Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AZƏRBAYCAN QIZIL AYPARA CƏMİYYƏTİ XX QURULTAYI NÜMAYƏNDƏLƏRİNİN RESPUBLİKA PREZİDENTİ HEYDƏR ƏLİYEVƏ MÜRACİƏTİ

Möhtərəm cənab Prezident! 

Müstəqilliyimizin son on ilində respublikamızın Prezidenti kimi yorulmaz fəaliyyətiniz, ölkəmizin siyasi və iqtisadi tərəqqisinə yönəlmiş islahatlar proqramının həyata keçirilməsi sahəsindəki səyləriniz, əhalinin maddi və mənəvi ehtiyaclarının ödənilməsinə göstərdiyiniz diqqət və qayğı Azərbaycan xalqı, o cümlədən Qızıl Aypara Cəmiyyətinin üzvləri tərəfindən rəğbətlə qarşılanır və bizdə ölkəmizin firavan gələcəyinə dərin inam hissi aşılayır.

Sizin apardığınız məqsədyönlü daxili və xarici siyasət dövlətimizin beynəlxalq proseslərə daha fəal qoşulmasına və dünya ölkələri sırasında layiqlı yer tutmasına şərait yaratmışdır. Respublikamızda və ümumən Qafqaz regionunda sülh və sabitliyin bərqərar olunması üçün həyata keçirdiyiniz tədbirlər xalqımızın mənafeyinə tam cavab verir.

Xalqımızı çox ciddi narahat edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, ərazi bütövlüyümüzün bərpası, qaçqın və məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılması istiqamətində atdığınız ardıcıl addımlar həm ölkə əhaisi, həm də beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə dəstəklənir. Biz əminik ki, bu problem Sizin müdrik, uzaqgörən siyasətiniz nəticəsində yaxın vaxtlarda həll ediləcək, ölkəmizdə, eləcə də bütün Qafqazda sülhə nail olunacaqdır.

Siz respublikamıza rəhbərlik etdiyiniz bütün dövrlərdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinə yüksək qiymət vermisiniz. Bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti məhz Sizin hakimiyyətə qayıdışınızın ilk illərində diqqət və qayğınız sayəsində Milli Məclis tərəfindən qəbul edilən “Azərbaycan Qızıl Aypara Cəmiyyətinin işinin yaxşılaşdırılması haqqında” qərarla tənzimlənir. Hazırda Azərbaycan Qızıl Aypara Cəmiyyəti humanitar sahədə öz üzərinə düşən missiyanı ardıcıl şəkildə həyata keçirir, respublikamızda Sizin rəhbərliyinizlə gerçəkləşdirilən vətəndaş cəmiyyəti quruculuğuna öz töhfəsini verir. Cəmiyyətimizin üzvləri ölkəmizdə humanizmin təntənəsi və hüquqi dövlət qurulması istiqamətində Sizin qətiyyətli addımlarınızı tam dəstəkləyir və öz əməli fəaliyyətləri ilə bu sahədəki vəzifələrin yerinə yetirilməsinə yardımçı olmağa səy göstərirlər.

Sizin qayğınızın nəticəsi olaraq, Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1995-ci ildə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına bərabər hüquqlu üzv qəbul edilmişdir. Bu gün cəmiyyətimiz 177 ölkənin milli cəmiyyətləri ilə əməkdaşlıq edərək, dünya birliyində bu sahədə Azərbaycanı layiqincə təmsil edir.

2001-ci ildə Azərbaycan QAC Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının İdarəetmə Şurasında Fövqəladə hallara hazırlıq və yardım komissiyasının üzvü seçilmiş, cəmiyyətin prezidenti isə həmin komissiyanın eksperti təyin olunmuşdur. Bütün bunlar ayparaçılarımızı daha səylə işləməyə ruhlandırır.

İqtisadi islahatların dönmədən davam etdirilməsinin, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə start verilməsinin, Bakı-Ərzurum qaz kəmərinin inşasının başlanması üçün aparılan təşkilati işlərin, ölkəyə xarici sərmayələrin axınının sürətləndirilməsinin dövlətimizin müstəqilliyinin möhkəmlənməsinə və xalqımızın rifahının yüksəlməsinə xidmət edəcəyinə əminik.

2003-cü il xalqımız üçün böyük ümidlər ilidir. Sizin “İlin adamı” adına layiq görülməyiniz 2003-cü ilin uğurlu başlanğıcından xəbər verir. 2003-cü ilin dövlət büdcəsinin sosial yönümlü olması da buna bariz nümunədir.

Cəmiyyətimiz öz Nizamnaməsinə uyğun olaraq, heç bir siyasətə qoşulmur və humanitar sahədə xalqımıza, hökumətimizə yardımçıdır.

Milyondan çox qaçqın və məcburi köçkünə, minlərlə tənha və kimsəsizə, əlilə və yetim uşağa ayrıseçkilik qoymadan humanitar köməyini, yardımını əsirgəməyən Qızıl Aypara Cəmiyyəti onların dayağına və ümid yerinə çevrilmişdir. Fəlakətə düçar olmuş insanlar Qızıl Aypara Cəmiyyətinin köməyini həmişə hiss edib, edir və edəcəkdir.

Bütün Azərbaycan xalqı əmindir ki, məhrumiyyətlərə düçar olmuş soydaşlarımız Sizin müdrik və uzaqgörən, uğurlu siyasətiniz nəticəsində öz dədə-baba torpaqlarına, isti ocaqlarına qayıdacaq, Azərbaycan bu çətin sınaqdan da uğurla, mətinliklə çıxacaqdır.

Respublikamızda həyata keçirilən islahatlar artıq öz bəhrəsini verməkdədir və biz ümid edirik ki, Sizin rəhbərliyinizlə xalqımız xoşbəxt gələcəyə qovuşacaqdır.

Çox hörmətli Prezident, Zati-aliləri!

Qurultay nümayəndələri parlamentdə “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Qanunun qəbul ediləcəyinə ümidvar olduqlarını bildirirlər.

Cənab Prezident!

Bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XX qurultayı respublikamızın ayrı-ayrı yerli komitə və ilk təşkilatlarının 130 min üzvü, o cümlədən 14 min könüllüsü adından 2003-cü il prezident seçkilərində Sizin namizədliyinizi irəli sürmək və dəstəkləmək haqqında məsuliyyətli bir qərar qəbul etdi. Biz bu addımı xalqımızın, ictimaiyyətin və əmək adamlarının Sizin Azərbaycan naminə göstərdiyiniz böyük xidmətlərə verdikləri yüksək qiymətə əsaslanaraq atdıq. Düşünürük ki, Sizin tükənməz enerjiniz, böyük təcrübəniz və bəşəri ideallarınız xalqımıza hələ çox lazımdır. Bizim həllini gözləyən çox problemlərimiz vardır və bunları yalnız Sizin kimi müdrik bir rəhbər həll edə bilər. Xahiş edirik Azərbaycan Qızıl Aypara Cəmiyyəti qurultayının 2003-cü il prezident seçkilərində Sizin namizədliyinizi irəli sürmək və dəstəkləmək qərarını qəbul edəsiniz.

Sizə möhkəm cansağlığı və Azərbaycan naminə uğurlu fəaliyyət arzulayırıq!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Almaniyada əsgər çatışmır

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

“Qida Təhlükəsizliyi” Simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib