İDMAN


Ağır atletika üzrə Azərbaycan birinciliyinə qadınların mübarizəsi ilə start verilib

Bakı, 12 may, Nicat Məmmədov, AZƏRTAC

Yaşı 20 və 23-ə qədər olan gənclər arasında Ağır atletika üzrə Azərbaycan birinciliyinə qadınların mübarizəsi ilə başlanılıb.

Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında körpücük üzərinə ilk olaraq qadınlar çıxıb. Onlar mütləq qalibləri Sinkleyr cədvəlinə uyğun müəyyən ediblər. Yaşı 20-yə qədər olan qadınların mübarizəsində toplam 172 kiloqram (74+98) nəticə və 249.5 xalla Səbinə Əzimova, 23 yaşlılarda isə 152 kiloqram (67+85) nəticə və 233.4 xalla Mərziyyə Məhərrəmova qızıl medal əldə ediblər.

Yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edir.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.