İQTİSADİYYAT
ASTARA MODUL TİPLİ ELEKTRİK STANSİYASINDA BÜTÜN BLOKLAR İSTİFADƏYƏ VERİLMİŞDİR
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Astara modul tipli elektrik stansiyasının bütün blokları istifadəyə verilmişdir. Dövlət komissiyası ciddi yoxlamalardan sonra ümumi gücü 87 meqavat olan 10 aqreqatın hamısının qəbul edilməsi barədə aktı imzalamışdır.
Həftə ərzində stansiya ilə bağlı, əsasən, sənədləşmələrdən ibarət bütün müvafiq əməliyyatlar başa çatacaqdır. Həmçinin Finlandiyanın Vartsila şirkətinin ekspertləri test əməliyyatlarına yekun vuracaqlar, yanğından mühafizə üzrə sınaqlar keçiriləcəkdir.
Bütün bunlardan sonra isə əcnəbi tərəfdaşlar və subpodratçılar Şəkidə və Xaçmazda modul elektrik stansiyalarının inşası ilə məşğul olacaqlar.