ELM VƏ TƏHSİL


ADNSU-da təhsil alan çinli tələbələrin sayı ilbəil artır

Bakı, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı bu ali məktəbdə təhsil alan bir qrup çinli tələbə ilə görüşüb.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, Şanxay Universitetinin nümayəndəsi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Çindəki təmsilçisi doktor Renying Linin iştirakı ilə keçən görüşdə M.Babanlı rəhbərlik etdiyi ali təhsil müəssisəsində əcnəbi tələbələr üçün yaradılan şərait, tədris imkanları və genişlənməkdə olan tələbə mübadiləsi prosesi barədə ətraflı məlumat verib.

Ölkələrimiz arasında təhsil əlaqələrinin əhəmiyyətini diqqətə çatdıran M.Babanlı ADNSU-da Çin ilə tələbə mübadiləsi sahəsində əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edib. Universitetdə təhsil alan çinli gənclərin sayının ilbəil artdığını vurğulayan rektor Çinlə əlaqələrin inkişafı istiqamətində bir sıra yeni layihələrin olduğunu da bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.