İDMAN
AZƏRBAYCAN BOKSÇULARI QAZAXISTAN MİLLİSİNƏ QALİB GƏLMİŞLƏR
Axşam saatlarında isə rinqə Azərbaycan və Qazaxıstan boksçuları çıxmışlar. Gərgin keçən döyüşlərdən sonra Azərbaycan yığması güclü Qazaxıstan millisi üzərində 8:3 hesabı ilə qələbə qazanmışdır.
Oktyabrın 19-da qrupda birinci yer uğrunda Azərbaycan yığması Kuba bokçuları ilə qarşılaşacaqdır. ABŞ millisi isə qrupda son görüşünü oktyabrın 20-də Qazaxıstan komandasına qarşı keçirəcəkdir.
Digər qrupda növbəti görüşlər oktyabrın 18-də olacaqdır. Həmin gün Çin boksçuları Afrika yığma komandası ilə, Rusiya idmançıları Ukrayna millisi ilə qarşılaşacaqlar. Xatırladaq ki, ilk döyüşlərdə Rusiya boksçuları Çin, Ukrayna yığması isə Afrika yığmasını məğlubiyyətə uğratmışlar.
Yarışın reqlamentinə əsasən, qruplarda birinci yeri tutan komandalar finalda qarşılaşacaqlar. İkinci yerin sahibləri isə bürünc medallara layiq görüləcəklər.
Beləliklə, Kuba ilə görüşün nəticəsindən asılı olmayaraq, Azərbaycan yığması dünya kubokunun ən azı bürünc medallarını özünə təmin etmişdir.