MƏDƏNİYYƏT


AZƏRBAYCANIN MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ XƏBƏRDARLIQ EDİR

Bakı, 7 avqust (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, son vaxtlar əhali tərəfindən nazirliyə daxil olan müraciətlər əsasında aparılmış araşdırmalar zamanı məlum olmuşdur ki, yay turizm mövsümü dövründə bəzi turizm fəaliyyətinə xüsusi razılığı (lisenziya) olmayan turizm şirkətləri Azərbaycan vətəndaşlarının müxtəlif ölkələrə, xüsusilə də Türkiyəyə səfərlərini təşkil edirlər.

Həmin şirkətlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə zidd olaraq qanunsuz şəkildə əhaliyə qeyri-peşəkar xidmətlər göstərirlər.

Bununla əlaqədar olaraq, səyahətə gedən vətəndaşlardan xahiş olunur ki, turizm şirkətlərinə müraciət edərkən həmin qurumdan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziya) və şirkət tərəfindən hər hansı xidmət göstərilən zaman şirkətlə müştəri arasında bağlanan müqavilənin olmasını tələb etsinlər.

Mədəniyyət və Turizm Nazirliyi, eyni zamanda, vətəndaşlardan turizm-istirahət zonalarında xüsusi razılıq (lisenziya) almayan və qeyri-qanuni fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə yerləşməməyi tövsiyə edir. Azərbaycanın regionları üzrə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) almamış obyektlərin siyahısı Mədəniyyət və Turizm Nazirliyinin www mct.gov.az saytında yerləşdirilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.