DÜNYA


ABŞ Avropaya Rusiya qazına alternativ kimi İsrail qazını təklif edir

Bakı, 12 dekabr, AZƏRTAC

ABŞ Avropa üçün Rusiya qazına alternativ variant kimi İsrail qazını təklif edir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ABŞ Dövlət Katibinin köməkçisi Frank Fannon İsrailin Avropaya təbii qaz nəql edə biləcəyini deyib: “Avropaya səfərim zamanı Aralıq dənizinin şərqindəki ölkələrə getdim. Hazırda İsrail qazını Misirə və İordaniyaya nəql edən boru kəməri fəaliyyət göstərir. Bu qaz potensial olaraq Avropaya da nəql edilə bilər”.

“Şimal axını 2” (“Nord Stream 2”) təbii qaz boru kəmərinin Avropanın enerji təhlükəsizliyi üçün təhlükə olduğunu deyən F.Fannon bütün ölkələri bu layihəni tərk etməyə çağırıb.

O, “Şimal axını 2”nin Rusiyanın Avropaya təsir göstərmək üçün siyasi vasitə olduğunu iddia edib.

Qeyd edək ki, ümumilikdə 10 milyard dollara başa gələcək və 1230 kilometr uzunluğundakı “Nord Stream 2” qaz boru kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql edəcək. “Gazprom”la yanaşı, “Shell”, “OMV”, “Engie”, “Uniper” və “Wintershall” kimi enerji şirkətləri layihənin əsas tərəfdaşlarındandır.

“Gazprom” şirkəti “Şimal axını 2” təbii qaz boru kəməri layihəsinin 2019-cu ilin sonunadək başa çatdırılacağını açıqlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.