REGİONLAR


Ağsuda arpa zəmilərinin hər hektarından 29 sentner məhsul götürülür

Ağsu, 6 iyun, AZƏRTAC 

Ağsu rayonunda bir neçə gündür ki, taxıl biçini kampaniyasına başlanılıb. Hazırda dağətəyi və düzən ərazilərin məhsulu yığılır.

Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin məhsulu üçün 32 min 323,8 hektarda taxıl yetişdirilib. İlkin olaraq arpa biçilir. Zəmilərə hər gün 35-38 kombayn çıxarılır. Hazırda hər yerdə bu mühüm strateji məhsulun tez və itkisiz yığılması üçün bütün qüvvələr səfərbər edilib.

Son vaxtlar əlverişsiz keçən hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq əldə olunan nəticələr fermerləri və fiziki şəxsləri qane edir. Belə ki, hər hektardan orta hesabla 29 sentner arpa götürülür. Bu da ötənilki göstəricidən 6 sentner çoxdur. Bir sıra ərazilərdə, o cümlədən Padarqışlaq, Kəndoba, Cəlayir, Ərəbmehdibəy və sair yerlərdə məhsuldarlıq daha yüksəkdir. Mütəxəssislər buğda zəmilərindən daha yüksək məhsuldarlıq əldə olunacağını söyləyirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.