İDMAN
AZƏRBAYCAN BOKSÇULARI BEYNƏLXALQ TURNİRDƏ İKİ QIZIL, BİR GÜMÜŞ VƏ ÜÇ BÜRÜNC MEDALA LAYİQ GÖRÜLMÜŞLƏR
Qazaxıstanın paytaxtı Astanada Prezident Nursultan Nazarbayevin kuboku uğrunda birinci beynəlxalq boks turniri keçirilmişdir.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, turnirdə 18 ölkənin 100-dən çox boksçusu mübarizə aparmışdır. Yarışda baş məşqçi Məmməd Eyvazovun rəhbərliyi ilə təmsil olunmuş Azərbaycan yığmasının heyətində Cavid Tağıyev (81 kq) və Elçin Əlizadə (91 kq) turnirin qızıl medallarına layiq görülmüşlər. Komandamızın digər üzvləri Samir Məmmədov (51 kq) gümüş, Ceyhun Əbiyev (48 kq), Rəhim Nəcəfov (54 kq), və Şahin İmranov (60 kq) bürünc medallara sahib olmuşlar.
Komanda hesabında isə Qazaxıstan boksçuları birinci, Azərbaycan yığması ikinci, Kuba idmançıları isə üçüncü yeri tutmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [14:43]
“Böyük Dəbilqə”: Azərbaycanın 4 cüdoçusu medal görüşünə çıxacaq
- 10.05.2024 [13:13]
Bakıda qızıl medal qazanan koreyalı atıcı yeni dünya rekorduna imza atıb
- 10.05.2024 [12:54]
Arif Əsədov: “Şamaxı”nın Premyer Liqaya vəsiqə qazanmaması uğursuzluq olar
- 10.05.2024 [11:45]
Toğrul Əsgərov: Azərbaycan dünya idman tarixinə öz imzasını atmağı bacarıb
- 10.05.2024 [11:11]
Azərbaycan Premyer Liqası: Mərkəzi oyun FIFA referisinə tapşırılıb
- 10.05.2024 [11:04]
Azərbaycanın qadın güləşçiləri lisenziya turnirində mübarizəyə başlayırlar
- 10.05.2024 [10:33]