REGİONLAR


Ağdam rayonunda payızlıq səpin üçün 9620 hektar sahədə şum aparılıb

Ağdam, 3 sentyabr, AZƏRTAC

Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda fermerlər və torpaq mülkiyyətçiləri kənd təsərrüfatı işlərini davam etdirirlər.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, cari ildə rayonda 14 min 347 hektar taxıl sahəsindən 57 min 480 ton məhsul, o cümlədən 49 min 270 ton buğda, 8210 ton arpa əldə edilib. Məhsul istehsalı keçən ilin müvafiq dövründəkindən 1950 ton və ya 3,5 faiz, məhsuldarlıq isə 1,7 sentner və ya 4,4 faiz çoxdur. Ağdamlı fermerlər və torpaq mülkiyyətçiləri, həmçinin 4 min 105 hektar tərəvəz, bostan, kökümeyvəlilər və köküyumrular sahəsinin 3352 hektarında yığım apararaq, 66 min 940,5 ton məhsul toplayıblar. Bununla yanaşı, rayonda 689 ton meyvə, 82 ton üzüm istehsal olunub.

Fermerlər payızlıq əkinlər üçün mühüm aqrotexniki tədbir olan yay şumunun aparılmasını da davam etdirirlər. Bu günədək rayonun təsərrüfatlarında 9620 hektar sahədə şum qaldırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.