Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ALMANİYAYA SƏFƏRİ
BERLİNDƏ BEYNƏLXALQ BERTELSMANN-2006 FORUMUNUN AÇILIŞI

Xəbər verdiyimiz kimi, sentyabrın 22-də Almaniyanın paytaxtı Berlində Beynəlxalq Bertelsmann-2006 forumunun açılışı olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev forumda iştirak etmək üçün Almaniya Xarici İşlər Nazirliyinin binasına gəldi.

Forumu Karl Bertelsmann Fondunun icraiyyə komitəsinin üzvü Verner Veidenfeld açaraq iştirakçıları salamladı və gündəlik barədə məlumat verdi. Bildirildi ki, forum hər iki ildən bir Karl Bertelsmann Fondu tərəfindən təşkil edilir. Forumun məqsədi Avropanın ali siyasi, iqtisadi, mədəni və mətbuat dairələri arasında qitənin gələcəyinə dair dialoqun keçirilməsidir. İndiki forumda isə genişlənmiş Avropanın siyasi-iqtisadi perspektivləri müzakirə ediləcəkdir. Almaniyanın Avropa İttifaqına sədrliyi ərəfəsində belə bir forumun təşkili ümumavropa təşəbbüslərinin həyata keçirilməsinə mühüm təkan olacaqdır. Forumda 20-dək ölkənin dövlət və hökumət başçıları, parlament sədrləri və xarici işlər nazirləri iştirak edir.

Sonra Almaniyanın federal kansleri Angela Merkel, Fransanın Baş naziri Dominik de Vilpen, Belçikanın Baş naziri Gi Verhofştadt, Macarıstanın Baş naziri Ferents Dyurçan və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu çıxış etdilər.

X X X

Fasilədən sonra forumun “Balkanlar və Qara dəniz bölgəsi Avropa üçün lakmus kağızı kimi” mövzusunda birinci iclası keçirildi.

Almaniyanın ZDF televiziyasının Berlin ofisinin direktoru PİTER FREY iclası açaraq dedi:

- Hesab edirəm ki, bu gün çox səmərəli müzakirələr keçiriləcəkdir. Bugünkü müzakirələrdə üç ölkə rəhbərinin iştirak etməsindən şərəf duyuruq. Burada Qara dəniz regionunun gələcəyi ilə bağlı məsələlər müzakirə olunacaqdır. Qara dəniz regionunun təhlükəsizliyi və sabitliyi Avropanın təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir. Avropa bu region üçün nə edə bilər, Balkanların təcrübəsi Qara dəniz regionu üçün faydalı ola bilərmi? Burada istifadə edə biləcəyimiz siyasi vasitələr mövcuddurmu?

Rumıniya Prezidenti TRAYAN BESESKU Qara dəniz və Balkan regionunda baş verən proseslər və ölkəsinin bu proseslərdə rolundan, həmin bölgədə mövcud olan problemlərin həllində Rumıniyanın mövqeyindən söhbət açdı. O, Kosovo məsələsinə toxundu və bütövlükdə keçmiş Sovetlər Birliyinə daxil olmuş ölkələrdəki münaqişələr barədə mövqeyini bildirdi:

- Kosovonun müstəqilliyini elan etməsi Serbiyada millətçiləri qızışdıra bilər. Bu cür hadisənin baş verməsi nəticədə Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiya üçün təhlükəli presedent yarada bilər. Qara dəniz, Xəzər dənizi regionları Avropa üçün alternativ enerji təminatçısı ola bilər. Bu, Avropanın təkcə “Qazprom”dan asılı olmasının aradan qaldırılmasına imkan yarada bilər.

PİTER FREY: İndi isə söz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə verilir.

Sizin həmkarınız Rumıniya Prezidenti Besesku deyir ki, Avropanın Qara dəniz regionu ilə bağlı siyasəti mövcud deyildir. Bununla razılaşırsınızmı? Keçirilən ilk müzakirələrdə Almaniya kansleri Angela Merkel genişləndirmənin dayandırılması ilə bağlı sərt mövqeyini, Fransanın Baş naziri Dominik de Vilpen enerji məsələləri ilə bağlı xüsusi mövqeyini bildirdilər. Bu mövqelərdən hansı ilə razılaşırsınız?

İLHAM ƏLİYEV: Günün ilk yarısında keçirilmiş bütün çıxışlar maraqlı oldu və genişlənmə, enerji, təhlükəsizlik, müdafiə məsələləri ilə bağlı Avropanın qəti siyasətinin müəyyənləşdirilməsi üçün çox əməli xarakter daşıyırdı. Almaniya və Fransanın Baş nazirləri tərəfindən deyilənlər bir-birinə zidd deyildi. Bunlar, sadəcə, Avropanın ehtiyacları və tərəfdaşlarının yeni formada anlaşılması fonunda deyilmiş sözlərdir. Rumıniya və Bolqarıstan Avropa İttifaqının tam hüquqlu üzvlərinə çevrildikdən sonra İttifaqın sərhədləri bizim Xəzər regionuna daha da yaxınlaşacaqdır. Eyni zamanda, sizin də bildiyiniz kimi, biz Avropa İttifaqının “Yeni qonşuluq siyasəti”nin həyata keçirilməsinin başlanmasını gözləyirik. Ehtimal ki, bu iki aspekt yeni vəziyyət yaradacaq və hamımız bunu həll etməliyik. Avropa İttifaqı qonşularına, qonşular isə Avropa İttifaqına münasibətdə siyasətlərini müəyyən etməlidirlər.

PİTER FREY: Avropa Sizin regionun təhlükəsizliyinə necə töhfə, verə bilər?

İLHAM ƏLİYEV: Hesab edirəm ki, töhfə, ilk növbədə, regionda mövcud olan münaqişələrin həllinə kömək etmək formasında ola bilər. Biz Avropanın qonşularıyıq və bizim ölkələrdə separatçı hərəkatlar mövcuddur. Söhbət Dağlıq Qarabağ, Abxaziya, Dnestryanı və Cənubi Osetiyada mövcud olan separatçı hərəkatlardan gedir. Bütün bu hərəkatların mənşəyi birdir. Onların nəticələri də eynidir: bu separatçı hərəkatlar suveren dövlətlərin ərazilərinin işğal olunmasına gətirib çıxarmışdır. Avropa bizə ərazi bütövlüyünün və beynəlxalq hüquq normaları və prinsiplərinin bərpasına kömək etməklə münqişələrin həllində əməli rol oynaya bilər. Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş Ermənistan indi özünü çox rahat hiss edir. Belə ki, ona qarşı Avropa tərəfindən heç bir ciddi siyasi təzyiq edilmir. Buna görə də münaqişələrin qiymətləndirilməsi ilə bağlı açıq siyasi mesajlar verilməli, münaqişələrin həlli üçün tərəfdaşlara kömək edilməli və regionda sülh bərpa olunmalıdır.

PİTER FREY: Bu məsələ Balkanlarda olan vəziyyətlə müqayisə oluna bilər. Bu region ilə bağlı Avropa İttifaqı son 10-15 il ərzində öz siyasətini həyata keçirmişdir. Sizin fikrinizcə, Avropanın keçmiş Yuqoslaviyada tətbiq etdiyi vasitələr sizin regionunuz üçün də faydalı ola bilərmi?

İLHAM ƏLİYEV: Bunu demək çox çətindir. Hər bir regionun özünün spesifik xüsusiyyətləri var. Keçmiş Yuqoslaviya təcrübəsini Cənubi Qafqazda tətbiq etmək çox çətindir. Çünki bunlar fərqli regionlardır. Əsas odur ki, burada açıq siyasət olsun. Bizim region Avropa üçün həqiqətən də mühüm regiona çevrilir. Rumıniya Prezidenti Besesku enerji təchizatının çoxşaxəliliyi və enerji təhlükəsizliyi barədə danışdı. Xəzər dənizinin enerji ehtiyatları haqqında danışanda bilməliyik ki, Azərbaycanın enerji ehtiyatlarından söhbət gedir. Azərbaycanın nefti və qazı Azərbaycan tərəfindən inşa edilmiş boru kəmərləri vasitəsilə Avropaya nəql olunacaqdır. Sonra Xəzər hövzəsində olan digər dövlətlər bu kəmərlərə qoşula bilər və əgər bu baş verərsə, tamamilə yeni vəziyyət yaranacaqdır. Beləliklə, Xəzər regionu, Azərbaycan və Cənubi Qafqazın təhlükəsizliyi, enerji ehtiyatlarının nəqli və onun şaxələndirilməsi məsələlərində əhəmiyyəti artmaqdadır. Buna görə də regiona olan diqqət daha da artmalıdır.

Azərbaycanın öz maraqları var. Bu gün Fransanın Baş naziri bildirdi ki, avropalıların maraqları onlar üçün ilkin əhəmiyyət daşıyır. Mən bu fikri dəstəkləyirəm. Avropalılar üçün bu, düzgün yanaşmadır. Bununla yanaşı, Azərbaycan üçün də onun maraqları ilkin əhəmiyyət daşıyır. Ermənistan tərəfindən pozulmuş ərazi bütövlüyünü bərpa etmək Azərbaycanın marağındadır. Avropanın da region ilə bağlı öz maraqları var. Bu maraq da enerji mənbələrinin şaxələndirilməsi və regionun təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır. Gəlin, bunların hamısını birləşdirək. Bu halda, əməkdaşlığımız hər iki tərəfə fayda gətirəcəkdir.

PİTER FREY: Prezident Əliyev, Sizə təşəkkür edirəm.

X X X

Bütün çıxışlarda münaqişələrin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinin əsas şərt olduğu birmənalı şəkildə vurğulandı. Bu məntiq qarşısında aciz qalan Ermənistanın xarici işlər naziri Vardan Oskanyanın saxta, yalan və böhtan dolu uzun uydurmaları salonda gülüş doğurdu və tədbirin aparıcısı Ermənistanın xarici siyasət idarəsinin rəhbərinin çıxışını yarımçıq kəsməli oldu.

Çernoqoriyanın Baş naziri MİLO CUKANOVİÇ keçmiş Yuqoslaviyaya daxil olmuş ölkələrdəki milli-etnik qarşıdurmaların həlli təcrübəsindən danışdı, münaqişələrin həll edilməməsinin ölkələrin inkişafına ciddi maneə törətdiyini vurğuladı, ərazi iddiaları ilə bağlı problemlərin sülh yolu ilə həllinin ən optimal yol olduğunu söylədi.

Bolqarıstan Prezidenti GEORGİ PIRVANOV isə, əsasən, Qara dəniz regionunda təhlükəsizlik məsələləri ilə bağlı sualları cavablandırdı.

PİTER FREY: Prezident Əliyev, Sizinlə “Yeni qonşuluq siyasəti” barədə danışmaq istərdim. Sizin fikrinizcə, bu siyasətin zəruri elementləri hansılar olmalıdır?

İLHAM ƏLİYEV: Hesab edirəm ki, Avropa İttifaqının bütün tərəfdaşları və Avropaya inteqrasiya prosesinə cəlb olunmuş bütün dövlətlər üçün müəyyən mərhələdə, mümkün qədər tez bir vaxtda, Avropa İttifaqından onun gələcək strategiyası barədə açıq mesaj almaları olduqca vacibdir. Bu gün biz Avropa İttifaqının genişlənməsi prosesinin dayandırılması barədə fikirlər eşitdik. Buna işarə olan başqa fikirlər də söylənildi. Gələcək strategiyamızı müəyyən etmək üçün burada açıq anlaşma olmalıdır. Azərbaycan kimi ölkələr çoxşaxəli xarici siyasət həyata keçirir. Biz, eyni zamanda, qısa və uzunmüddətli xarici siyasətimizi müəyyənləşdiririk. Ona görə də bizim üçün Avropa İttifaqı ilə münasibətlərdə hazırda hansı mərhələdə olduğumuzu, perspektivlərimizi və bu münasibətlərin gələcəyini bilmək çox vacibdir. Əgər bu münasibətlər yalnız “Yeni qonşuluq siyasəti” üzərində qurulacaqsa, bunu indidən bilməli və siyasətimizi buna uyğun müəyyənləşdirməliyik. Əgər Avropa İttifaqına üzvlük üçün imkan varsa, bu, tamamilə fərqli vəziyyət yaradır. Bu baxımdan potensial qonşular və ya üzvlər olaraq gələcək münasibətlərimizin perspektivlərini bilməliyik ki, əlaqələrimizi proqnozlaşdıra bilək, möhkəm əsaslar üzərində quraq və bundan qarşılıqlı surətdə faydalanaq.

X X X

Rumıniya Prezidenti Trayan Besesku münaqişələrin həllində beynəlxalq təcrübənin tətbiqi mümkünlüyü ilə bağlı sualı cavablandırarkən Vardan Oskanyanın millətlərin öz müqəddəratını təyin etməsi barədə beynəlxalq hüquq normalarının müddəalarını təhrif olunmuş şəkildə izah etmək cəhdi də çox uğursuz alındı. TRAYAN BESESKU buna cavab olaraq həmin məsələyə bir daha qayıtdı:

- Avropadakı səlahiyyətlərin həvalə edilməsi prinsipi, ehtimal ki, sizin danışdığınız icmalarda istifadə olunmur. Bütün Avropaya nəzər salsanız görərsiniz ki, azlıqlar müxtəlif ölkələrin daxilində muxtariyyətə malik olur, lakin beynəlxalq hüquq normaları və Avropa standartları imkan vermir ki, hər hansı bir ərazidə yığcam şəkildə yaşayan azlıq öz dövlətini yaratsın. Müxtəlif yerlərdə yaşayan azlıqlara müstəqil respublika yaratmaq imkanı verilsəydi, Avropanın indiki halını təsəvvür etmək çətin olardı. Mən hesab edirəm ki, əgər biz səlahiyyətlərin həvalə edilməsi prinsipini anlamasaq, yəni milli azlıqlara özünüidarə hüququnun verilməsini başa düşməsək, onda biz bütün Avropa üçün ümumi problem yaratmış olacağıq.

İLHAM ƏLİYEV: Ermənistan istisna olmaqla, Avropanın hər bir ölkəsində azlıqlar yaşayır. Ermənistan azlıqların yaşamadığı yeganə monoetnik ölkədir. Bunun səbəbini onların özlərindən soruşmaq yaxşı olardı. Milli azlıq olmaq yaşadığın ərazini dövlətdən ayırmaq, başqa bir dövlətin ərazi bütövlüyünü pozmaq hüququna malik olmaq demək deyildir. Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanıda təcavüzkar separatizm həyata keçirilmişdir. Bu gün tanınmamış, qanunsuz Dağlıq Qarabağ kimi qondarma qurumlar hamımız üçün böyük təhlükə yaradır. Bu ərazilər hər cür nəzarətdən kənarda qalıb, burada heç bir beynəlxalq hüquq norması işləmir. Bu ərazilərdə bütün növ qanunsuz hərəkətlər həyata keçirilir. Buna görə də tanınmamış bu qondarma qurumlar Avropa üçün ən böyük təhlükədir. Onlar özlərini “dövlət” adlandırırlar. Ermənistanda Dağlıq Qarabağın “müstəqilliyi” qeyd edilərkən iki erməni dövlətinin mövcudluğu barədə danışılırdı. Bu, yalnız başlanğıcdır. Təsəvvür edin ki, bu prinsip təsbit edilərsə, nələr baş verə bilər! Dünyada nə qədər erməni dövləti yaranacaq və bu bizi haraya gətirib çıxaracaq?

X X X

Növbəti sual Avropanın genişləndirilməsi mövzusuna həsr olundu. Bolqarıstan Prezidenti Georgi Pırvanov öz ölkəsinin bu məsələyə münasibətini açıqladı. Suala Azərbaycan Prezidenti İlham Əliyev də cavab verdi.

İLHAM ƏLİYEV: Azərbaycana gəlincə, deməliyəm ki, biz hələ Avropa İttifaqına üzvlük məsələsini müzakirə etmirik. Ölkəmiz “Yeni qonşuluq siyasəti”nin həyata keçirilməyə başlanılması mərhələsindədir. Bu, 5 il müddət üçün nəzərdə tutulmuşdur. Qonşuluq siyasətinin həyata keçirilməsi bizə cəmiyyətimizin bütün sahələrini təkmilləşdirməyə, siyasi islahatları, demokratikləşmə prosesini davam etdirməyə, vətəndaş cəmiyyəti qurmağa, bütün azadlıqları təmin etməyə kömək edəcəkdir. Bununla Azərbaycan Avropa İttifaqının üzvləri üçün tələb edilən meyarlar səviyyəsinə qalxacaqdır. Biz, həmçinin Avropa İttifaqının əhalisinin fikirlərini də anlamalı və nəzərə almalıyıq. Onlar yeni üzvlərin Avropa İttifaqına qəbul olunmasını istəyirlərmi və ya İttifaqın sərhədlərinin genişləndirilməsi haraya qədərdir?! Avropa İttifaqı daim genişlənə bilməz. Əks halda, bu qurumun normal fəaliyyəti mümkün olmayacaqdır. Buna görə də, əvvəldə qeyd etdiyim kimi, potensial üzvlər öz perspektivlərini qabaqcadan bilməlidirlər. Bizim tərəfimizdən də açıq mesaj olmalıdır ki, Avropa qarşısında öhdəliklərimizin hüdudu nə dərəcədədir. Bu iki şeyi birləşdirsək, münasibətlərimizin hansı mərhələdə olduğunu görərik. Bütün işlər qarşılıqlı fayda, anlaşma və hörmət əsasında qurulmalıdır.

X X X

“Zəngin təbii sərvətlərə malik olan Azərbaycan üçün Avropaya inteqrasiya nə qədər vacibdir?” sualına Prezident İLHAM ƏLİYEV belə cavab verdi:

- İlk növbədə, onu deməliyəm ki, Azərbaycan Avropada mövcud olan demokratiya səviyyəsinə catmasa, enerji ehtiyatlarının ölkəmizin bütün tələbatlarını ödəməsi mümkün olmayacaqdır. Biz neft hasil edən ölkələrin təcrübəsini araşdırmışıq. Bu ölkələrin əksəriyyətində iri enerji ehtiyatlarının olmasına baxmayaraq, onlar uğur əldə edə bilməmişlər. Burada çox güclü ictimai nəzarət, şəffaflıq və cavabdehlik təmin olunmalıdır. Biz bunu Avropanın inkişaf etmiş ölkələrində görürük. Ona görə də “Yeni qonşuluq siyasəti”nə qoşulmaq, Avropaya inteqrasiya etmək bizim daxili tələbatımızdan irəli gəlir.

Əlbəttə, Azərbaycan çox zəngin bir ölkəyə çevriləcəkdir. Ermənistan xarici işlər nazirini məyus etmək istəməzdim, lakin deməliyəm ki, Dünya Bankının proqnozlarına görə, qarşıdan gələn 20 il ərzində, neft qiymətləri normal götürüldükdə belə, Azərbaycan 140 milyard dollar vəsait qazanacaqdır. Bu vəsait bizə çox işləri görməyə kömək edəcəkdir. Lakin eyni zamanda, biz bu kapitalı insan kapitalına çevirməyi bacarmalıyıq. Biz təhsil sahəsinə sərmayələri artırmaq, yaxşı səhiyyə xidmətinə malik olmaq, başqa sözlə, Avropa ölkələrinin əldə etdikləri nailiyyətlərə çatmaq istəyirik.

Beləliklə, Avropaya inteqrasiya etməyimizin bünövrəsində möhkəm əməli əsaslar durur. Eyni zamanda, bu, qonşularla aramızda mövcud olan mühüm məsələləri həll etməyə də imkan verəcəkdir. Siyasətimizin Avropa istiqaməti çox vacibdir, ABŞ-la gözəl əlaqələrimiz mövcuddur. Ərazilərimizi işğal etmiş Ermənistan istisna olmaqla, bütün qonşularımızla yaxşı münasibətlərimiz var, islam ölkələri arasında mövqelərimiz güclüdür. Eyni zamanda, Avropa ölkələri ilə də yaxşı əlaqələrimiz var. Bütün bunlar Azərbaycanın sürətli inkişafı üçün çox gözəl şərait yaradır.

SUAL: Mən ABŞ-ın Avropa İttifaqındakı sabiq səfiriyəm. Bu vəzifəyə qədər Qafqaz və Xəzər dənizi regionu ilə bağlı işlərdə çalışmışam. Sualım enerji ilə bağlıdır. Biz Rusiyadan Avropaya çəkilmiş boru kəmərləri barədə çox dinlədik. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri bu il istismara verilmişdir. Tezliklə qaz kəməri Azərbaycan ilə Türkiyəni birləşdirəcəkdir. İndiyə qədər enerji ehtiyatlarının Qara dənizlə ya Rumıniya, yaxud da Bolqarıstan vasitəsilə Avropaya nəqli ilə bağlı konkret plan olmayıbdır. Avropa sizin regionun enerji ehtiyatlarının nəqli məsələsi ilə bağlı fəal olubmu və hörmətli prezidentlərin fikrincə, Avropa alternativ mənbə kimi sizin regionun enerji ehtiyatlarının inkişafı üçün nə etməlidir?

İLHAM ƏLİYEV: Əlbəttə ki, Azərbaycanın tərəfdaşları ilə əldə etdiyi nailiyyətlər bütünlükdə regionun inkişafına təsir göstərmişdir. Burada məsələ sadəcə boru kəmərləri, Azərbaycan nefti və qazının dünya və Avropa bazarlarına nəqli məsələsi deyildir. Geniş regional əməkdaşlıq həyata keçirilir. Bu sahədə Qazaxıstan ilə hökumətlərarası saziş imzalanmışdır. Bu amillər bütün siyasi və iqtisadi şəraiti dəyişmişdir.

Avropanın enerji strategiyasına gəlincə, təəssüf ki, burada vahid siyasət görmürük. Belə ki, Avropada neft və qazdan danışanda hər kəs öz maraqlarını düşünür. Azərbaycan uzun müddət Avropa İttifaqının enerji siyasəti proqramına cəlb olunmaq üçün çox çalışmışdır. Yalnız keçən qış fəslində baş vermiş hadisələrdən sonra biz bu sahədə müəyyən təkliflər alırıq və bu da Avropa İttifaqının bizə marağını göstərir. Neft və qaz sahəsində qarşılıqlı əməkdaşlıq üçün çox gözəl potensialımız mövcuddur. Azərbaycan Avropaya qazı nəql edəcək yeganə yeni alternativ mənbəyə çevrilir. Çünki bütün digər alternativlər artıq fəaliyyət göstərir. Əlbəttə ki, bu, bizim ölkənin, regionun əhəmiyyətini artırır. Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələri böyük bir layihəyə cəlb olunublar və bu, regionu daha da sabit və təhlükəsiz edəcəkdir.

Dövlətimizin başçısının çıxışları hər dəfə maraqla dinlənildi və alqışlarla qarşılandı.

PİTER FREY: Sizin hamınıza təşəkkürümü bildirirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yaylmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - “Ziyarətə çevrilmiş ocaq”

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub