DÜNYA


ABŞ Konqresi Donald Trampın İrana müharibə elan etmək səlahiyyətini məhdudlaşdırıb

Bakı, 13 iyul, AZƏRTAC

ABŞ Konqresi ölkə Prezidenti Donald Trampın İrana müharibə elan etmək səlahiyyətini və hərbi əməliyyatların qanunverici orqanın icazəsi olmadan maliyyələşdirilməsini məhdudlaşdıran düzəlişi qəbul edib. AZƏRTAC The Hill nəşrinə istinadla xəbər verir ki, qanuna düzəlişin lehinə Nümayəndələr Palatasının 251 üzvü, əleyhinə isə 170 konqresmen səs verib.

Qanuna düzəlişin müəlliflərindən biri olan Nümayəndələr Palatasının Kaliforniyadan üzvü Ro Hannu deyib: “Bu düzəliş Prezidentə xatırladacaq ki, Amerika xalqı, o cümlədən demokratlar və respublikaçılar Yaxın Şərqdə yeni müharibənin başlanmasını istəmirlər”.

The New York Times qəzetinin yazdığına görə, iyunun sonunda İran İnqilab Keşikçiləri Korpusunun ABŞ-ın pilotsuz zondunu vurmasından sonra Donald Tramp İranın bir sıra obyektlərinə raket zərbələri endirilməsi barədə sərəncam vermiş, son anda bu qərarını ləğv etmişdi. Vaşinqton Tehranı İran sahillərinin yaxınlığında iki tankerə hücum etməkdə də günahlandırıb, buna cavab olaraq Fars körfəzi rayonuna əlavə hərbi gəmilər göndərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.