ELM VƏ TƏHSİL
“AZƏRBAYCAN TARİXİ” DƏRSLİYİNİN BİRİNCİ CİLDİ ÇAP OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, 1994-cü ildə “Azərnəşr” tərəfindən rus dilində nəşr olunmuş “Azərbaycan tarixi” (ən qədim zamanlardan XX əsrədək) dərsliyinin birinci cildi “Çıraq” nəşriyyatında ana dilində çapdan çıxmışdır.
Kitaba Azərbaycanın qədim və orta əsrlər etnik tarixi, dövlət quruluşu, sosial, iqtisadi, siyasi həyatı, mədəniyyəti və dini, həmçinin Rusiya tərəfindən işğalı, bu regionda kapitalist münasibətlərinin yaranması və inkişafı daxil edilmişdir. Dərslikdə dövrlər üzrə xəritələr də verilmişdir. Ali məktəblərin tarix fakültələrinin tələbə və müəllimləri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş dərsliyin redaktorları akademik Ziya Bünyadov və professor Yusif Yusifov olmuşlar.