İDMAN


Ağırlıqqaldıranlarımızın İslamiadada çıxışları davam edir

Konya, 11 avqust, Səxavət Quliyev, AZƏRTAC

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları davam edir.

AZƏRTAC xəbər verir ki, ağırlıqqaldırma üzrə Azərbaycan komandasının 10 idmançısı (3 qadın, 7 kişi) yarışda iştirak edir. Təmsilçilərimizdən Tehran Məmmədov 61 kiloqram çəki dərəcəsində mübarizə aparıb.

Atletimiz birdən qaldırma hərəkətində 116 kiloqramı ram edib. Təkanla qaldırmada isə 141 kiloqramı başı üzərinə qaldırıb.

Toplam 257 kiloqram (116+141) nəticə ilə atletimiz yekun sıralamada 6-cı yeri tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.