Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AŞPA-da Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı iki məruzə müzakirə edilib

Strasburq, 26 yanvar, AZƏRTAC

Yanvarın 26-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ikinci iş günündə Azərbaycanla bağlı iki mühüm məruzə ətrafında müzakirələr aparıldı. Böyük Britaniyadan olan deputat Robert Volterin “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” və Bosniya və Herseqovinadan olan deputat Milisa Markoviçin “Azərbaycanın sərhədyanı ərazilərində yaşayan əhali qəsdən sudan məhrum edilib” adlı məruzələrinin müzakirələri birgə keçirildi. Təəssüf ki, belə mühüm əhəmiyyət daşıyan iki məruzəyə cəmi iki saatdan da az vaxt ayrıldı.

Beş siyasi qrupun rəhbərinin çıxışından sonra cəmi beş deputata söz verildi və müzakirələr qapandı. Sanki prosesi tez-tələsik başa vurmaq tapşırığı verilmişdi. Azərbaycan nümayəndə heyətindən yalnız Rafael Hüseynova ayrılmış üç dəqiqə ərzində mövqeyimizi ifadə etmək imkanı verildi.

Əvvəldə çıxış edənlərin əksəriyyəti də sanki Azərbaycana qarşı mənfi mövqeyi irəlicədən bəlli olan fransalı deputat Rene Ruke kimiləri idi. Deputat R.Hüseynov ilk növbədə ondan əvvəl çıxış edənlərin bir qisminin bu məsələ ilə ATƏT-in Minsk qrupu məşğul olduğundan Avropa Şurasında belə bir məruzənin müzakirə edilməsinin düzgün olmadığı çağırışlarına münasibət bildirərək dedi: “Ermənistan hərbi qüvvələri Azərbaycanla həmsərhəd bölgələrdə gərginliyi artırmaqda davam edirlər. Demək olar hər gün atəş açılır, yeni-yeni qurbanlar olur. Bunlar elə narahat məsələlərdir ki, onlar barədə hər an bəhs etmək lazımdır və hər bir beynəlxalq təşkilat bu ağır problemin həllinə öz töhfəsini verməyə çalışmalıdır. Bu məsələnin həlli ilə bağlı yalnız ATƏT-in Minsk qrupunun məşğul olmalı olduğunu iddia etmək qətiyyən qəbul edilə bilməz. ATƏT-in ATƏT yeri var, Avropa Şurasının da öz yeri var. Ermənistan da, Azərbaycan da Avropa Şurasına üzv qəbul olunarkən bu münaqişənin həlli ilə bağlı konkret öhdəliklərə imza atıblar. Bu öhdəliyin varlığı artıq “Avropa Şurası bu məsələyə qarışıb-qarışmamalıdır” sualına birmənalı cavabdır”.

Daha sonra Rafael Hüseynov təqdim olunan məruzələrin və məruzəçilərin ayrı-ayrı cəhətlərinə diqqət yönəldərək bildirdi: “Avropa Şurasında müzakirəyə çıxarılan hər məruzə uzun araşdırma və təhlillərin nəticəsi olaraq yaranır. Təbii ki, mühüm bir problem üzrə məruzəni belə bir mötəbər auditoriyaya təqdim edən şəxslərdən mükəmməl siyasi və elmi səviyyə tələb olunur. Lakin hərdən elə mövzular da işlənilir ki, onlardan yazmaq, ümumən belə problemlər üzrə məruzəçi təyin edilməkdən ötrü siyasi dərinlik, geniş erudisiya azlıq edir. Çox həssas olan bir sıra mövzular var ki, həmin məsələlər üzrə məruzəçiliyi boynuna götürmək üçün həm də iradə, qətiyyət, cəsarət lazımdır. Robert Volter və xanım Milisa Markoviçə bu baxımdan Assambleya üzvlərinin üçqat təşəkkürü düşür. Çünki iki münaqişə edən tərəf arasında münsif missiyasını üzərinə götürmək, balanslaşdırılmış, obyektiv, ədalətli məruzə hazırlamaq yolunda çalışmaq hər iki məruzəçinin, sözsüz ki, mərd, cəsur, ötkəm şəxsiyyətlər olmasına dəlalət edir. Lakin üçqat təşəkkürün səbəbi odur ki, indiki halda həmin münaqişə tərəflərindən biri işğalçı Ermənistandır. Ermənistanın isə necə ipə-sapa yatmayan, dövlətçilik iradəsi öz əlində olmayan, inadla “ağ”a “qara” deyən, ona sərf etməyən məruzəçilərə müxtəlif kanallar və vasitələrlə aramsız həmlələr təşkil edən, onları ədalətli, obyektiv mövqelərindən yayındırmaq üçün hər fənddən istifadə edən bir tərəf olması bizə uzaq və yaxın tarixdən yaxşı bəllidir.

İndi biz burada müzakirələr apardığımız əsnada da Ermənistan hərbi birləşmələri işğal ərazilərini genişləndirməkdən ötrü sərhəd boyu Azərbaycanın dinc əhalisini atəşə tutmaqdadır.

İşğal altındakı hər cür beynəlxalq nəzarətdən kənar ərazilərdə Ermənistan terrorçu düşərgələr yerləşdirir, narkotiklərin əkib-becərilməsi və tranziti ilə məşğul olur. Hər il məhsulu yığdıqdan sonra isə həmin ərazilərdə izi itirmək üçün yanğınlar törədirlər. Ermənistan yenə özünə xas olan riyakarlıqla bütün bunları danır. Ermənistan Azərbaycan meşələrini vəhşicəsinə qırır, öz ərazisindən keçib Azərbaycana axan çayları məqsədli şəkildə bakterioloji, kimyəvi, nüvə tullantıları ilə zəhərləyir. Sərsəng su anbarının qarşısını nağıllardakı əjdahalar kimi kəsərək yay-qış yüz minlərlə insanın həyatını fəlakət həddinə çatdırır. Bunlarla əlaqədar inkaredilməz dəlillər, sübutlar ortaya qoyulur, Ermənistan deyir “xəbərim yoxdur”. Müzakirə etdiyimiz hər iki məruzədə bu cür dəhşətli faktların yalnız kiçik bir hissəsi əhatə edilib. Yazılan hər cümlədə, hər ifadədə hiss edilir ki, yüz dəfə ölçülüb-biçilib. Oxuduqca anlayırsan ki, məruzəçilər nə Ermənistanın, nə Azərbaycanın tərəfindədirlər. Onlar həqiqət, ədalət, obyektivlik mövqeyindən çıxış edirlər. Deməli, bu xeyirxah araşdırmaları, onun mahiyyəti etibarilə həm Ermənistanın, həm Azərbaycanın tərəfindədirlər, həm o, həm bu ölkəyə kömək etmək istəyirlər. Ermənistan isə gözlərini kip-kip yumaraq, qulaqlarını bərk-bərk qapayaraq həqiqətləri görmək, eşitmək istəmir. Amma unudurlar ki, həqiqəti görmək, eşitmək istəməmək həqiqətin olmaması demək deyil. Reallıq hissini itirmiş Ermənistanın idarəçilərinə səslənirəm: qəflət yuxusundan ayılın, gözlərinizi və qulaqlarınızı açın, bu gözüyumulu gediş sizi artıq lap yaxınlıqda olan dərin uçuruma aparır. Gözlərinizi açanda bu gün müzakirə edilən məruzələri də ehtirassız, soyuq başla, diqqətlə oxuyun. Bu mətnlərdə gələcək taleyinizlə bağlı çoxlu faydalı məqamlarla rastlaşacaqsınız”.

Sanki bütün proseslər yazılmış ssenari üzrə gedirdi. Robert Volterin hazırlamış olduğu məruzənin yenidən komitəyə qaytarılaraq təzədən işlənməsi məsələsi səsə qoyulsa da, bu təklif keçmədi. O zaman ümumən məruzənin qətnaməsi səsverməyə çıxarıldı və 66 nəfər lehinə, 70 nəfər əleyhinə, 45 nəfər bitərəf qalmaqla layihə qəbul edilmədi. İkinci məruzə isə 98 nəfər lehinə, 71 nəfər əleyhinə, 40 nəfər bitərəf olmaqla qəbul edildi. Yəni, bir növ Avropa Şurası müəyyən mənada balans gözləmək xətti tutaraq əslində obyektivlik və ədalət prinsiplərindən növbəti dəfə yayınmış oldu və deputat Rafael Hüseynovun Avropa Şurası kürsüsündən ifadə etdiyi kimi növbəti dəfə həqiqətə göz yumuldu.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Almaniyada əsgər çatışmır

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

“Qida Təhlükəsizliyi” Simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib