CƏMİYYƏT


AQTİ-nin Milli Referens Laboratoriyasında qida məhsullarında pestisidlərin qalıq miqdarının təyini aparılır

AQTİ-nin Milli Referens Laboratoriyasında qida məhsullarında pestisidlərin qalıq miqdarının təyini aparılır

Bakı, 6 dekabr, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Milli Referens Laboratoriyasında beynəlxalq metodlardan istifadə edilərək pestisidlərin qalıq miqdarının təyini sınaqları həyata keçirilir. Mərkəzləşmiş Nümunə Qəbulu Məntəqəsinə təqdim edilən meyvə-tərəvəz məhsullarında müxtəlif qruplara aid pestisidlərin qalıq miqdarı təyin olunması üçün Milli Referens Laboratoriyasına təhvil verilir.

İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, müayinə beynəlxalq EN 15662,AOAC 2007.01 metodlarına uyğun aparılır. Müayinələrin keyfiyyətinə nəzarəti təmin etmək məqsədilə analitik standartlardan, standart və sertifikatlı referans materiallardan istifadə ilə sınaqların düzgünlüyü və dəqiqliyi təmin olunur. Nümunələr QUECHERS üsulu ilə ikimərhələli hazırlıq prosesindən keçirilir. Birinci mərhələdə nümunələr homogen hala gətirilərək həlledicilər vasitəsilə ekstaksiya olunur. Sonra bərk fazalı ekstaksiya mərhələsindən keçirilir. Hazır nümunələr pestisidlərin təyinatından asılı olaraq, yüksək həssaslığa malik pestisid qalıqlarının ən aşağı miqdarını mikroqram səviyyəsində belə dəqiqliklə təyin etməyə imkan yaradan mass detektorlu LC/MS/MS 8045 ikiqat kütlə spektrofotometrli maye xromatoqrafı və GC/MS QP 2010 qaz xromatoqrafı cihazında müayinə olunur.

Qida məhsullarında pestisidlərin qalıq miqdarının təyini sınaqları Azərbaycanda qüvvədə olan normativ texniki sənədlərlə yanaşı, Avropa Databazası və Kodeks Alimentarius kimi beynəlxalq standartlarda qeyd olunan parametrlərə uyğun aparılır.

Qeyd edilib ki, Milli Referens Laboratoriyası pestisidlərin qalıq miqdarının təyini üzrə Böyük Britaniyanın FAPAS şirkəti tərəfindən təşkil olunan beynəlxalq səriştəlilik sınağında pomidor matriksində 8 parametr üzrə yüksək nəticələr əldə edib. Laboratoriya tərəfindən tətbiq edilən pestisidlərin qalıq miqdarının təyini metodu isə Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) və Almaniya Akkreditasiya Mərkəzi (DAKKS) tərəfindən akkreditə olunaraq beynəlxalq akkreditasiyadan keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.