İQTİSADİYYAT
“AZƏRENERJİ” TƏKZİB EDİR
“Azərenerji” SC həqiqətə uyğun olmayan bu informasiyanı təkzib edir və bildirir ki, Türkiyədən Naxçıvan Muxtar Respublikasına, əvvəllər olduğu kimi, yenə də saatda 50 MVt elektrik enerjisi verilir. Muxtar Respublikanın enerji istehlakçıları qətiyyən şübhə etmirlər ki, onlar bundan sonra da elektrik enerjisi ilə sabit təmin olunacaqlar. Azərbaycan energetiklərinin həm İran, həm də Türkiyədən olan həmkarları ilə də işgüzar əlaqələrinin möhkəmlənməsi və genişlənməsi bu çox mühüm siyasi, iqtisadi, sosial problemin həllinə xidmət edir.
Blokada şəraitində olan Naxçıvan MR-in enerji təchizatı problemlərinin həlli üçün bir sıra önəmli layihələrin həyata keçirilməsi, o cümlədən 132 kilovoltluq (İran standartları ilə) yeni Culfa (Azərbaycan) – Culfa (İran) elektrik xəttinin çəkilməsi və Naxçıvan MR-in Culfa şəhərində yardımçı stansiya tikilməsi nəzərdə tutulur.
Culfa–Culfa elektrik xətti çəkildikdən sonra təkcə İrandan Naxçıvan MR-ə verilən elektrik enerjisinin ümumi həcmi 140 MVt təşkil edəcək, Türkiyədən də saatda 50 MVt elektrik enerjisi verildiyi nəzərə alınmaqla, bu həcm təxminən 200 MVt olacaqdır.