İDMAN


AFFA-nın Lisenziyalaşdırma qrupunun rəhbəri UEFA-nın seminarında iştirak edib

Bakı, 28 iyun, AZƏRTAC

İsveçrənin Sürix şəhərində UEFA-nın klub yarışlarında rəsmi şəxslər qismində çalışan şəxslər üçün seminar təşkil olunub.

AZƏRTAC xəbər verir ki, seminarda UEFA matç direktoru kimi fəaliyyət göstərən AFFA-nın Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov da iştirak edib.

Seminar zamanı iştirakçılara mövsümlə bağlı təlimatlar təqdim olunub və qaydalarda baş vermiş dəyişikliklər müzakirə edilib.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.