SİYASƏT


AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİ BERLİNƏ GETMİŞDİR

Noyabrın 11-də Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev Almaniya Federativ Respublikası hökumətinin dəvəti ilə “Cənubi Qafqaz: Siyasi-coğrafi inkişaf perspektivləri, beynəlxalq siyasi dialoq” mövzusunda tədbirdə iştirak etmək üçün Berlinə işgüzar səfərə yola düşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Azərbaycan, Gürcüstan və Ermənistan hökumətlərinin üzvləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, ATƏT, Avropa Birliyi və Minsk qrupunun təmsilçilərinin iştirakı nəzərdə tutulmuşdur. Bu beynəlxalq siyasi dialoq iki gün davam edəcəkdir.

Səfər zamanı, həmçinin, Azərbaycanın xarici işlər nazirinin alman həmkarı Yoşka Fişerlə görüşü də nəzərdə tutulmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.