İQTİSADİYYAT
“Access Bank”ın sabitlik reytinqi yüksəlmişdir
Bakı, 24 dekabr (AZƏRTAC). Beynəlxalq “Fitch Ratings” Agentliyi “Access Bank” üçün xarici valyutada uzunmüddətli emitent defoltu reytinqini (EDR) “Sabit” proqnozla “ВВ+” səviyyəsinədək, bankın davamlılıq reytinqini “bb” - (əvvəlki “b”-dən) səviyyəsinədək yüksəltmişdir.
Bankdan AZƏRTAC-a bildirmişlər ki, bankın sabitlik reytinqinin artımı mürəkkəb əməliyyat mühitində davamlı maliyyə əməliyyatlarını, gəlirlilik nöqteyi-nəzərindən yaxşı maliyyə göstəricilərini, aktivlərin və kapitallaşdırmanın keyfiyyətini, həmçinin güclü idarəetməni əks etdirir. Bundan başqa, “Fitch” qısamüddətli EDR-i “B” səviyyəsində, dəstək reytinqini “5” səviyyəsində və uzunmüddətli EDR-in dəstək səviyyəsini isə “3” səviyyəsində təsdiq etmişdir.