımıza ekskursiyanı başa çatdırıblar.