CƏMİYYƏT


AZƏRTAC-ın əməkdaşları Çin dili biliklərini təkmilləşdirirlər

Bakı, 9 oktyabr, AZƏRTAC

Azərbaycanın dünya birliyinə fəal inteqrasiyası, beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi, eləcə də AZƏRTAC-ın dünyanın aparıcı xəbər agentlikləri ilə genişlənən əlaqələri və beynəlxalq media qurumlarına sədrliyi fonunda agentliyin əməkdaşlarının xarici dil biliklərini möhkəmləndirmələri mühüm önəm daşıyır. Agentliyin öz imkanları hesabına hər il müxtəlif xarici dil kursları təşkil etməsi artıq ənənə halı alıb. Belə kurslardan biri də Çin dili kursudur.

Dünyada bir milyarddan çox insanın danışdığı, Birləşmiş Millətlər Təşkilatının altı rəsmi və işçi dilindən biri olan Çin dili hazırda AZƏRTAC-ın əməkdaşlarının xüsusi maraq göstərdikləri xarici dillər sırasındadır. Agentlikdə təşkil edilən Çin dili kursunun iştirakçılarının sayı getdikcə artır. Çin dili dərslərini Bakı Dövlət Universitetində fəaliyyət göstərən Konfutsi İnstitutunun müəllimi Zeng Chun Xiao aparır.

Son illər Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında münasibətlər sürətlə inkişaf edir. AZƏRTAC ilə Çinin Sinxua Agentliyi də ölkələrimiz və xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə töhfə verməyə çalışır, bu məqsədlə mütəmadi informasiya mübadiləsi aparırlar. Hər iki milli informasiya agentliyi həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir. Bu günlərdə ölkəmizdə səfərdə olmuş Çinin Sinxua agentliyinin nazir statusunda baş redaktoru Hi Pinq AZƏRTAC-ın Çin dilində informasiya yayımını, həmçinin agentliyin əməkdaşlarının Çin dilini öyrənmələrini, bu dilə artan marağı yüksək qiymətləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.