ELM VƏ TƏHSİL


Ədəbiyyat İnstitutunda Türkiyə Təsəvvüf Araşdırmaları İnstitutunun nümayəndələri ilə görüş olub

Bakı, 7 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Türkiyənin Üsküdar Universitetinin nəzdində fəaliyyət göstərən Təsəvvüf Araşdırmaları İnstitutunun rəhbəri Camalnur Sarqutun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, direktor müavini, dosent Aygün Bağırlı elmi müəssisədə tarixi kökləri təsəvvüflə bağlı tədqiqatlar aparıldığını söyləyib, görüşün gələcək əməkdaşlıq üçün əhəmiyyətini qeyd edib.

Camalnur Sarqut Türkiyədə Təsəvvüf Araşdırmaları İnstitutunun qurulmasından və fəaliyyətindən söz açıb. O, qardaş ölkədə təsəvvüf fəlsəfəsinin tarixi və müasir tədqiqat istiqamətləri barədə məlumat verib.

Görüşdə institutun qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor İmamverdi Həmidov, orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, dosent Fəridə Əzizova, filologiya üzrə fəlsəfə doktorları Fəridə Hicran, Zəkulla Bayramlı, Könül Hacıyeva və digər çıxış edənlər mövzu ilə bağlı fikirlərini bölüşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.