MƏDƏNİYYƏT


Əbu-Dabidə İSESKO-nun İcraiyyə Şurasının 40-cı sessiyası işə başlayıb YENİLƏNƏCƏK

Əbu-Dabi, 29 yanvar, Şıxəli Əliyev, AZƏRTAC

BƏƏ-nin paytaxtı Əbu-Dabidə İSESKO-nun İcraiyyə Şurasının 40-cı sessiyası bu gün işə başlayıb. Baş Konfransın səlahiyyətləri səviyyəsində keçirilən budəfəki sessiyada BƏƏ-nin Mədəniyyət və biliklərin inkişafı naziri xanım Nura bint Məhəmməd əl-Kəabi, İSESKO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, milli komitələrin katibləri və digər rəsmi nümayəndələr iştirak edir.

AZƏRTAC xəbər verir ki, sessiyada ölkəmizi Azərbaycan Respublikasının İSESKO üzrə Milli Komissiyasının katibi, Mədəniyyət Nazirliyinin aparat rəhbərinin müavini və beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə təmsil edir.

Sessiyada İSESKO-nun 2020-2030-cu illər üzrə strateji planının, 2020-2021-ci illər üzrə fəaliyyət planının, təşkilatın yeni struktur layihəsinin, İnkişaf Vəqfinin, Beynəlxalq Məşvərət Şurasının yaradılması layihələrinin müzakirəsi nəzərdə tutulur.

Həmçinin tədbirdə İSESKO-nun son illər üzrə fəaliyyət hesabatı, maliyyə hesabatı dinləniləcək, maliyyə nəzarəti komitəsinin üzvləri seçiləcək. İcraiyyə Şurasının növbəti 41-ci sessiyasının keçiriləcəyi vaxtın və yerin müəyyən edilməsi müzakirə ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.